Məhəmməd Kəngərli əbədiyyata qovuşdu

22 avqust 2006, 13:53

Tarixi şəxsiyyətlər ölmürlər, həyatda qoyduqları izlərlə, bir də onlari tanıyan insanların xatirələrində qaldıqları kimi həmişə yaşayırlar.

Məhəmməd Əmin Rəsulzadənin irsini bizlərə çatdıran, onun silahdaşı və əqidə dostu olmuş, Rəsulzadədən təhvil aldığı üçrəngli bayrağımızı Elçibəyə ilk olaraq təqdim edənlərdən biri, Elçibəyin başlatdığı Milli Azadlıq Mubarizəsinin müdafiəçisi və carçısı hesab olunan, bu mubarizənin vüsət almasında və təbliğində əvəzsiz rolu olmuş, xalqın ağır günündə onun yanında olmağı bacaran, bölünmüş Azərbaycanın birləşməsi üçün əlindən gələni əsirgəməyən, neçə-neçə ağsaqqalların ağsaqqalı sayılan Məhəmməd Kəngərli artıq dünyasını dəyişmişdir. Onun sıralarımızı tərk etməsi nə qədər acı bir xəbər olsa da, bu böyük şəxsiyyətin Azərbaycan yolunda göstərmiş olduğu xidmətləri sadalamaqdan fəxr duyulur. Ağır legioner həyatı yaşamış Məhəmməd Kəngərli harda Azərbaycan məsələsi vardısa, gecikmədən özünü ora catdıran nümunəvi bir vətənpərvər idi. O, həyatının böyük hissəsini hər iki Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş, işğal edilmiş Azərbaycan torpaqlarının qaytarılması üçün çoxlu məqalələrlə çıxış etmiş, bəyanatlar yaymış, beynəlxalq təşkilatların qapısını döymüşdür.

Onunla tanışlığımızın Milli Azadlıq Hərəkatı vaxtlarından başlanmasına baxmayaraq, şəxsi və yaxın əlaqələrimiz Dünya Azərbaycanlıları Konqresinin 2001 ildə Strasburqda keçirilən qurultayından başlayaraq dünyasını dəyişənə qədər davam etmişdir. Məhəmməd Kəngərli Demokratik DAK-ın fəxri başqanı və diasporumuzun səmimi yolgöstərəni idi. Bu dahi şəxsiyətin fəaliyyəti nəticəsində onun Türkiyədə başçılıq etdiyi Azətbaycan Kültür Dərnəyi hamımızın doğma evimiz hesab olunur və olunacaqdır. İndi Türkiyədə və dünyanın bir çox ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımızın bir çoxu məhz onun rəhbərliyi və məsləhətləri nəticəsində yaradılmışdır. Onun rəhbərliyi və himayəsi ilə Azərbaycanla bağlı neçə-neçə kitablar, jurnallar dərc olunmuş, qəzetlər çap edilmişdir. O, Azərbaycan yolunda mübarizə aparan hər kəsi sevər, millətin taleyüklü məsələlərinin həlli üçün dəyərli şəxsiyyətlər yetişməsindən zövq alardı.

Lakin, Türk dünyasının bu böyük oğlu, qəlbi həmişə Bütöv Azərbaycanla döyünən dahi bir şəxsiyyət artıq aramızda yoxdur.Bu itki təkcə Məhəmməd Kəngərkini tanıyanların itkisi deyil, ilk növbədə Quzeyli və Güneyli Azərbaycan mubarizlərinin, bütünlükdə türk dünyasının böyük itkisidir. Bu itkini yaşamaq bizlər üçün çox çətin olsa da onun yolunu davam etdirməyə çalışacağımıza söz veririk.

Baş vermış bu ağır itki ilə bağlı ailəsinə və qohumlarına, yaxınlarına və dostlarına, silahdaşlarına və xalqımıza dərin hüznlə baş sağlığı veririk.

Məhəmmət Kəngərli onu tanıyanların qəlbində hər zaman mubarizlik simvolu kimi yaşayacaqdır.

Allah rəhmət eləsin, qəbri nürla dolsun.

Tanrı millətimizə səbr versin.

Məhəmməd Rza Xişti
Teymur Eminbəyli
Demokratik Dünya Azərbaycanlıları Konqresi

 

Azərbaycansayağı macar məhkəməsi

Azərbaycanda bir el məsəli var. Deyərlər ki, heç kəs çörəyi qulğının dibinə yemir. O cümlədən, Ramilin macar hakimi də yəqin, ağzı var ikən qulağının dibi ilə çörək yeyə bilməz. Hər halda kişi neçə ilin hakimidir. Kimin üçün və hansı hökmü çıxardığını yaxşı bilir.

Bir də, elə bilirsiniz macar hakimlər də sifarişlə qərar verirlər. Axı, onlar bizimkilər kimi robot deyillər ki, proqrami verəsən, işi icra eləsinlər. Onlar bizimkilərdən fərqli olaraq canlı insanlardırlar.Yaqin, bu hakim Andras Vaukuti də ölkə məmurlarının buyruqqulu olan bizim milli hakimlərlimiz məsləhətləşmələr aparıb, bunların təcrübələrindən istifadə edib, ölkəmizdə vətənpərvər şəxslərə, düşməni öldürən əskərlərə hansı cəzaların verildiyini yerli dibli öyrənib və bundan sonra tərəddüd etmədən bu hökmü çıxarmağa qərar verib. Belə olmasaydı heç bir Avropalı hakim bu cür qərar verməyə cəsarət etməzdi.

Gəlin bir anlıq özümüz, öz ölkəmizə, öz gözlərimizlə qısa bir nəzər salaq.

Qarabağda döyüşmüş qazilərin demək olar ki, hamısı “həbsxana” adlı ali mükafatla təltif olunub, bundan əvvəl isə polis idarələrində və xüsusilə də “Bandotdel”də xüsusi işgəncələr alıblar. Erməniləri vaxtilə lərzəyə salan OMON-çuların hamısı bu sınaqdan keçib. Hakimiyyətin Qarabağın azadlığı uğrunda fərsiz durumuna etiraz edib partizan hərəkatları yaratmaq istəyi ilə əl-qol atmiş vətəndaşlarımız ən yüksək cəzalarla “təltif” olunublar. Cox şübhəsiz ki, istintaq mərhələsində onların hamisi birbə-bir xüsusi “profilaktik” tədbirlərə də məruz qalıblar.

 Hələ demokratiya uğrunda mübarizə aparmiş gənclərimizi demirəm. Həbsə düşmədən öncə idmançı olmuş nə qədər gənc ya istintaq zamanı, ya da “kalon”larda dünyasını dəyişib.

Ölkənin keçmiş baş nazirinə, keçmiş millət vəkillərinə, qəzet redaktorlarına “layiqli” işgəncə verilməsindən sonra bütün dünyanın etitazına baxmayaraq uzun müddətli həbsə alınmalarıni da demirəm.

Mənim sözüm Ramilə hansısa bir macar hakiminin ömürlük həbs cəzası verməsinə etiraz edən vətənpərvər gənclərimizə, mətbuat nümayəndələrimizə və diaspot təşkilatlarımızın məsullarınadır. Ay qardaşlar, ay bacılar, vətən oğulları, vətən qızları! Bir dəqiqəlik dayanın, bir azca düşünün və təsəvvür edin ki, Ramilin başına gələn hadisə Azərbaycanda baş verib və məhkəmə prosesi də Azərbaycan məhkəmələrindən birində macar olmayan hakimlərdən birinin sədrliyi ilə keçirilir.  Nəticəsi nə olacaqdı. Ramil ən azından gecə-gündüz işgəncələrə məruz qalacaqdı. Sağ qalsaydı, ictimaiyyətdən gizlətmək üçün xırda bir bəhanə tapılıb, məhkəməsi qapalı keçiriləcəkdi. Yaxşı ki, ölüm cəzası ləğv edilib, yoxsa ölüm  hökmü alacaqdı.. Yenə də bizim bu “yazıq” hakimimiz də ən azı həmin qərar veriləcəkdi. Sonra da havasız həbsxana divarları arasında ya vərəm xəstəliyi tapacaqdı, ya da hər hansı başqa bir xəstəlikdən dünyasını dəyişəcəkdi Üstəlik Nazim İbrahimov kimi bir nəfər deyil, bütün hakimiyyət mənsubları onun əleyhinə kompaniyaya başlayacaqdılar. Onda nə deyəcəkdik, yenə də erməni lobbisinin gücündənmi bəhs edəcəkdik. Bəyəm erməni zabitlərinin Bakıya gəlişinə etiraz edən, Qarabağ Azadlıq Təşkilatının üzvlərinin və bu təşkilatın rəhbəri Akif Nağının məhkəməsi də Budapeştdəmi keçirilmişdi.

Təbii ki, erməni lobbisinin Azərbaycanda da təsiri güclüdür. Belə olmasaydı, Ramili müdafiyə edən gənclər qanına qəltan edilməz, kütləvi həbslərə məruz qalmazdılar. Ramil Səfərov üzərində keçirilən məhkəmə Macarıstanda keçirilsə də Azərbaycansayağı sona çatıb. Daha nə istəyirsiniz

------------------------------------------------------------------------------------------------

Təbrizdə ailə başçısı altı üşağını və xanımını öldürdükdən sonra intihar etdi.

Novruz bayramının gəlişi heç də bütün soydaşlarımızın bayram süfrəsi arxasında ailəsi ilə birlikdə əyləşib bayram keçirməsi ilə nəticələnməyib. Süfrəyə düzməyə heç bir şey tapmayan 46 yaşlı Sabir adlı Təbrizli soydaşımız bayram axşamı 6 nəfər azyaşlı uşağını və xanımını öldürərək, öz boğazına kəndir keçirməklə intihar etməyə üstünlük verdi. Faciəni eşidib hadisə yerinə axışan təbrizlilər bu dəhşətli hadisədən hələ də özlərinə gələ bilməyiblər. Bu barədə xəbər verən İsrail radiosunun məlumatına görə, Sabir özündən sonra buraxmış olduğu  məktubda törətdiyi cinayətə kasıbçılığın və İran kimi bir ölkənin öz gəlirini vətəndaşların güzaranının yaxşılaşdırılmasına deyil, dünyada bir sıra terror aktları törədən terror təşkilatlarının saxlanmasına yönəltməsinin səbəb olduğunu yazmışdır.

Hələ başqa sahələri nəzərə almasaq, islam inqilabdan sonra İranın təkcə neftdən əldə etdiyi gəlirin məbləği 800 milyard dollar təşkil etdiyi halda, Güney Azərbaycanda yaşayan soydaşlarımızın həyat səviyyəsinin sürətlə aşağı enməsi və bu cür intiharların, xüsusilə də yaşamaq imkanı olmayan ailə başcısı tərəfindən ailənin məhv edilməsi hallarının tez.tez baş verməsi soydaşlarımıza qarşı İran siyasətinin hansı səviyyədə olmasını göstərir.

Ən əziz adamlarını qətlə yetirərək, bu ağır faciəni törətmış və sonra da özünə qəsd etmış bu soydaşımızın məktubundan da göründüyü kimi İran dünyada terroru dəstəkləməkdə davam edir, fars ölkələrinin və fars məntəqələrinin iqtisadiyyatını dircəltməyə çalışır, Tacikistanda və Əfqanıstanda məktəblər açır, Azərbaycan torpaqlarını işğal etmiş erməni faşistlərini ərzaq və silahla təmin edir. Amma bu ölkənin əhalisinin əlli faizdən çoxunu təşkil edən Azərbaycan türklərinin bütün insani hüquqlarını tapdalamaqdan zövq alır.

Bu ailənin faciəsi bir daha onu sübut edir ki, İranın şovinist fars rejimi Güney Azərbaycanın iqtisadiyatını planlı şəkildə məhv edib, insanlar işsizlikdən və aclıqdan çıxış yolunu ailələrinin öz əlləri ilə məhv edilməsində, belə bir cəmiyətdə yaşamamaq üçün özlərini öldürməkdə görürlər.

Teymur Eminbəyli

teymureminbeyli@gmail.com

www.eminbeyli.com

-------------------------------------------------------------------------------------------------

DAK-ların birləşməməsində M.R.Xiştini suçlamaq absurddur.

XYAİÜDK-nın sədrinin DAK-ların birləşməməsində Demokratik DAK sədri M.R.Xiştini suçlaması absurddur. Çünki, hələ bir neçə ay bundan əvvəl, DAK-ların birləşməsi ilə bağlı məsələ ortaya çıxanda bu fikri ilk dəstəkləyən, hər iki tərəfdən birləşmə komisiysi yaradılmasını istəyən və komisiya üzvlərindən biri olan məhz M.R.Xişti idi. Təbii ki, belə olmasaydı, təşkilatda bu komisiyanın yaradılması sədrin istəyi olmadan müşkül məsələyə çevrilə bilərdi.

Birləşmə komisiyalarının yaradılmasından sonra cəmi iki dəfə bu komisiyaların birgə iclasları keçirildı. Bu o zamana təsadüf edirdi ki, Xiştinin rəhbərlik etdiyi DAK-ın qurultayının başlanmasına bir ay vaxt qalırdı. Qarşı tərəfin bu qurultaya vaxt baxımından hazırlığı olmadığı üçün bizim tərəfimizdən birləşmək haqqında məsələnin müzakirəsini qurultaydan sonraya saxlamaq təklif olundu. Çünki komisiyaların birləşmə haqqında bir nəticəyə gəlməsi uzun çəkə biləcək bir proses olduğundan qurultayın təxirə salınması doğru olmazdı.

M.R.Xiştinin yeganə və haqlı istəyi isə komisiyaların toplantısında DAK-ların ayrılma səbəblərinin müzakirə edilməsi olmuşdur və bu istək bizim hamımız tərəfindən dəstəklənmişdir. Çünki, ayrılma səbəbləri araşdırılmadan birləşmənin heç bir əhəmiyyəti ola bilməzdi.

Bundan başqa, XYAİÜDK-nın sədrinin qarşı tərəfi dinləmədən bir tərəfin rəyi ilə belə bir nəticəyə gəlməsi onun bu məsələdə səmimi olmamasını göstərir. Dəqiq bildiyimə görə, nə XYAİÜDK-nın sədrinin, nə də onun hər hansı bir əməkdaşının, nə sədr M.R.Xişti ilə, nə də komisiyanın sözcüsü olan mənimlə heç bir danışığımız olmayb. Danışıq olmadan isə, belə bir nəticəyə gəlinmə səmimiyyətsizlikdən başqa bir şey deyildir.

Artıq təşkilatlar öz yollarını seçmişlər və dövlət komitəsinin Demokratik DAK –da ziddiyət yaratması üçün imkanları sıfra bərabərdir. DAK və Demokratik DAK arasında ayrı-ayrı təşkilatlar kimi normal münasibətlərin yaranmasına cəhd olunduğu indiki zamanda, XYAİÜDK-nın sədrinin belə bir bəyanatla çıxış etməsi yenidən ziddiyətlər yaratmaq istəyindən başqa bir şey deyildir.

 Artıq hamıya məlumdur ki, XYAİÜDK  və onun sədri öz dağıdıcı və bölücü fəaliyyətinə görə Azərbaycanı sevən, dövlətçiliyimizi müdafiə edən, öz fəaliyyətini ölkəmizin təbliğinə yönəltməyə çalışan müstəqil düşüncəli diaspor fəalları tərəfindən dəstəklənmir. Əksinə, bir çox diaspor təşkilatları və fəalları tərəfindən vaxtaşırı mətbuatda və toplantılarda onun haqqında xoşagəlməz bəyanatlar səslənir. Ona dəstək verənlər isə, bir dəstə diasporumuza məlum olan aldanmış və ya  komitə sədri tərəfindən müəyyən maraqları təmin olunan məqsədli və yaltaq adamlardır. Bu adamların içərisində hər zaman Azərbaycan türkünün əleyhinə fəaliyyət göstərmiş İrana bağlı təşkilatların mənsubları da az deyillər. Belə faktlar Nazim İbrahimovun Azərbaycan dövlətçiliyinə deyil, ona qarşı işləməsinə sübutdur.Onlardan bəziləri hətta, Nazim İbrahimovun istəyinə uyğun olaraq, müxtəlif səbəblərdən Azərbaycandan muhacirət etmiş şəxslərin əleyhinə casusluq fəaliyyətinə də cəlb olunmuşlar. Bu haqda əlimizdə kifayət qədər faktlar vardır.

Teymur Eminbəyli

teymureminbeyli@yahoo.com

teymureminbeyli@gmail.com

-----------------------------------------------------------------------------

Diasporu parçalama sıyasəti nəyə xidmət edir?

Xarici ölkələrdə yaradılmış Azərbaycan təşkilatların parçalanması prosesi davam edir. Bu parçalanma prosesinin Xaricdə yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra başladıldığı heç kimə sirr deyildir. Yaradıldıqdan dərhal sonra, DAK-ın 2002 ildə Haaqada keçirilən  qurultayına böyük bir dəstə ilə təşrif buyuran bu komitənin sədri, elə buradaca, özünə faydalı olacaq adamları təşkilatın içərisinə yeritməklə, təşkilatda ikitirəlik yaratmaga nail ola bildi. Bununla da, əsası 1997 ildə, ABŞ-da qoyulmuş və hər il davamlı olaraq, öz qurultaylarını kecirməyə müəssər olmuş intizamlı bir təşkilat növbəti qurultayına ayrı-ayrı ölkələrdə parçalanmış şəkildə getdi.

Həmin il, Nazim İbrahimov Rusiya və Ukraynada diaspor arasında düçmənçilik toxumu səpməyə də nail ola bildi.

 Mətbuat orqanlarına verdiyi musahibələrin əksinə olaraq, xaricdə yaşayan azərbaycanlılar arasında ana vətənimizdə olduğu kimi iqtidar-muxalifət davası salmağa nail olan Nazim İbrahimov Azərbaycan haqqında geniş bilgiyə sahib olmayan bəzi sadəlövh güneyli soydaşlarımızın bu “sədaqətindən” öz məqsədləri üçün yararlanmaga çalışdı. Bu minvalla əsas məqsədlərindən biri bölünmüş Azərbaycanın birləşməsinə yönəlmiş DAK kimi bir təşkilat öz məramından ayrı salınaraq vaxtını yalnız daxili didişmələrə sərf etdi.

Elə güman etmək olardı ki, bununla da, Azərbaycan diasporunun əsasını təşkil edən DAK-ın bir hissəsinin ram edilməsindən sonra Nazim İbrahimov Komitənin işləri ilə məşğul olacaqdır. Əksinə, bundan sonra o, çox rahatcasına, DAK-lardan biri ilə əməkdaşlıq etdiyini, digəri ilə isə “Azərbaycan dövlətinin daxili işlərinə qarışdığı”(?) üçün əlaqə qurmaq istəmədiyini açıq şəkildə mətbuatda bəyan etdi.

Belə bir əsassız ittihamda bulunan komitə sədri ötən ay Stokholmda keçirilən DAK qurultayına dəvət olunmamasının səbəbini anlamadığını bildirir və bunun ardinca sevinərək bəyan edir ki, artıq bu təşkilatda parçalanmalar var. Lakin, göründüyü kimi, qurultayada heç bir parçalanmadan söhbət getmədi və əksinə, DAK,  demokratik bir təşkilat olduğunu ortaya qoyaraq, heç bir çəkişmələrə yer vermədən adında dəyişiklik edərək, bundan sonra da, öz müstəqilliyini qorumaqla Azərbaycanda demokratiya və insan haqları istəyində olduğunu bəyan etdi.

Bu məsələdən ciddi narahat olmuş komitə sədri öz nəzarətində olan bütün informasiya vasirələrinə Demokratik DAK haqqında bilgilər verilməsinə qadağa qoydu. Hətta bu məlumatları saytında yerləşdirmiş bəzi informasiya vasitələrinə təzyiq nəticəsində məlumatlar səhifələrdən dərhal silindi. Bax buna “Azərbaycan hakimiyyətinin diaspor siyasəti” deyirlər.

Amma işlər bununla bitmir.

Ən mütəşəkkil diaspor təşkilatı olan Azərbaycan Federasyonu-İsveçın(AFİ) parçalanması məqsədi ilə qurultayda səs verəcək kənardan təşkilata aidiyyatı olmayan əlavə qüvvələrin gətirilməsi üçün təşkilatın keçmış məsullarından birinə Nazim İbrahimovun ötən il 5 000 (beş min) ABŞ dolları verməsini indi İsveçdə bilməyən yoxdur. Bu haqda pul alan şəxsdən hesabat istənildikdə bu pulun şəxsi məsələdə istifadə olunması üçün verildiyini bildirir. Demək, min bir zəhmətlə yaradılmış təşkilatlarımızın parçalanaraq iflic vəziyyətə salınması dövlət vəsaiti və şəxsi istəklərlə həyata keçirilirmiş.

 Rusiyada yaşayan iş adamı Fizuli Məmmədovun mətbuat vasitəsi ilə İranın Azərbaycandakı səfirinə müraciət edərək, xaricdə İran əleyhinə fəaliyyət göstərən təşkilatların İranın daxili işlərinə qarışmasını iddia etməsi və güneyli soydaşlarımızın dəstəyi hesabına yaradılmış olan “Günaz”TV-nin bağlanmasını istəməsi, bunun müqabilində isə rəhbəri olduğu “İnter Sever” şirkətinə İranla ticarət əlaqələri yaradılmasında kömək istəyinin də Nazim İbrahimovdan gəldiyi məndə heç bir şübhə doğurmur. Çünki, DAK-ın IX qurultayının hazırlıq komitəsinin üzvlərindən biri olduğumdan bununla bağlı bəzi müşahidələrım vardır. Bununla belə, Nazim İbrahimovun Güney Azərbaycanlıların mübarizəsinə münasibəti heç də İran adlanan Güney Azərbaycanın səfiri Əfşar Süleymaninin və digər İran məmurlarının mövqelərindən fərqlənmir. Bunun əsas səbəbı isə, İbrahimovun iddia etdiyi kimi heç bir dövlət siyasəti deyil,  Azərbaycanda dövlət məmurlarının, o cümlədən, Nazim İbrahimovun İranla geniş biznes əlaqələrinin olmasından qaynaqlanan bir məsələdir. Təssüfə, bu bir Azərbaycan reallığıdır. Güney Azərbaycanda millətimiz milli mücadilə verdiyi bir zamanda İbrahimov kimilər İrana yarınmaqla məşğuldurlar.Bunun da bəlli səbəbləri vardır.

Bu günlərdə İsveçdə işgüzar səfərdə olan Azərbaycanın dövlət komitələrindən birinin sədri olan bir xanımla təsadüfən görüşməli oldum. Görüş zamanı bir çox məsələlərlə birgə, Azərbaycanda yüksək vəzifəli dövlət məmurlarının maaşları ilə bağlı maraqlandığımda məlum oldu ki, onlar, 400-500 ABŞ dolları məbləğində, bu xanımın ifadəsi ilə desək, “yüksək” maaş alırlar. İsveçdə olan qiymətlərlə Azərbaycandakı qiymətlərin fərqini soruşdum, dedi, təxminən eyni olar. Sizcə bu maaşla ləyaqətli və millətinə xidmət edən məmur olmaq mümkündürmü? Bu maaşla Azərbaycanda olan məmurların təmtəraqlı, cahcəlallı villaları necə tikdirdiklərini, bahalı avtomobilləri necə aldıqlarını, necə dolandıqlarıni soruşduqda, sədr xanım bildirdi ki, indi Azərbaycanda olan nazirlərin və digər yüksək vəzifəli şəxslərin hamısı bizneslə məşğuldurlar, onların dövlətin verdiyi pula ehtiyacları yoxdur. Bəs, Azərbaycan məmurunun biznes və ya hər hansi sahibkarlıqla məşğul olması qanunla yasaq deyilmi?- sualımdan çox narazı qalan xanımdan “bu cür fəaliyyət qohumların adına rəsmiləşdirilir,”- cavabını aldım.

Nazim İbrahimov da jurnalistlərimizə müsahibələrində özünün deyil, qardaşlarının və qohumlarının bizneslə məşğul olduqlarını deyir. Bəzi mətbuat orqanlarının onun özünün deyil, qardaşlarının təsir dairəsində olduğunu bəyan edir.

 Başqa bir yüksək vəzifəli məmürun dedikləri ilə eyni ranqda dayanan XYAİÜDK sədrinin etiraflarının üst-üstə düşməsi sizcə təsadüfdürmü? Məncə yox, təssüflə, bu da təsadüf deyil, bir Azərbaycan reallığıdır.

Görüş zamanı məndə belə bir qənaət yarandı ki, xaricə gələn Azərbaycan rəsmiləri ilə diasporu əlaqələndirməli olan XYAİÜDK bu işin də öhtəsindən gəlmir. Müşahidələrimə görə, xaricə gələn rəsmi şəxslər diasporumuzla öz şəxsi əlaqələri vasitəsi ilə ilişgi qurmaq məcburiyyətindədirlər.

Belə olan halda diaspor nümayəndələrinə müraciət etmək istəyirəm. Görəsən belə bir komitənin mövcudluğunun millətimizə və dövlətimizə faydası varmi? Bu sualın çox sadəcə cavabını, bu il Bakida keçirilən Dünya Azərbaycanlılarının II qurultayı ərəfəsində və ondan sonra bir çox diaspor nümayəndələri, otən ay Turkiyədə keçirilən forumdan sonra bir çoxları və hətta Cefri kimi Azərbaycanı sevən bir Amerikalı musiqici, indi isə ABŞ-da Nazim İbrahimovun dayaqları sayılan Tomris Azərinin və digər diaspor təşkilatlarının rəhbərləri və neçə-neçə digər ölkələrdə yaşayan diaspor fəalları “yox” deyirlər.

Son zamanlarda o da məlum olub ki, hakimiyyət üçün arzuolunmaz şəxslərin Rusiyadan Bakı qurultayına dəvət olunmaları üçün onlardan külli miqdarda pul alınıb.

Bu vaxta qədər də belə bir komitənin olmasının daha zərərli nəticələr verdiyini daxildə və xaricdə fəaliyyət göstərən bir çox təşkilatlarımız və çəxslərimiz də bəyan etmişlər.

Məncə, dağıdıcı, parçalayıcı və çirkin işlərlə məşğul olan bir dövlət komitəsindənsə, XİN nəzdində bir bolmə və ya digər nazirliklərin nəzdində diasporumuzla əlaqələr qura biləcək kiçik bir qrupun fəaliyyət göstərməsi daha yaxşı səmərə verə bilər.

Diasporun parçalanmasına yönəlmiş bu şəxslər isə gedib öz biznesləri ilə məşğul olsalar millətə və özlərinə daha çox fayda verə bilərlər.

Teymur Eminbəyli

teymureminbeyli@yahoo.com

teymureminbeyli@gmail.com

Isveç, Stokholm, 12 iyul 2006

-----------------------------------------------------------------------

Pantürkizmdə ittiham olunaraq, Təbriz zindanında  mücadilə verən dustaq dostum Qədim Əzimiyə!

Həbsin mübarək olsun dustaq dostum!

“Mübarək olsun” kəlməsi əsasən təbrik edilən şəxsə deyilər. Elə mən də səni təbrik etmək istəyirəm. Çünki həbsə düşən bir çoxlarından fərqli olaraq, sən şərəfli yolda olduğunu yaxşı bilirsən. Şərəfli yolu gedənlərə təbrik deyərlər, yolun mübarək olsun deyərlər. Bir çoxlarından fərqli olaraq, səni qorxutmaq, islah etmək üçün həbsə almayıblar. Düşmən sənin sınmaz, qorxmaz olduğunu yaxşı bilir. Səndən qoxduqları üşün səni həbsə alanlar, özlərinin daha ağır zindanda olduqlarını hələ dərk etmirlər. Əslində, onların bunu dərk etmələrinin də elə bir əhəmiyyəti yoxdur. Çünki, “yüz il əsarətdə yaşamaqdansa, bircə gün azad yaşamaq daha şərəflidir”- deyən ulu Babəki dərk etməyən bu binəvalar azadlığın nə olduğunu bilməzlər.

Şərəfli dostum!

 Azərbaycan yolunu getmək elə də asan bir iş deyil. Bu yol asan olsaydı sənin düşmənlərin də bu yolu gedərdi. Onlar asan və şərəfsiz, sən isə çətin və şərəfli yolu tutdun. Bu yol, məhz,  şərəfli olduğu üçün sən bu yola cıxdın. Bu yolu səndən əvvəl getmişlərin, Bağırxanın, Şeyx Məhəmməd Xiyabaninin, Məhəmməd Əmin Rəsulzadənin, Seyid Cəfər Pişəvərinin, Əbülfəz Elçibəyin getmiş olduqları yol şərəfli olmaya bilməz.

Mübariz dostum!

Mən səninlə çox az bir zaman kəsimində tanış olub, tanışlığımızdan qürur duydum və səninlə fəxr etdim. Millətimin qorxmaz oğulları ilə fəxr etmək üçün onları tanimaq lazımdır. Fəxr etdim ki, bu qocaman millətin hər baxışdan olan oğul və qızlarının içərisində sənin kimi ləyaqətli övladları olub, var və bu uca millət yaşadıqca da olacaqdır. Səni sındırmağa çalışanların heç nəyə nail ola bilməyəcəyini səninlə ilk tanışlığımızdaca gördüm.

Ruhani dostum!

Sən millətinin dərdini onun özünə anlatmaq üçün əyninə ruhani paltarı geydin. Çünki millətimizin başına min bir oyun açanların böyük bir qismini ruhani paltarında gördüyün üçün düşmənin bu metodundan onun özünə qarşı istifadə etmək istədin. Amma düşmən səni tez duydu, bu paltarda daha tez tanıdı. Düşmən bu paltarı geyərək, hiylə qurub, millətimizi məhv etməyə çalışsa da, sən ruhani paltarından millətinin düşmənlərinə qarşı silah kimi istifadə etməyi bacardın. Düşmən isə, bu silahı sənin əlindən almaq üçün sənə məhkəmələr qurdu, səni canından artıq sevdiyin millətindən ayırmaq istədi, müvəqqəti də olsa öz istəyinə çatdığını zənn etdi. Amma düşmən bilmədi ki, bununla səni millətinə daha da yaxınlaşdırmış oldu. Millətini sevən, ona olan zülmə qarşı çıxmağı bacaran insanlarsa, tanrısını sevən insanlardır. Tanrı eşqi həmişə səninlə olsun!

Məğrur dostum!

Həbsə məğrur getdin, orada da bir dönüş edəcəyinə inanaraq, inamla yürüdün. “Millətim azad deyilsə, hər yer mənə zindandır”- dedin. Milləti azad olmayan mübariz insan, öz milli davası üçün həmişə meydan tapacaqdır. Həbsxanadakılar da sənin millətindir, azad olmayan millətinin tam hüquqsuz övladları. İndi sənin mübarizə dostların onlar, mübarizə meydanın isə həbsxanalardır. Mübarizə meydanından üzüağ çıxmanı arzulayıram.

Tanri yardımçın olsun!

Tezliklə azad olacaq, Bütöv Azərbaycanın baş kəndi Təbrizdə görüşmək istəyi ilə,

Dostun, Teymur Eminbəyli   

-----------------------------------------------------------------------------

Iran adlanan ölkənin Bakıdakı səfirliyinin son bəyanatlarına münasibət

Ötən həftənin son iki günündə iki dəfə Azərbaycanı hədələyici bəyanatla çıxış edən İranın Azərbaycandakı səfiri Əfşar Süleymani əsəblərini cilovlaya bilmir. Onun və mənsub olduğu ölkəsinin ondan əvvəlki səfirlərinin də ölkəmiz əleyhinə buna bənzər bəyanatları çox olub,  yəqin nə qədər ki, qonşuluqumuzda bu millətlər həbsxanası mövcuddur, bu cür sayıqlamalar bundan sonra da olacaqdır.Lakin diqqəti çəkən məqam eyni hadisəyə ardıcıl olaraq qarşı tərəfin münasibətini gözləmədən iki dəfə reaksiya bildirilməsidir. Bu isə diplomatiyada və dünya praktikasında bir qədər qəribə hadisədir. Məsələyə Azərbaycan hakimiyyətinin hansı reaksiyanı verəcəyi hakimiyyət mənsublarının öz işidir. Amma bir vətəndaş kimi bu cür məsələyə münasıbət bildirmək bizim də vəzifəmizdir. Çünki milli haqlar uğrunda demokratik mübarizə aparmaq hər bir kəsin haqqıdır. Regionda baş verən hadisələrə biganə qalmaq isə onsuz da köməksiz qalmış Güney Azərbaycan türklərinin faciəsinə gətirib çıxara bilər. Hələliksə, bizim ən başlıca vəzifəmiz  ən azından soydaşlarımızda milli şüurun oyanmasına yardımçı ola bilməyimiz olmaqlalıdır.

İran səfirinin bu bəyanatı isə regionda güc nümayiş etdirməyə hazirlaşan qüvvələrin Azərbaycan kartından istifadəsinin qarşısını almaq məqsədi daşımaqdan başqa bir çey deyildir. Türkiyənin İraqda itirdikləri bizə dərs olmalıdır. Amma yenə də bu bəyanata münasibət bildırməyi özümə börc bilərək İran adlanan ölkənin  səfirinə bir sıra xatırlatmalarda bulunmaq istəyindəyəm.Bəlkə də bəyanat müəllifinin bir türk olması bizi daha çox narahat etməlidir. Bu cür məsələyə biganə qalmanın fəsadları çox ağır ola bilər.

Səfir öz bəyanatında  "Milli mənsubiyyətini itirmiş bəzi şəxslər elə bir "xəbis ağac" əkdilər ki, onun acı meyvələri İran-Azərbaycan xalqlarının ağzına acılıq gətirərək onları incitdi",- deyir.

Birincisi bu ifadələr, diplomata yaraşmayan hədələyici və təhqiredici ifadələrdir. Özünə hörmət edən bir diplomat bu cür ifadələr işlətməməlidir. Görünür İran adlanan ölkənin səfiri  diplomatik normaların nədən ibarət olduğunu ya hələ öyrənməyib, ya da onun təmsil etdiyi ölkə bu bəyanatla Azərbaycanda olan milli düşüncənin hansı səviyyədə olduğunu bir daha imtahan etmək istəyir.

İkincisi, milli məsubiyyətini görəsən, İran adlanan yerdə yaşayan 35 milyonluq bir türk toplumun milli maraqları əleyhinə çalışaraq özünü türk adlandıran bu və bunun kimi şəxslər itirib, yoxsa ana vətənində siyasi və milli-mədəni fəaliyyəti yasaq olunduğundan hakim molla rejiminin əlindən canını qurtarıb, ölkəsini tərk etmək məcburiyyətində qalaraq vətəninin və millətinin problemlərini unutmadan onun uğrunda mübarizə aparan güney azərbaycanlılarmı? Hələ mən uzun illərdən bəri zindanlarda çürüyən digə milli fəallarımızı demirəm.

Üçüncüsü, görəsən aci meyvələr yetişdirən bu ağacı kim əkib, Azərbaycan torpaqılrına təcavüz edən erməniləri dəstəkləyən, onlara hər cür maddi, hərbi, mənəvi yardım göstərməkdən həzz alan fars şovinizmi, yoxsa bu əməlləri dilə gətirən torpağı, varlığı, mənəviyyəti işğal altında olan bir millətmi? Milli qəhrəmanımız olan Babəkin doğum günündə Bəzz qalasına toplaşan minlərcə soydaşımıza olmazın divan tutman fars şovinizminin bu hərəkətləri yəqin ki, xoş niyətdən xəbər vermir.

Səfir bildirir ki,  İran tərəfi "Şimali və Cənubi Azərbaycan" kimi terminlərin istifadəsini mənasız hesab edir.

Cox maraqlıdır. Çünki Şimali və Cənubi Azərbaycan termini hələ  ikiyə bölünmüş bir vətən birləşməyincə öz mənasını itirə bilməz, əksinə “İran” termini artıq çoxdan oz mənasını itirmişdir. Bu ölkədə hakim şovinist fars rejimi var və uzun illərdir, haqqı tapdalanan, milli varlığı tanınmayan, dili  yasaq edilmiş, mədəniyyəti aşağılanan, yenicə dünyaya gəlmiş körpələrinə öz istədikləri adları qoya bilməyən, anaları zorla çarşablara büründürülmüş Azərbaycan türkləri və eyni vəziyyətdə olan digər millətlər var. Bəyəm ağayi səfir bilmirmi ki, onun özünün və babalarının da doğulmuş olduqları Azərbaycanın Güneyi və Quzeyi vardır? Dünyada Koreyalılardan başqa Güneyi-Quzeyi birləşməmiş tək bir toplum varsa, o da Azərbaycandır. Azərbaycanın Quzeyində millət öz müstəqil dövlətini yaradıb və indi də növbə Güneyindir. Hakim şovinist fars rejiminin isə bu terminlərin istifadəsini mənasiz hesab etməyinin əslində, bizim üçün hec bir mənası yoxdur. 70 milyon əhalisi olan İran adlanan ölkənin cəmi 12 milyonunu təşkil edən farsların bu ölkəyə rəhbərlik etməsi özü bir məntiqsizlikdir.

Səfir bəyanatında xidmət etdiyi rejimə xoş gəlsin deyə dahi Nizamini və Şəhriyari fars şairləri adlandırmaqdan belə çəkinmir. Tanış ifadələrdir, deyilmi?Budur bizə dostluq, qardaşlıqdan dəm vuranların iç üzü. Elə səfirin təmsil etdiyi ölkənin sevimlisi olan mənfur ermənilər də Azərbaycanın və Türkün mədəni varlığını özününkü sayır. Əslində, əsrlər boyu bir şəxsiyyət yetişdirə bilməyən bu millətlərin bundan başqa yolları da yoxdur. Ona görə də bir erməninin və ya bir farsın belə ifadələr işlətməsi bir qədər də gözlənilməz deyil. Amma bəyəm  bu səfir bilmirmi ki, o özü ən azından bir türk olaraq dahi Nizami Gəncəvi və Məhəmmədhüseyn Şəhriyarla eyni millətə mənsubdur? Bu səfir cənabları, niyə özünü bu qədər zorlayaraq öz dahilərini başqa millətə mənsub etmək istəyir? Əgər Şəhriyar farsdırsa onda niyə şerlərində bir  türk oğlu olduğundan qürur duyur, Azərbaycanı tərənnüm edir, Bakını görmək eşqilə alışıb yanır? Bütün dünya Nizamini və Şəhriyarı bir Azərbaycan türkü kimi tanidiği halda niyə bu səfir cənabları onları fars kimi təqdim edir? Bəlkə, Nizaminin və Şəhriyarın həm də fars dilində əsərlər yaratması səfiri çaşdırıb? Belə olan halda  İbn Sina da ərəbcə yazdığı üçün ərəbdirmi? Burada məşhur bir  el məsəli yada düşür, görəsən bu səfir cənabları “ayının qohumudur ya bizim”? Burada da onun özünün təbirincə desək, “milli mənsubiyyətini itirmiş şəxslər” rolunun ifaçısı Əfşar Süleymani özü deyilmi?

 Ağayi səfirə bu yerdə bildirmək istəyirəm ki, vəzifəsindən asılı olmayaraq hec bir fars və ya erməni heç bir zaman öz millətinin əleyhinə bu cür hədyanlar danışmaz, öz millətinin varlığıni danmaz, öz şairlərini və dahilərini başqa millətinki hesab etməz. Hələ ki, mən heç yerdə buna rast gəlməmişəm. Əslində başqa millətin dahilərini özününkü kimi göstərməklə bu cılız məxluqların nəyə nail olmaq istəkləri göz önündədir. Yəqin Süleymani ağa da bunu bilməmiş deyil.

 Yaxşı olardı ki, fars dilində şerlər yazan Nizamilərdən və Şəhriyarlardan millətlərimizin dostluğu naminə istifadə olunaydı. Cünki Nizami də, Şəhriyar da fars dilində şer yazmaqla əslində İrana gəlmə olan və burada həmişə azlıq təşkil edən farslara rəğbət göstərmiş, ehtiram qoymuş olublar. Dostluq və qardaşlıq üçün gərək niyyət düz olsun. Kimin niyyətinin düz olmaması isə burda göz qabağındadır. Ona görə də Nizamilər və Şəhriyarlar yetişdirə bilməyən farslar getsinlər öz Firdovsiləri ilə öyünsünlər. O Firdovsi ilə ki, bütün farsların ən sevimli masaüstü kitabı olan “Şahnamə” əsərində türk millətini, qadını, ananı - köpəyə, itə bənzədir. Utanc gətirən bir işdir deyilmi? Amma utanmaq üçün də adamda vicdan olmalıdır. Bəlkə də fars şovinizmi elə buna görə öz içərisində dünyəvi dahilər yetişdirə bilmədiyi üçün bizim şairlərimizi özününküləşdirmək xəyalına düşüb.

Səfirliyin yaydığı adıgedən bəyanatlarda  qurultaydakı çıxışları "İrandakı etnik qruplardan birinə - azərbaycanlılara" hörmətsizlik kimi qiymətləndirilir.

Amma məncə əksinə, bu cür çıxışlar nəinki Güney Azərbaycan türklərinə hörmətsizlik kimi dəyərləndirilməlidir, bəlkə də istiqlal mübarizəsi aparan bir xalqın istəyini ifadə edən bu kimi səsləndirmələr onlara yeni ruh verir, onları öz milli haqları uğrunda mübarizələrinin uğurla aparılmasına təkan verir.

 Səfirlik bəyan edir ki, azərbaycanlılar İran sivilizasiyasının yaranmasında, İran dövlətinin formalaşmasında və inkişafında böyük rol oynayıb.

 Bəli cənab səfir, burda mən Sizinlə tamamilə razıyam, bu doqrudan da belədir. Amma İranın bir dövlət kimi formalaşmasında böyuk rolu olmuş və min illər boyu İrana rəhbərlik etmiş bu insanlara hakimiyyət əllərinə keçən kimi şovinist fars rejimi necə qiymət verib? Seçkilər zamani bu insanların ayaqlarına düçən şovinistlər seckilərdən sonra verdikləri vədlərə xilaf çıxaraq yenidən bu millətin milli və mədəni haqlarını tapdalamaqda davam ediblər. Elə buna görə də millət istiqlal istəyir və heç kimsə öz tərbiyəsiz bəyanatları ilə və ya hər hansı bir güclə bu milləti istiqlal yolundan döndərə bilməz. Bu millət insan kimi yaşamaq, milli adət ənənəsinə uyğun böyük türk millətinə layiq övladlar yetişdirmək, milli bayramlarını sərbəstcə qeyd etmək, musiqi və mədəniyyətini inkişaf etdirmək istəyir. Bu istəyi onun əlindən fars şovinizmi alıbdır. Millət yad qüvvələrə qarşı birləşmək istəyir. Həm də bilirsinizmi bu birləşmək istəyi nə zamandan yaranıb? Bu istək dünən və ya bu gün yaranmayıb. Azərbaycan türkünün birləşmək istəyi və mübarizəsi  yadların imza atdıqları Gülüstan və Turkməncay müqavilələrindən dərhal sonra başlamışdır. Azərbaycanın birləçməsi üçün Səttarxanlar, Bagırxanlar, Məmmədəminlər, Pişəvərilər, Elçıbəylər zaman-zaman mübarizə aparmışlar. Amma onların hakimiyyətləri Sizin kimi sapı özümüzdən olan baltaların xəyanəti nəticəsində uzun sürməmiş, devrilmişdir.

 Mənim söhbət etdiyim və bir çox hallarda həvəskar kimi lentə aldığım yaşlı nəslin nümayəndələrindən eşitdiyim bir sira həqiqətlər var.  Bu adamlar ömürlərinin ən şərəfli dövrünü Seyid Cəfər Pişəvərinin bir illik hakimiyyəti zamani yaşadıqlarını fəxrlə dilə gətirirlər. Və mənim də həyatımım ən şərəfli dövrü müstəqilliyimizlə başlamışdır.

Bəs Siz nəylə fəxr edirsiniz Cənab Avşar nəslindən olan Süleymani, millətinizə xəyanətləmi?

Cənab səfir! Siz İran adlanan ölkədə yaşayan Azərbaycan türklərinin adından danışa bilməzsiniz. Buna sizin mənəvi haqqınız yoxdur. Çünki Siz bu millətin yox, hələ ki, fars şovinizminin qulluğundasız.

Tehranda, Təbrizdə, Urmiyədə və digər bölgələrdə milli şəxsiyyətlərimizin anma mərasimləri keçiriləndə, milli faciələrimizin və ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımının ildönümünü qeyd etmək üçün bir yerə toplaşanda insanlara divan tutan, onları zindanlara atarkən bu insanların sivilasiyanın yaranmasında, dövlətin formalaşmasında və inkişafında oynanmış böyük rolları niyə yada düşmür? Amma İran dövləti hər il ermənilərə “Qara kilsə” deyilən yerdə türklər əleyhinə mitinqlər keçirməyə və xalqımızı lənətləmələ geniş imkanlar yaradır, onlara maddi və mənəvi dəstək verir.

Səfirliyin bəyanatına görə, azərbaycanlılar İran dövlətində yüksək post tutur, hakimiyyətin bütün səviyyələrində təmsil olunurlar. Əgər bu yüksək postlarda çalışanlar millətimizin xeyrinə deyil, zərərinə işləyirlərsə, kimə lazımdır bu yüksək postlarda çalışan Sizin kimi şəxslər? Sizin kimi yüksək vəzifəli şəxslər əgər millətimizin problemləri ilə məşğul olmur, əksinə bu postlardan fars şovinizminin əlində daha iti bir alət kimi xalqımıza divan tutmaq üçün istifadə olunursa, kimə lazımdır bu yüksək postlar? Deyin görək, Sizin və yaxud da ən yüksək postlardan birində oturmuş Xamneyinin bu millətə zərərinizdən başqa nə faydanız var?

Utanmadan bəyan edirsınız ki, “üstəlik, İranda azərbaycanca kitab və qezetlər nəşr olunur, teleyayım həyata keçirilir”.

Cənab səfir! Özünüz deyin, azərbaycan dili kimi ortaya atdığınız və molla rejimi tərəfindən əcaib bir formaya salınmış, analarımızın, atalarımızın və uşaqlarımızın belə başa düşə bilmədiyi bu “molla dili” nə zamandan  “azərbaycanca” olubdur? Siz deyilsinizmi, normal Azərbaycan türkcəsində cap olunan qazet və dərgiləri pantürkism təbliğatı adı ilə bağlatdiran, onların rəhbərlərinə və yazarlarına millətçi və pantürkist damğası vurub həbsxanalarda divan tütan? “Şurəvi” və “Türkiyəyi”  dillər adlandırdığıniz  türk dilində yazan yazarların başına hansı oyunlar gətirildiyini bir allah bilir. Yeri gəlmişkən, hələ də sizin kimi  “milli mənsubiyyətini itirmiş şəxslər” Azərbaycanın quzeyinin müstəqilliyini qəbul edə bilmədiyinizdən Azərbaycan respublikasınını hələ də “Şurəvi” adlandırırsınız.

Bəyanatlarınızdan birində yazırsınız ki, "İranlı azərbaycanlıların bir vətəni var: İran və bu vətəndə müxtəlif etnik qruplar birləşib. Onları birləşdirən isə İslam amilidir. Fars dili İranda yaşayan bütün etnik qrupların sevimli dilidir".

Cənab Süleymani! İndiki İran adlanan yer Azərbaycan türklərinin vətənidir. Amma bu millət İranla və yaxud İran adı ilə mübarizə aparmir. Onun mübarizəsi fars şovinizmi ilədir. O fars şovinizmi ilə ki, sənin kimilərini də özünə əsir edibdir. Əgər yaxşı anlasan bilərsən ki, bu millətin mübarizəsi sənin kimilərini bu əsarətdən qurtarmaq üçün, türkə mənsub olan milli haqlarımızın əldə olunması uğrundadır. Amma milli haqlarını əldə edə bilməyən bir millətin müstəqillik uğrunda mübarizə hüququ olduğunu da  yəqin bilməmış deyilsiz. Axi diplomatsiz. Diplomat belə şeyləri bilməlidir. Bilmirsinizsə, xatırladım. İraninin da qoşulmuş olduğu BMT qanunlarına əsasən hər bir millətin öz müqəddəratını özünün həll etmək hüququ vardır. Bu hüquq Güney Azərbaycan türklərinə də məxsusdur və bu haqqı onun əlindən kimsə ala bilməz. Cabalarıniz mənasızdır. Bu millət  əz vətənində istədiyi formada dövlətini yenidən quracaqdır. Buna əmin ola bilərsiniz. Yaxşı olar ki, bir türk olaraq Siz də fars şovinizminin caynağından canınızı qurtarıb millətin yanında olasız.

Fars dilinə gəlincə, bu dil millətimə yad dildir, bu mənim millətimin sevimli dili ola bilməz. Hər kəsin öz dili özünə şirindir. Yaqin ki, Güney Azərbaycanda dillərdən düşməyən “mənim dilim ölən deyil, başqa dilə dönən deyil” sözləri ilə ifa olunan mahniları eşitməmiş olmazsız? Zorla sevgi olmaz.

İranda yaşayan millətləri islam amilinin birləşdirməsi isə gülünc bir düşüncədir. Çünki bu gün İranda islamdan bəhrələnən yalnız fars şövinizmidir. Bu fars şovinizmi Sizin kimi millətinə dönük insanları əlində oyuncaq edərək və sizin kimilərdən islam pərdəsi altında istifadə edərək öz millətinə qarşı qoya bilir. Şovinist İran rejimi islam pərdəsi altında millətləri farslaşdırmaq siyasəti aparır. Buna qarşı olanlara isə divan tutur.

Bəyəm Güney Azərbaycanda yaşayan millət görmürmü ki, Siz islama düşmən olan ermənilərə və ruslara necə qulluq edirsiz? Gecə -gündüz  Azərbaycan ərazisindən işğal olunmuş Qarabağ torpaqlarında nəzarətsiz qalmış müsəlman məscidlərində mal, heyvan saxlayan Ermənistana doğru silah və sursat dolu gedən maşınlardan elə bilirsiniz millətin xəbəri yoxdur? Bəyəm müsəlman torpaqları olan Qarabağı işğal etmiş Ermənistana Güney Azərbaycan ərazisindən cəkilən qaz kəmərinin hara getdiyini millət görmürmü? Bəyanatınızda dəfələrlə vurğuladığıniz “mehriban dostluq və qardaşlıq” budurmu? Doğrudanmı inanırsınız ki, millət  onun vergiləri hesabına Ermənistana çəkilən bu qaz kəmərinin nəqlinə imkan verəcəkdir? İranda yaşayan Azərbaycan türklərinin vergiləri hesabına çəkilən bu kəmər vasitəsi ilə Ermənistana verəcəyiniz qaz millətin cibindən çıxarılıb ermənilərə havayı verilir. Qazın dünya bazarındakı qiyməti 300 dollar olduğu halda siz xalqın malını ermənilərə gözdən pərdə asmaq üçün cəmi 15 dollara satmaq istəyirsiz. Ona görə də millətin öz malına sahib çıxmaq haqqı vardır və darıxmayın, bu millət öz malına sahib çıxacaqdır.

Və nəhayət, bəyanatınızdakı hədələyici məqam “qurultaydakı bəzi "antiiran" çıxışları Azərbaycanın ərazi bütövlüyünə təhlükə kimi qiymətləndirmək olar. "Belə ki, bu cür çıxışlar Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün İranın böyük potensial imkanlarından istifadə imkanlarını azaldır".

Cənab səfir! Təmsil etdiyiniz ölkə Azərbaycanın ərazi bütövlüyünü sözdə tanısa da əməldə heç bir zaman tanımayıb. Azərbaycanın müstəqilliyini və suverenliyini İran heç bir vaxt sinirə bilmir. Bu gün Azərbaycanda demokratiyanın inkişafına da İran bacardıqca islam amillərindən istifadə etməklə maneçilik törətməyə çalışır. Elə məhz bu amilə görə də, İran Ermənistana hər cür yardım edir, islam torpaqlarını işğal altında saxlayan Ermənistanı hərbi və iqtisadi cəhətdən gücləndirir.

Dəfələrlə quru, hava və dəniz sərhədlərimiz İran adlanan ölkə tərəfindən pozulubdur. Xəzərin statusu ilə bağlı onsuz da məlum olan sərhədlərin  guya “müəyənləşməsi” məsələsini ortaya atıb həmişə cığal rolunu oynamısız. Deyə bilərsiniz ki, Azərbaycanın ərazi bütövlüyü tanınmasaydı Azərbaycan respublikasının Bakı şəhərində səfirlik açmazdınız. Sizin Bakıda açmış olduğunuz bu səfirlik əslində səfirlik kimi fəaliyyət göstərmir. Bu Azərbaycan respublikasına qarşı bir casusluq və təxribat mənbəyidir. Burada ölkəmiz əleyhinə yüzlərcə casus və təxribatçı fəaliyyət göstərir. Həmçinin səfirlik tərəfindən idarə olunan yüzlərcə casus islama rəğbəti olan Azərbaycan əhalisi arasında məscidlərdə farsçılığı təbliğ etməkdədirlər. Molla paltarı geymiş bu adamlar əslində İranın kəşfiyyat orqanlarının gizlin əməkdaşlarıdırlar. Bu şəxslər hər an Azərbaycan əleyhinə təxribat törətməyə hazırdırlar. Məhz elə buna arxayın olduğunuza görə də bəyanatıniızda bizə “xox” gəlmək istəyirsiz. Xeyriyyə cəmiyyətləri adı ilə fəaliyyət göstərən “təşkilatların” da nə ilə məşğul olmaları kimsəyə məlum olmasa da İranın özünə yaxçı məlumdur.

Sonda bunları  xatırlatmaq istərdim. İnsan haqları heç bir ölkənin daxili işi sayıla bilməz. Güney Azərbaycan türklərinin insan haqları və vicdan azadlıqları ilə bağlı apardıqları mübarizədə bütün dünya ölkələri kimi bu gün türk dünyasının aparıcı ölkələri olan Türkiyə və Azərbaycan dövlətləri və ictimaiyyəti onlara bütün vasitələrlə dəstək olmalıdırlar. Bu mübarizədə Güney Azərbaycan türklərinin fars şovinizmi ilə mübarizəsinə biganə qalmaqa kimsənin haqqı yoxdur.

Teymur Eminbəyli

www.eminbeyli.com

teymureminbeyli@yahoo.com

-----------------------------------------------------------------------------

24/04/2006 Stockholm 
 

Sayın Abdullah Gül

T.C. Dish ishler bakani

Bu gün İran olarak bilinen ülkede 35 milyondan fazla türk insanı, türk oldukları için çok zor şartlar altında yaşamaktadır. Türk oldukları için bu insanların dilleri yasaklanmış, kendi dillerinde okul yok, müziklerini dinleyemezler, kültürlerini yaşatmaları yasak, kendi çocuklarına türkçe isim koymaları imkânsızdır. Bu insanların kendi vatanlarında kendi dillerinde TV , radyo, gazete yayınlamaları imkânsızdır. Buradaki türk toplumunun milli törenlerini, milli matem günlerini anmaları hapse girmeleri ile sonuçlanır. Ama burada ermenilerin Türkiye, Azerbaycan ve türkçülük aleyhine yapdıkları bütün işler, İran devleti tarafından himaye olunur, türk duşmanlığı yapan her kimseye her türlü yardım yapılır.

Ülkede bir tek fars dilinde okullar ve üniversiteler vardır. Bu okullarda resmi olarak türkçülük aleyhine her şey öğretilir, zengin türk tarihi çarpıtılır, Türkiye devleti ve tüm türkler öğrencilere düşman olarak tanıtılmaktadır. Bu haksızlığa itiraz eden, kendi dilinde okula gitmek isteyen herkes ''pantürkizm" le suçlanarak hapse atılır.

Türkiye'de müslüman oldukları için bir İran sevgisi olduğu halde, İran'da türk oldukları için bu insanlara ve Türkiye'ye karşı bir nefret vardır.

Bu nefretin yaratılması kısa bir zaman içerisinde değil, farsların bu ülkede iktidara geldiği zamandan beri, İran'ın gerçek sahibi olan yerli türklerin hakaretlere maruz kalması, türkün her sahada farslar tarafından aşağılanması ile devam etmektedir.

Türk düşmanı olan fars rejiminin siyaseti ile bir çok türk şehirlerine kitlesel şekilde kürt PKK'cıları ve Pejakçılar yerleştirilmektedir. Bazı olaylardan sonra birkaç teröristin Türkiye'ye teslim edilmesi fars şovenist hakimiyetinin bazı şartlar dahilinde bir görüntü yaratmak siyasetinden başka bir şey değildir.İran fars şovenizmi Türkiye'ye ve türke hiç bir zaman dost olmamış ve olmayacaktır.

Bütün haklardan ve hukukdan mahrum edilmiş ve hakimiyeti elinden alınmış 35 milyonluk bir türk toplumunun kendini koruması için tek yolu sivil, milli mücadele başlatmaktır. Bu milletin uyanışına ve milli kimliğine sahip çıkmasına yardımcı olacak bir iş, dış ülkelerde TV'ler ve radyolar açarak İran'a yönelik yayın yapılmasıdır.  
 

Sayın Elçi!  
 

Bu dediklerimize karşılık olması açısından, dış ülkelerde yaşayan soydaşlarımızın maddi imkânları ile bir yıl önce Chicago'dan yayımlanan GÜNAZTV adlı bir televiziyon yaratıldı. Soydaşlarımızın ekonomik yardımlarıyla devam eden bu TV, bir az sonra bizim için bir hak olan, tüm türklerin izleyebileceyi Türksat'dan yayımlanmağa başladı. Bu TV az bir zamanda dünyanın dört bir yerinde yaşayan hem Azerbaycan türklerinin, hem de diğer türklerin sevimli bir kanalına dönüştü. Bu TV'ye telefon eden bütün kişiler türkün dertlerini konuşmaya başladı. Milli sorunlarımız, başımıza açılan belâların sebepleri konuşuldu. Türkiye, Azerbaycan türkleri ve tüm türk dünyası milli dertlerini bu TV'den konuşdu. Milletimiz kısa bir zamanda uyanmaya, öz milli hakları üzerinde düşünmeye başladı.

Tek bir örnek vereyim, bu yılın şubat ayında PKK ve Pejak kürt terör teşkilâtlarının terörist başı Abdullah Öcalan'ın tutuklanmasının yıldönümünde, protesto etmek isteği ile İran'ın türklerin yaşadığı Maku ve diğer şehirlerinde terör estirme girişimlerinin önü GÜNAZTV'nin canlı yayını ile milletimize duyurulması neticesinde alındı. Bu somut bir örnektir. GÜNAZTV'nin türk milli şuurunun uyanmasında özgün ve önemli bir rolü vardır. TV'den canlı yayınlar zamanı bunun şahidi olmak bizleri sevindirir, türk düşmanlarının uykusunu kaçırır. İran'da yaşayan 35 milyondan fazla bu türk toplumunun uyanabilmesi, kendisinin türk olduğunun bilincine ulaşması, yalancı fars tebligatının aradan kalkması için GÜNAZTV'nin rolü paha biçilmez değerdedir. Bu TV, insanlarımızı kendilerini kürt terör örgütlerinden ve fars şovenizminin asimilasyonundan korumak için silaha değil, demokratik mücadeleye yöneltmeye  çalışmaktadır.  
 

Sayın Elçi! 
 

Böylesine olumlu bir etkinlik durumunda, milletimizin sesi, tüm türk dünyasının birliğine çalışan, türk düşmanlarını rahatsız eden GÜNAZTV'nın Türksat'dan yayımlanması durdurulmuştur. Bu yeterli değilmiş gibi Türkiye'den yayımlanan bazı TV ve gazetelerde GÜNAZTV aleyhine, sanki Amerika tesiri olarak yayımlanırmiş gibi iddialar seslendirildi. Halbuki, bizim tüm siyasetimiz ve hazırladığımız programlar Amerika devletinin destek verdiği kürt terör teşkilâtlarının ifşa edilmesine yöneliktir. Aynı zamanda, kürt web sitelerinde ve İran matbuatında bu adımın İran'ın Türkiye'ye baskısı neticesinde yapıldığı bildirilerek bir sevinç yaşanmaktadır.

Bunun için de, biz, GÜNAZTV'nin Türksat'dan yayımının engellenmesini Türkiye tarafından araştırılmadan atılmış bir adım olarak hesap ediyoruz. Türkiye resmî makamlarının GÜNAZTV ve İran'da yaşayan türklerin durumu hakkında doğru informasyona sahip olmadığı kanısındayız.

Tüm dünya türklerinin bir tek güvenç yeri olan Türkiye devletinin, hangi ülkenin pasaportunu taşıdığına bakmaksızın her bir türk insanına sahip çıkması gerektiğine inanıyoruz. Bu istek bizden daha önce hem de Atatürk'ün isteği olmuştur.  
 

Sayın Elçi! 
 

Bütün bunlarla birlikte, GÜNAZTV olarak, sizden bazı isteklerimizin yerine getirilmesi ve sorunlarımızın çözümü için yardımcı olmanızı talep ediyoruz.

  1. GÜNAZTV'nin yeniden Türksat'dan yayınlanmasına izin verilmelidir
  2. GÜNAZTV'nin teknik donanımına yardım edilmelidir
  3. Avropada GÜNAZTV için bir stüdyo yaratılmasına yardımcı olunmalıdır
 
 

Bu konuda gerekli duyarlılığı göstereceğinize ve GÜNAZTV'nin sorunlarının çözüleceği inancı ile en dostane selam ve saygılarımı sunuyorum. 
 

Teymur Eminbeyli

GÜNAZTV Başkan yardımcısı

Dünya Azerbaycanlıları Konseyi Genel Sekreteri

Hagalundsgatan 15, 10 tr

169 65 Solna/SWEDEN 
 

Telefon: 0046-70 776 03 03

E-post adress: teymureminbeyli@gmail.com

----------------------------------------------------------------------------------------------------------------

Din xadimi Höcətülislam Qədim Əzimi Təbrizdə həbs edildi

Dünən, bazar günü, martin 26.da Güney Azərbaycanın milli fəallarından olan, din xadimi Höcətülislam Qədim Əzimi Təbrizin Dini Təcridi Nəzər(dini apellyasiya) məhkəməsi tərəfindən məhkəmə zalında həbs edilərək Təbriz həbsxanasına göndərildi. Otən ilin dekabrında Azərbaycan Federasyonu İsveçin təşkilatçılığı ilə 21 Azər tədbirlərinin keçirilməsi mərasiminə dəvət olunmuş Höcətülislam səfəri başa çatmamış məhkəməyə çağırılmışdı. Səfərdən qayıdan Qədim Əzimi dərhal Təbriz dini məhkəməsi tərəfindən mühakimə olunaraq 1.5 il həbs, 10 il ruhani paltarini geyməsinə, 5 il Güney Azərbaycan şəhərlərinə gəlməsinə, 10 il İrandan xaricə çıxmasına qadağa qoyulması cəzasına məhkum edilmişdi.Məhkəmənin hakimi milliyətcə türk olan Rəhimpurdur.

Höcətülislam Qədim Əzimi vəkili vasitəsi ilə bu qərardan yuxarı məhkəmə instansiyasına şikayət etsə də qərar tamamilə qüvvəsində saxlanmışdır. Məhkəmənin bu qərarı verməsinə əsas ittihamlar, pantürkizm, fəaliyyəti ilə milli oyanışa səbəb olma, islam hakimiyyətinin siyasətinə zidd fəaliyyət, milli salar Bağırxanın qəbrini ziyarət törənini təşkil etmə və orada İslam hakimiyyəti əleyhinə çıxış etmək olmuşdur.

Xatırladaq ki, Höcətülislam Qədim Əzimi bu il fevral ayının 26-da Qum şəhərində Xocalı soyqırımının ildönümü mərasimində iştirakına görə də 24 saat tutuklanmışdı. Bu tədbir isə fars şövinist hakimiyyəti tərəfindən vəhşıcəsinə dağıdılmışdı. Bundan əvvəl, Höcətülislam Qədim Əzimi Ərdəbildə Cuma məscidində işləyərkən erməni iş adamlarının Ərddəbilə dəvət olumasının qarçısını almaq üçün etiraz mitinqinin təşkilatçılığında da suçlanaraq Qum şəhərinə sürgün edilmişdi. Son zamanlarda Qum şəhərində yaşayan  Əzimi din xadimləri arasinda Qarabağda müsəlman məscidlərində heyvan saxlanilması məsələsi ilə bağlı genish təbliğata səbəb olanlardan biridir.

Ailəlidir, 2 kicik yaşlı övladı var.

 http://ebduleziz-ezimi.blogspot.com/

Teymur Eminbeyli

teymureminbeyli@yahoo.com

www.eminbeyli.com

--------------------------------------------------------------------------------------------------------------

http://www.radist.org/az/eminbeyli.htm

a

 
 

Birliyimizi kimlər pozur?

 
 

Bir necə il bundan əvvəl, daha konkret desək, 2001 ilin mart ayında, Dünya Azərbaycanlıları Konqresi (DAK) xaricdə yaşayan Azərbaycanlılarla əlaqələrin daha yaxşı qurulması, diasporumuzun milli problemlərin həllinə yِnəldilməsi, eləcə də, lobbiçilik istiqamətində addımlar atılması üçün 15 bənddən ibarət təkliflər paketi ilə Azərbaycan hakimiyyətinə müraciət ünvanladı(müraciətin tam mətni 30 mart tarixli “Ayna” qəzetində dərc olunmuşdur). Müraciətdəki bəndlərdən birində pərakəndə vəziyətdə olan diaspor təşkilatlarımızın birliyinə nail olmaq məqsədi ilə bir dِvlət qurumunun yaradılmasının faydalı ola biləcəyinə də işarə edilmişdi.

 

a

Təkliflər paketində bundan daha əhəmiyyətli istəklərin olmasına baxmayaraq, demək olar ki, onların hamısı bir kənara qoyuldu. Yalnız xaricdəki soydaşlarımızla işləməli olan bir komitə yaradılmasına fərman verildi. Bu quruma Xaricdə Yaşayan Azərbaycanlılarla İş ـzrə Dِvlət Komitəsi (qısa adı-XYAİـDK) adlı uzun-uzadı, uğursuz bir ad da qoyuldu.

 ضzünün dediyinə gِrə, Heydər Əliyev Moskvada və bundan sonra Naxçıvanda yaşayan zaman ona yaxın olmuş və DAK-ın bu təklifi verilərkən Ukraynada bir neçə aylıq Azərbaycanın səfiri vəzifəsində işləyən Nazim İbrahimov adlı birisi isə bu komitəyə sədr təyin edildi. Elə diasporumuzun faciəli günləri də bundan sonra başlandı.

Komitənin yaradılması ilə bir sıra problemlərin həll olunacağına bizdə ümid yaransa da, gِzlədiyimizin tam əksi baş verdi. Beləliklə, xaricdə yaradılmış milli təşkilatlarımızın vahid ideya ətrafında birləşməsini, diasporumuzun inkişafını, lobbimizin yaranmağa başlanacağını gِzlədiyimiz halda, mِvcud olan təşkilatlarda parçalanma prosesi başladıldı. Gِrünür, həmin vaxt Ukraynada yenicə formalaşan diasporumuzu parcalama işini gِzəl şəkildə yerinə yetirdiyi üçün bu rəhbər vəzifəyə belə bir dağıdıcı adamın təyin olunması təsadüfi deyilmiş. Əvvəllər Rusiyada bizneslə məşğul olmuş Nazim İbrahimova bu ِlkəyə səfir təyin edilməsi sِz verilsə də, həmin vaxt

   

bugün-sabah vəzifəsindən geri çağırılacağı haqda sِz-sِhbət gəzən səfir Ramiz Rizayev ِz yerini mِhkəmlədə bilmişdi. Ona gِrə də, belə bir komitənin açılması bəlkə də, konflikt yaratmaqda xüsusi səriştəsi olan Nazim İbrahimovun yerləşdirilməsi üçün gِydəndüşmə oldu.

Həm də, gِrünür, 1998 ildə DAK-ın Vaşinqtonda keçirilən 2-ci qurultayına bِyük bir ekiplə qatılan yüksək çinli hakimiyyət mənsublarının bu təşkilatı ələ keçirməklə bağlı uğursuzluğundan sonra belə bir qurumun yaradılmasına bِyük ehtiyac varmış.

İlk “uğurlu” parçalama missiyasını 2002 ildə DAK-ın Hollandiyada (Haaqa şəhəri) kecirilən 6-cı qurultayında həyata keçirməklə başlayan yeni yaradılmış Dِvlət Komitəsi, buradaca, diaspor təşkilatları içərisində, o cümlədən, DAK-da bir sıra intriqaların əsasını qoya bildi. Komitə rəhbərliyi bəzi millət vəkillərindən tutmuş, muxalifətin içərisinə təfriqə salmaqda səriştəli olan sınaqdan çıxmış siyasiləri, bir neçə il həbsxanada siyası məhbus kimi təlim gِrmüş, xüsusi missiya yerinə yetirmək üçün H.Əliyevin əfv fərmanı ilə “azad edilmiş” birisini və ِz işçilərindən ibarət bِyük bir kontingenti qurultaya gətirərək bu işə cəlb etdi.   

Əsası buradan başlanan intriqalar nəticəsində, 6 il ardıcıl olaraq diaspor sahəsində fəaliyyət gِstərən, beynəlxalq təşkilatlarla iş aparmağa başlamış, bir çox ِlkədə diasporumuzun təşkilatlanmasının təməlini qoymağa müəssər olmuş, bir sıra milli problemlərimizi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çalışan və ardıcıl olaraq ildə bir dəfə qurultay keçirməyə nail olmuş, soydaşlarımızın yeganə ümid yeri olan bir təşkilatın dağıdılması prosesi başlandı. DAK rəhbərliyində olan bəzi şəxslər müxtəlif vasitələrlə ələ alındı və rəhbərliyə yeni “kadrlar” cəlb edildi.       

Cəmi bir neçə aydan sonra, yeni “kadrların” fəaliyyəti ilə təşkilat daxilində yaradılmış ikitirəlik nəticəsində, DAK-dakı əsas güclərə qarşı ittihamlar geniş vüsət aldı. Yaranmış vəziyyətdən təşkilatı qurtarmaq istəyən, DAK-ın təməlini qoymuş şəxslər qurultaya hazırlıq üzrə təşkilat komitəsi yaradaraq, Fransanın Strasburq şəhərində ali yığıncağın keçirilməsinə qərar verdilər. XYAİـDK tərəfindən təşkilatı parçalama məqsədi ilə ələ alınmış, qurultaya qatılmayan keçmiş DAK-çılar isə bir neçə ay sonra yeni “kadrlarla” birlikdə, komitənin və onların bu işə cəlb etdikləri iş adamlarının maliyyə vəsaiti hesabına Almaniyada eyni adlı tədbir keçirdilər.  

Bununla da, DAK-ın iki eyni adlı təşkilat kimi fəaliyyət gِstərməsinin əsası qoyuldu.

Beləliklə, ssenari üzrə, Nazim İbrahimov və komitənin digər əməkdaşları mətbuata müsahibələr verib, Azərbaycanın daxili işlərinə qarışdıqlarına gِrə, DAK-ın Strasburqda qurultay keçirən hissəsini tanımadıqlarını bəyan etdilər.

 

DAK-ın Almaniyada qurultay keçirmiş hissəsi isə tam şəkildə hakimiyyətin inhisarına və himayəsinə keçdi. Onlar üçün geniş maliyə imkanları yaradıldı, mətbuatda yerli-yersiz reklam olunmalarına gِstəriş verildi. Qarşı tərəfə isə bütün sahələrdə qadağalar tətbiq olundu.

Azərbaycanın daxili işlərinə qarışmaq dedikdə nə nəzərdə tutulurdu?

ضz məramnaməsinə sadiq qalaraq, Azərbaycan respublikasinda demokratik seçkilərin keçirilməsi, insan haqlarına və viçdan azadlığına hِrmətlə yanaşılması, sərbəst toplaşma azadlığının təmin olunması, siyasi məhbusların azad edilməsi, mətbuata olan basqıların aradan qaldırılması, jurnalistlərin təqib olunmasına son qoyulması, jurnalist Elmar Hüseynovun qətlinin araşdırılması və onun qatillərinin tezliklə tapılıb məsuliyyətə cəlb olunması, dünyada millətimizə utanc gətirən rüşvətxorluğun və korrupsiyanın aradan qaldırılması və sair bu kimi istəklərlə bağlı DAK-ın müraciətlər qəbul etməsi iqtidarı qane etmirmiş.

Demə, hakimiyyət bu istəkləri siyasi sifariş kimi qəbul edirmiş. Halbuki, bu istəklərin heç biri siyasi məsələ deyil, insan haqlarının müdafiəsinə yِnəlmiş amillərdir.

Əslində, bunlar ِlkəmizlə bağlı diaspor təşkilatlarını narahat edən məsələlər olduğundan bu istəklər islahalar aparmaq, normal cəmiyyət qurmaq, ِlkəni inkişaf etdirmək istəyən bir hakimiyyət tərəfindən normal qarşılanmalıdır. Əsasən, demokratik ِlkələrdə yaşayan diaspor üzvləri yaşadıqları cəmiyyətdə bu neqativ halların olmadığını gِrür, Azərbaycanı inkişafdan saxlayan bütün amillərin aradan qaldırılmasını, vətəndaş cəmiyyəti yaranmadan ِlkənin inkişafının mümkünsüzlüyünü hakimiyyətin diqqətinə çatdırmaq istəyir.   

Bu neqativ amilləri aradan qaldırmaq istəməyən, bunu müxalifətçilik və düşmənçilik kimi qəbul edən bu hakimiyyət mənsubları isə diaspor təşkilatlarını sıradan çıxartmağı daha asan yol gِrür.

 DAK-ın parçalanma missiyasını məharətlə yerinə yetirən XYAİـDK elə həmin il, yəni 2004 ildə Almaniyada bugünədək də adi var ِzü olmayan Avropa Azərbaycanlıları Konqresi(AAK) adlı bir təşkilat yaratdığını elan etdi. Halbuki bu ِlkədə Avropa Azərbaycanlıları Konfederasiyası(AAK) adli bir təşkilat pis-yaxşı necə illərdir ki, fəaliyyət gostərir. Əslində, Avropanın bir sıra ِlkələrində yaradılmış diaspor təşkilatlarını bu konfederasiyada bir araya gətirərək koordinasiya etməklə onları milli maraqlarımızın həll olunmasına cəlb etmək daha faydalı ola bilərdi. Amma gِründüyü kimi bu konfederasiya ilə iş aparmaq əvəzinə ona alternativ bir qurum yaradılaraq, burada da parcalanmanın əsasını qoymaq üçün baza yaradıldı. Cünki, Azərbaycan hakimiyyətinin məqsədi mِvcud olan müstəqil təşkilatlarla, dərnəklərlə əlaqə yaratmaq, onlara yardımçı olmaq deyil, alternativ qurumlar yaratmaqdır. Hələ dِvlətin büdcəsindən bu fəaliyyətsiz alternativ qurumların yaradılmasına xərclənən vəsaitin miqdarından danişmırıq. Yəqin, nə vaxtsa korrupsiyalaşmış Dِvlət Komitəsi buna da cavab verməli olacaq.

Bu vaxta qədər yaradılmış diaspor təşkilatlarının əksəriyyəti digər millətlərin diaspor təşkilatları kimi müstəqil fəaliyyətə üstünlük verir, bu qədər nِqsan içərisində olan bir hakimiyyətin təbliğ olunması kimi lüzumsuz gِstərişləri yerinə yetirmək istəmirlər. Hakimiyyəti tənqid edən şəxslər Azərbaycanın düşmanı elan edilir. Hakimiyyətə yaltaqlanan, onların gِstərişlərini can-başla yerinə yetirən, təşkilatçılıq qabiliyyətindən uzaq, yaşadıqları ِlkələrdə diaspor təşkilatlarından qovulmuş, heç bir nüfuz sahibi olmayan dəyərsiz insanları isə kimliyindən asılı olmayaraq, ya bir “malades”, ya da cib xərcliyi hesabına ِz tərəflərinə çəkməklə dağıdıcılıq işlərinə cəlb edirlər. Beləliklə də, Komitə rəhbərliyi onların hesabına büdcədən diaspor üçün ayrilmış vəsaiti mənimsəməkdə davam edir.   

Bu yolla, DAK və digər Azərbaycan naminə fəaliyyət gِstərən təşkilatlara nüfuz edən hakimiyyət mənsubları, bundan sonra, təməli 1997 ildə qoyulmuş, bir çox dərnəkləri ِzündə birləşdirən, dünya ِlkələri içərisində yeganə kompakt təşkilat olan  Azərbaycan Fedrasyonu- İsveç(AFİ) kimi bir qurumun parcalanmasına da qərar verdilər. اünki, bu federasyonun yaradıcıları və idarəediciləri də müstəqil düşüncəli, demokratik baxışlı şəxslər olduqları və hakimiyyəti təbliq etmək kimi yersiz gِstərişlərə əməl etmək istəmədikləri üçün komitə əməkdaçlarının qəzəbinə düçar oldular

   

2005 ilin yayında AFİ nِvbəti qurultayını keçirən zaman gِzlənilmədən iki yerə parçalandı. Parçalanmanın baş dirijoru başda Nazim İbrahimov olmaqla, XYAİـDK, ifaçıları isə onların diaspora içərisindən axtarıb tapdıqları bir qrup muzdlular idi.

 Dِvlər Komitəsinin maliyə vəsaiti hesabına bu proses başa çatdıqdan sonra, Nazim İbrahimov və onun dəstəsi təbii ki, AFİ-yə alternativ olaraq ِzlərinin yaratdıqları 3-5 nəfərdən ibarət qrupu tanıdığını bəyan etdı.

Yeri gəlmişkən, Nazim İbrahimov, elə Bakida keçirilən Dünya Azərbaycanlılarının 2-ci qurultayına da AFİ adı ilə əsas təşkilatın rəhbərliyini deyil, ِzünün yaratdığı bu  qondarma qrupu dəvət etməyi daha məqsədə uyğun hesab etdi.

Təssüflə, bu cür dağıtma və parcalama siyasəti keçmiş sovetlər birliyi ِlkələrində yaradılmış müstəqil diaspor təşkilatlarımıza da tətbiq olunmuşdur. Yerli-yersiz, harda gəldi, dِvlətimizin büdcəsi hesabına fəaliyyətsiz konqreslər qurmaqla, əslində disporumuzu təşkilatlanmaqdan yayındırmağa başladılar.

Bütün bu əməllərin sahibi və Bakıda keçirilən Dünya Azərbaycanlılarının 2-ci qurultayinin təşkilatçısı olan XYAİـDK, elə bu qurultay zamanı bir sira uğursuzluqlarla üzləşdiyinin şahidi olduq. Komitə sədri xarıcdən qurultaya dəvət olunanların yerli təşkilatlar tərəfindən seçildiklərini bəyan etsə də məlum oldu ki, bura gələn insanların heç biri diaspor təşkilatları tərəfindən seçilib. Onların hamısi da olmasa, çoxusu, Nazim İbrahimovun və onun komandasının bu neçə ildə kəşf etmiş olduqları “azərbaycanlılardırlar”. Yerdə qalanları isə səfirliklər tərəfindən bu işə cəlb edilmişlər. Sən demə, hətta bu “azərbaycanlıların” bir çoxunun diaspora işindən xəbərləri belə yox imiş. اox bِyuk bir azlıq, təxminən bir neçə nəfər isə qurultaya demokratik don geyindirmək üçün məcburiyyət qarşısında dəvət olunmuşlar. Amma onların da Bakıda olduqları müddətdə fəaliyyətləri xüsusi xidmət orqanları tərəfindən ciddi nəzarət altında olub.

Bakı qurultayı zamanı mətbuat üzə çıxartdı ki, Macarıstandan gəlmiş İslan Vəşəri adlı  diaspor nümayəndəsinin artiq neçə ildir ki, Budapeştdə bir ermənini ِldürməsi faktı ilə mühakimə olunan Azərbaycan zabitinin kimliyindən belə xəbəri yoxdur. Bu adamın yaşadığı ِlkədə baş vermiş və bütün dünyanın diqqət mərkəzində olan bir hadisəni bu vaxta qədər o hələ eşitməyibmiş. Amma 50 milyonluq bir xalqın içərisindən “secilmiş”, qurultaya qatılan 600 nəfərdən biri də bu qoçaq idi. Kim bilir bəlkə də, Macarıstanlı bu “dost” Nazim İbrahimovun biznes partnyorlarından biridir, bunu buraxaq onların üz insafına.

Amma, Ermənistan və Azərbaycan prezidentlərinin Paris gِrüşündən əvvəl Robert Kِçəryanın İsveçə gəlişinə etiraz olaraq dِvlət rəsmilərinə aşıq məktub yazaraq bu cinayətkarın gِrüşlərini əngəlləməyə çalışan, Xocalı soyqırımı əleyhinə Stokholmun mərkəzində mitinq təşkil edən, diasporumuzun bu ِlkədə bir araya gəlməsində xüsusi əməyi olan AFİ rəhbəri Əli Mollazadə nəyə gِrəsə, Bakı qurultayına dəvət olunmur. Oxucular bunu bir unutqanlıq və ya təsadüf də hesab edə bilərlər. Amma xatırlatmalıyam ki, bütün təkidlərə baxmayaraq komitə rəhbərliyi Əli Mollazadənin qurultayda iştirak etməsini istəmədi. Cünki, o da, Azərbaycanda neqativ halların aradan qaldırılması və demokratiya istəyi ilə bu hakimiyyəti tənqid edənlərdən biridir.

Bu qurultaya bütün həyatını Azərbaycanın demokratikləşməsi işinə həsr etmiş, “Azadliq” radiosunun keçmiş rəhbəri Mirzə Xəzər də dəvət almadı. اünki, Mirzə Xəzər bu hakimiyyətin yarıtmaz işlərini hər zaman tənqid edir. Azərbaycan hakimiyyəti isə bu cür tənqidlərə dِzümsüzdür.

Saleh İldırım adlı soydaşımızın Azərbaycan uğrunda fəaliyyətini bilməyən az adam tapılar. Digər xidmətlərini demirəm, amma hələ müstəqilliyimiz elan edilməmışdən əvvəl də Kanadada Azərbaycan həqiqətlərini “İldırım” jurnalı ilə ictimaiyyətə yayan Saleh bəyin bu qurultaya dəvət olunmaması da bəzi mətləblərdən xəbər verir.

«Bütün dünyaya azərbaycanlıların həmrəyliyini nümayiş etdirməli olan qurultay ərəfəsində azərbaycanlıları «yaxşılar»a və «pislər»ə bِlmək Azərbaycan Respublikasının dِvlətçiliyinə zərbədir». Bu sِzlər Polşada fəaliyyət gِstərən Azərbaycan İnformasiya Mərkəzinin rəhbəri Hicran Əliyevanın dِvlət başçısı İlham Əliyevə ünvanladığı açıq məktubdandır. Hicran Əliyeva da haqqı olan, amma qurultaya qatıla bilməyənlərdən biridir.

Bu siyahını nə qədər desən artırmaq mümkündür və belə faktları nə qədər desən saymaq olar.

Qurultaydan bir neçə gün əvvəl mətbuat konfransı keçirən Nazim İbrahimovun erməni zabitini qətlə yetirən Ramil Səfərovun guya onu yatmış vəziyyətdə qətlə yetirdiyini bəyan etməsi komitənin diaspor sahəsində gِstərmiş olduğu fəaliyyətin cəfəngiyat olduğunu bir daha üzə çıxartdı. Elə ermənilər də bütün dünyaya məhz erməni zabitinin yatmış vəziyyətdə qətlə yetirildiyi barədə car çəkməkdədirlər. Halbuki, həqiqət tam başqadır. Sadəcə, Azərbaycanın ləyaqətini qorumuş bu cəsur zabitin müdafiyəsini təşkil edə bilməyən hakimiyyət ِzünə bu yolla bəraət qazandırmaq istəyir. Nə yaxşı ki, Macarıstanda təhsil alan tələbələrimiz Nazim İbrahimovun bu hərəkətlərinə ِz etirazlarını vaxtında bildirdilər. Nə yaxşı ki, müdafiəsiz qalmış Ramil Səfərovun məhkəməsində heç olmasa bu tələbə gənclərimiz iştirak edib, ona təsəlli verir, dayaq dururlar.

Digər bir məsələ, qurultaya dəvət olunmuş bəzi əçnəbi qonaqlar, o cümlədən, Litvalı qonaq, ِzü azərbaycanlı olmasa da, çıxışını bizim dilimizdə təqdim etməyə çalışdı. Lakın, Rusiya, Ukrayna və Estoniyadan “seçilmiş” qondarma konqres rəhbərləri çıxışlarını tədbirə hec bir aidiyyatı olmayan rus dilində bura toplaşanlara catdırmaq istəyiblər. Təbii ki, qurultayda rus dilini bilməyən bir çox soydaşlarımız onların nə demək istədiklərini anlaya bilməyiblər. Elə hesab edək ki, məsələn, İsvecdən gəlmiş, azərbaycanlı olduğundan “utandığı” üçün soyadını dəyişib, “Hundsson” qoymuş Nazim İbrahimovun kəşf etdiyi birisi Dünya Azərbaycanlılarının qurultayında isveçcə çıxış edir. Bu qurultay iştirakçılarında hansı təsiri buraxardı?

Hətta, o da məlum oldu ki, ِz dilində danışmağı aşağılıq kompleksi hesab edən və azərbaycanlı olduqlarından xəcalət çəkən bu adamların bəziləri ِlkəmizin yüksək orden və medalları ilə təltif olunublar. Yəqin  ki, onlara orden və medallar verilməsi üçün fərman imzalayan dِvlət başçısına,  məhz, “prezidentin yaxın dostuyam” deyə dِşünə dِyərək ِyünən Nazim İbrahimovun təqdimat verməsi heç kimdə şübhə doğurmur.

Türkiyə diasporu ilə işbirliyi qurulmasından yorulmadan danışan XYAİـDK əməkdaşları bu sahədə hansı iş gِrüldüyünü ortaya qoya bilmədilər.Yalnız onu qeyd edə bildilər ki, gələcəkdə ABŞ-da keçirilən ənənəvi “türk yürüşlərində” bu il ilk dəfə olaraq azərbaycanlılar da iştirak edəcəklər. Halbuki, bu yürüşlərə soydaşlarımızın da qatılmasının əsasını mərhum Əbülfəz Elçibəy ِzünün şəxsən iştirakı ilə qoymuşdur.

İndi artıq Dünya Azərbaycanlılarının 1-ci qurultayı kimi 2-cisi də arxada qalıb. Qurultaya cağırılmışların yadında bu tədbir yalnız bir şeylə qalıb, o da budur ki, bura toplaşanlar bir-biri ilə gِrüşüb, tanış olublar. Kommunist sayağı keçirilmiş, təntənəli alqışlarla müşaiyət olunan bu tədbirdə solçu soydaşlarımızın nastalgiyasi da baş qaldırmamış deyil. Bir də İlham Əliyev deyib ki, “mən 50 milyon azərbaycanlıların prezidentiyəm”. 

   

Bu da ilk dəfə Azərbaycana ayaq basıb belə bir tədbirdə iştirak edən bəzi soydaşlarımızı yamanca kِvrəldib. Gِrəsən 50 milyonluq bir millətin prezidenti 35 milyonluq Güney Azərbaycandan niyə hec kimsəni bu qurultaya dəvət etməmişdi? Niyə Borçalı türklərinin nümayəndələrinə qurultayda iştirak imkani yaradılmamışdı?

Nِvbəti qurultay yəqin ki, qismət olsa bir də 5 ildən sonra cağrılacaq. Bu müddət ərzində hansı hadisələrin baş verəcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil.

Başqa təşkilatlarla bağlı nələrin baş verəcəyini deyə bilmərəm. Amma, bizə çatan məlumata gِrə, XYAİـDK rəhbərliyi indi ayağa dura bilmiş DAK-a yenidən əl gəzdirmək üçün yollar axtarmağa başlayıb. Bu təşkilatda prinsipial mِvqe nümayiş etdirən nüfuzlu şəxslərin nüfuzdan salınması istiqamətində planlarını həyata keçirmək üçün hətta “bəziləri” ilə anlaşmalar da əldə edilib. Kiməsə isti münasibət gِstərilərək, verilən tapşırıqların ِhtəsindən gələrsə, qarşıdan gələn qurultayda DAK başqanı seçilməsinə sِz verilib. Əgər bu baş tutmasa onların əli ilə DAK-ın yenidən parçalanması gündəmdədir. Bunun üçün Nazim İbrahimovun neçə illər sınaqdan çixmış metodları işə düşəcəkdir. Yəqin ki, təşkilatdan ayrılacaq güclər yenidən XYAİـDK tərəfindən “tanınacaq” və hakimiyyətin inhisarında olan mətbuat orqanlarında onların reklam olunmalarına yenidən gِstəriş veriləcək.Yaxın günlərdə belə bir tamaşanın şahidi olacağımız indidən gِz qabağındadır. Yəni, parcala-hِkm sür.

Bəzən düşünürsən ki, gِrəsən biz bir millət olaraq niyə bu qədər parçalanmaya və parçalamağa meyilliyik? Dünya qloballaşmaya, birləşməyə meyilli ikən biz niyə bütün gücümüzü parçalanmaya sərf edirik?  Bəlkə, içərimizdə xarici gِrünüşü bizə bənzəyən, dili, danışığı bizimki kimi olan yad ünsürlər var, amma biz onları gِrə bilmirik? Bəlkə, elə buna gِrə də hami birləşə bilir, bizdən başqa?

Bəlkə, bu bəlkələrə nə vaxtsa cavab tapa biləcəyik...?

Teymur Eminbeyli

teymureminbeyli@gmail.com

 

 

DİASPORUN VƏZİFƏLƏRİ, yaxud BİZ NECƏ YALAN DANIŞAQ?

Diasporun əsas vəzifəsi öz vətənini yaşadığı ölkədə layiqincə təmsil etməkdən ibarət olmalıdır. Yəni ana vətəni barədə həqiqətləri təbliğ etmək, ölkəsinin mədəniyyətini, musiqisini yaşatmaq və yaymaq, vətənin və millətin önəmli problemlərini dünyaya çatdırmaq, ana vətənlə yaşadığı ölkə arasında hərtərəfli əlaqələr qurulmasına nail olmaq və sair diasporun əsas vəzifəsi hesab olunur. Əslində, diaspor təşkilatları da elə bunun üçün yaradılır.

Harada yaşamağımızdan asılı olmayaraq, musiqimizin, mədəniyyətimizin, tariximizin, dövlətçiliyimizin təbliğatı hamımız üçün önəm daşıyır. Çünki bu təbliğat hər hansı bir iqtidarın və ya muxalifətin ömrünü üzatmaq, kimlərinsə hakimiyyətə gəlməsi və ya hakimiyyətdən getməsi üçün deyil, bütöv bir millətin varlığının dünyada tanınması və dövlətçiliyimizin yaşaması üçün gərəklidir. Ana vətənimizin problemlərinin çözülməsi, xüsusilə də Qarabağ və Güney Azərbaycan məsələlərində dünya ictimaiyyətinin dəstəyini almağımız çox önəmlidir. Bunun üçün də durmadan güneyli-quzeyli hamımızın əlbir olub bütün sahələrdə çalışmağımız vacibdir.

Məsələn, bu gün ”Qarabağ mədəniyyəti günləri” adı altında dünya ölkələrinin bir çoxunda eyni vaxtda tədbirlər keçirilməsi Qarabağ haqqında ermənilərin bu vaxta qədər yaydığı uydurma təbliğatın alt-üst olunması üçün əhəmiyyətli efekt verə bilər. Bu tədbirlərin həyata keçirilməsi üçün diasporumuzun gücündən geniş istifadə etmək mümkündür. Tədbridə əslən qarabağlı olan mədəniyyət xadimlərimizin əsərləri, bu bölgədən olan müğənnilərimizin ifaları, ”Qarabağ bülbülləri” kimi musiqi qrupları, işğal olunmuş rayon və səhər mədəniyyət evlərinin ansamblları və aktyorları xariçi ölkələrə dəvət olunar və onların vasitəsi ilə mədəniyyətimiz dünya ictimaiyyətinə təqdim olunarsa, məncə, Qarabağın Azərbaycana məxsus olmasının əleyhinə aparılmış yalançı erməni təbliğatını asanlıqla alt-üst etmək mümkün olar. Çünki insan şüurunda mədəniyyətin yarada biləcəyi düşüncə və informasiya inqlabını başqa heç nə ilə yaratmaq mümkün deyil.

Ona görə də, bu kimi tədbirlərin keçirilməsi üçün diaspor təşkilatları ilə əlaqəyə girməyə və tədbirlərin keçiriləcəyi ölkələrdə fəal diaspor nümayəndələri də daxil olmaqla təşkilat komitələrinin qurulmasına çalışılmalıdır. Bu əslində, hakimiyyətin diasporla görəcəyi ən önəmli iş olmalıdır. Bu kimi tədbirlər həm də dövlətlə diasporun əlaqələrinin daha sıx qurulmasına gətirib çıxara, hakimiyyətlə diaspor arasındakı inamsızlığı qismən aradan qaldıra bilər. Amma bu işə hər kəsin səmimi yanaşması, bundan kiminsə cibini doldurmaq üçün istifadə edərək maddi qazanc güdməməsi lazımdır. Bu işə bacarıqlı və təcrübəli, vətənsevər, milli düşüncəli şəxslər cəlb olunmalıdır.

Məncə, bu, vətəndaşlarımızın boğazından kəsilən vəsait hesabına formalaşmış dövlət büdcəsindən əhəmiyyətsiz toplantılara milyonlarla xərc çəkib bəzi məmurların ciblərinin doldurulmasından daha yaxşıdır.

Bu gün Azərbaycan hakimiyyətinin və diasporunun bir nömrəli vəzifəsi iki əsrdən artıq bir müddətdə fars şovinizminin və erməni terrorçularının başımıza açdığı faciələri dünyaya yaymaqdan ibarət olmalıdır. Torpaqları zaman-zaman işğala məruz qalmış bir millət kimi bu bizim haqqımızdır və millətimiz qarşısında borcumuzdur. Bu haqqımızdan bacarıqla istifadə etsək, kimsə önümüzdə duruş gətirə biləz.

Eyni zamanda güneyli-quzeyli soydaşlarımızın birgə yaratdığı diaspor təşkilatları vasitəsilə başımıza gətirilən bu faciələr xatırladılmalı, dünya ictimaiyyətinə çatdırılmalı və yenidən bu bəlalara düçar olmamaq naminə həmrəy olub yaşadığımız ölkələrdə mitinqlər və piketlərdən ibarət aksiyalar keçirilməli, konfranslar, forumlar, simpoziumlar təşkil edilməli, hadisələri əks etdirən fotostendlər nümayiş etdirilməli, informasiya tipli vərəqələr yayılmalı, daha çox internet saytları yaradılmalı, TV və radiolar açılmalıdır. Diaspor nümayəndələri yaşadıqları ölkələrin dövlət və özünüidarə strukturlarına işə girməyə, parlament və bələdiyyələrə seçilməyə çalışmalıdırlar.

Bu sadalanan işlər bütün diaspor təşkilatlarımızla birgə və əlaqəli şəkildə hər yerdə həyata keçirilməlidir.

Düzdur, bəzən buna bənzər işlər görülür. Amma hələ ki, lazım olan effekt ortada yoxdur.

Amma biz neynirik?

Problem eyni olsa da, aksiyalar və digər tədbirlər mərkəzləşdirilmiş çəkildə koordinasiya edilmədiyindən, çox vaxt lazım olanı əldə etmək mümkün olmur. Bəzənsə Xaricdə Yaşayan Azərbaycanləlarla İş Üzrə Dövlət Komitəsinin (XYAİDK) yalançı informasiyaları soydaşlarımızın əlini işdən soyudur.

Məsələn, mətbuatdan oxuyuruq ki, XYAİDK-nın süni şəkildə, guya Azərbaycan naminə yaratdığı hansısa, burda yaşadığımız halda adını belə eşitmədiyimiz diaspor təşkilatları 31 Mart soyqırımı ilə bağlı Stokholmda və eləcə də digər yerlərdə aksiyalar kecirəcək. Təbii ki, hər hansı bir hadisə ilə bağlı tədbirin düzənlənməsi alqışlanmalıdır və kimin bu məsələdə təşəbbüsdə bulunmasından asılı olmayaraq hər kəsin bu tədbirlərdə iştirak etməsi milli bir vəzifə sayılmalıdır. Amma araşdırma aparanda məlum olur ki, sən demə, Stokholmda keçiriləcəyi bildirilən, XYAİDK tərəfindən Azərbaycan mətbuatında və internet saytlarında təbliğ olunan belə bir tədbir heç yerli-dibli yoxdur. Mətbuatda bu informasiyanın yalandan getməsi digər tədbir keçirmək istəyən soydaşlarımızı da çaş-baş salır, nəticədə 31 Mart soyqırımı kimi bir faciənin ildönümünün yad olunması təşəbbüsü əldən alınır və bu faciənin İsveç ictimaiyyətinə çatdırılması heç bir halda mümkün olmur. İsveçdə və digər Avropa ölkələrində nümayiş keçirilməsi üçün polisə ən azı bir həftə əvvəl məlumat verilməli olduğundan, gecikilmiş durumda qalınır.

Bu yalançı dil pəhləvanları bəlkə də belə tədbirlərin keçiriləcəyi adı ilə XYAİDK-dan vəsait və sair qoparmaq məqsədi güdür və ya əksinə, XYAİDK özü dövlət büdcəsindən bu məqsədlə pul mənimsəmək istəyir. Hər halda XYAİDK-nın bu cür tədbirlərin bir çox ölkələrdə keçiriləcəyi haqda həqiqətə uyğun olmayan məlumatlar yaymasını başqa cür başa düşmək mümkün deyil.

Yalnız sonradan məlum olur ki, tək Stokholm deyil, XYAİDK xətti ilə heç yerdə belə tədbir keçirilməyib. Bunu buraxaq onların öz vicdanına. Başqasının tədbir düzənləməsinin qarçısını almaqla milli faciələrimizdən çirkin məqsədlərlə yararlanan belə adamları dəstəkləyib mətbuata bilərəkdən yanlış informasiyalar verənlərin bu fırıldaqçılıqda əlbir olduqlarına da heç bir şübhə yoxdur.

XYAİDK-nın Bakıda keçirilən qurultaya ”layiq” bilib dəvət etmədiyi Saleh İldırım kimi şəxslərın könüllü olaraq Kanadada 31 Mart soyqırımı ilə bağlı keçirdikləri aksiyaların əks-sədası isə dünyaya yayıldı və tədbir zamanı GÜNAZ TV ilə birbaşa əlaqə yaratmış bu insanların vətənimiz qarşısında fəaliyyəti soydaşlarımız tərəfindən təqdir edildi. Hətta bundan sonra da heç bir tədbir keçirməyənlərlə baglı yalan məlumatlar yayan XYAİDK Kanadadakı aksiyalar barədə susmağa üstünlük verdi.

Əslində, bu bir faktdır ki, Azərbaycanın bugünkü hakimiyyəti tərəfindən diaspor nümayəndələri arasında yaradılmış ayrı-seçkiliklər və intriqalar bu cür aksiyaların birgə təşkil edilməsində böyuk əngəllər yaradır. Özünə hörmət edən toplum heç bir zaman diasporu parçalamağa cəhd etməməlidir. Lakin təəssüf ki, bu hadisələr hamımızın gözü qarşısında XYAİDK-nın əli ilə baş verməkdə davam edir.

Diasporun vəzifələrindən biri də qüdrətli və demokratik bir ölkənin təbliğatını aparmaqdan qürur duymaq kimi mənəvi bir haqqa sahib olaraq fəaliyyət göstərməkdir.

Təəssüf, diasporumuz belə bir haqqdan da məhrumdur. Cünki hazırda ana vətənimiz Azərbaycanda elə bir sahə yoxdur ki, onunla qürur duyasan, onun təbiğatını aparasan.

Bir ölkədə ki, daxili işlər naziri millət vəkilini seçicisini müdafiə etdiyinə görə təhqir edərək kabinetindən qovur, sonra da bu münasibəti onu muxalifətin nümayəndəsi hesab etdiyinə görə göstərdiyini bəyan edib özünə bəraət qazandırmaq istəyir, onda görün bu ölkədə adi vətəndaşlarla necə davranırlar. Analoji hadisəyə bəlkə dünyanın ən geridəqalmış ölkəsində də rast gəlmək mümkün deyil. Demək, məntiq belə düşünməyə əsas verir ki, bu ölkədə muxalifətçilər vətəndaş hüququndan tam məhrumdurlar.

Dünyanın heç yerində hakimiyyət nümayəndələri bilərəkdən oğruları, quldurları dəstəkləmir. Amma Azərbaycan hakimiyyətinin təmsilçiləri həm özləri xalqın malını oğurlayırlar, həm də xarici ölkələrdə diaspor təşkilatlarının yaşaması və fəaliyyəti üçün bu ölkələrin ayırdığı maddi vəsaiti mənimsəyənləri dəstəkləməklə onlardan yararlanmağı üstü tutrlar. Bu da milli dövlətimizə qarşı digər diaspor nümayəndələrində laqeydlik yaranmasına gətirib çıxarır.

Cəmiyyətdə insan haqlarının qorunmasında əsas vəzifələr məhkəmələrin üzərinə düşür. Bizdə isə adam hakimlərimizin əməllərindən xəcalət çəkir. Məhkəmə hakimlərinin hərəsini bu vəzifəyə bir mafioz təyin edir və ona dayılıq edirsə, bu məhkəmə hakimi mafiozu buraxıb vətəndaşı müdafiə edəsi deyil. Azərbaycanda istənilən vətəndaşın əmlakını məhkəməyə rüşvət verməklə əlindən almaq olur. Burada istənilən adama muxalifətci adı qoyub həbs etdirmək su içmək kimi bir şeydir.

Təəəssüf ki, ölkə vətəndaşlarının hüquq və azadlıqları hər addımbaşı pozulmaqda, ən elementar haqları zorla əlindən alınmaqdadır. Təəssüf ki, vətəndaşların təhlükəsizliyini təmin etməli olan hüquq-mühafizə orqanlarının əməkdaşları da daha çox hüquq və azadlıqları ayaqlar altına atmaqla məşğuldurlar. Bu gün müxtəlif polis idarələrində vətəndaşların zorakılıqla üzləşməsi, döyülməsi, təhqir olunması demək olar ki, adi hala çevrilib. Polis əməkdaşlarının yol verdiyi özbaşınalıq və qanunsuzluqlarla bağlı müəyyən şəxslər vəzifəsindən azad olunsa da, bəzilərinin rütbəsi endirilsə də, sonradan onları bütün qazandıqlarını əllərindən almaqla yenidən başqa, daha pullu yerlərə göndərirlər.

Özünüz deyin, bu ölkəni xaricdə necə təbliğ etmək olar?

Axi biz necə yalan danışaq? Dünyaya necə başa salaq ki, bizim ölkədə nəinki qurd quzu ilə otlayır, heç quzu da quzu ilə otlaya bilmir?

Teymur EMİNBƏYLİ  teymureminbeyli@gmail.com

-------------------------------------------------------------------

RAMİLİ MÜDAFİƏ EDƏ BİLMƏSƏK, AZƏRBAYCANI DA MÜDAFİƏ EDƏ BİLMƏYƏCƏYİK
2006-04-14 - 16:34:00

Ramil Səfərov Azərbaycan ictimaiyyətinin gözləmədiyi bir cəzaya məhkum edildi. Ömürlük həbs cəzası və 30 il amnistiya hüququndan məhrum edilmə. Bu, macar qanunlarına görə, ən ağır cəzadır. Amma erməni ictimaiyyəti bunu gözləyirdi. Cünki onlar bütün güclərini Ramilin cəzalandırılması üçün işə salmışdılar. Onlar nə edəcəklərini və nəyə nail olacaqlarını yaxşı bilirdilər.

Ermənilərdən fərqli olaraq Azərbaycan hakimiyyəti nə istintaq zamanı, nə də məhkəmə vaxtı Ramilin müdafiəsinə qalxdı. Ramil müdafiəsiz qaldı. Hakimiyyət səlahiyyətliləri yeri gəldi-gəlmədi Ramili cinayətkar adlandırdılar. İstintaq başa çatmamış ermənilərin təbliğatına uyğun olaraq "Ramil ermənini yatmış vəziyyətdə baltalayıb" dedilər bu hakimiyyət mənsubları. Beləliklə, millətin müqavimət gücünü sarsıtmağa çalışdılar. Ramil haqqında müsbət ictimai rəy formalaşmasının qarşısı alındı. Onu hakimiyyət həm özü müdafıə eləmədi, həm də ictimai müdafiədən məhrum etdi, hətta bir az da qabağa gedərək onu müdafiə edənləri qınadı.

Görəsən, Ramilin yerində bu hakimiyyətə mənsub birisinin oğlu və ya nəvəsi olsaydı, hakimiyyət necə hərəkət edərdi?

Ramil erməni zabitini öz şəxsi mənafeyi üçün deyil, Azərbaycan bayrağını, vətəninin dövlət atributlarından birini təhqir etdiyi üçün cəzalandırıb. Erməni layiqli cəzasını alıb, amma Ramil bu cəzaya layiq deyil.

Eşitdiyimə görə, Ramil Türkiyədə hərbi təhsil alıb. Türkiyədə bütün insanlarda bir bayraq, bir vətən sevgisi var. Türkiyədə bayraq qeyrət deməkdir. Türk kişisi bayraq uğrunda ölümə gedir. Ramil də bir türk kişisidir.

Yadınızdadırsa, bir vaxtlar Şimali Kipr Türk Cümhuriyyətinin sərhədində dalğalanan bayrağı dirəyə dırmaşaraq aşağı salmaq istəyən yunanı mehmetciklər bir güllə ilə aşağı salmışdılar. Bu bir güllə olmasaydı, bəlkə də o vaxt Kiprdə nələrin baş verəcəyini təsəvvür etmək o qədər də cətin deyil.

Bu gün Ramili müdafiə edən yüzlərlə qeyrətli gənc ona verilmiş bu ağır cəzaya etiraz olaraq meydanlara çıxıb. Amma eyni zamanda, bu hakimiyyəti müdafiə edən yüzlərlə adam polis paltarında gənclərin müqavimətini sındırmağa çalışır. Gənclərin müdafiə etdikləri bir Azərbaycan zabitidir. Bu gənclərə qarşı çıxmağa göstəriş verənlər də zabitdirlər. Amma xalqın və millətin yox, hakimiyyətin zabitləri.

Görəsən, bu zabitlərdən hansısa sabah Ramil kimi hərəkət etsə, gənclər onu beləcə müdafiəyə qalxarmı? Hər halda Azərbaycan bayrağını hər kim müdafiə etsə, gənclər kimliyindən aslı olmayaraq onu müdafiə edəcək.Cünki bayraq da bu millətin bayrağıdır, gənclər də.

Nə qədər ki, Ramillər var, Məhəmməd Əmin Rəsulzadənın "Bir kərə qalxan bayraq bir daha enməz" deyimi də yaşayacaq. Ramil kimi övladı olan vətənin bayrağı təhqir oluna bilməz. Ramilə oxunmuş məhkəmə hökmü Azərbaycana oxunub. Ramili gəlin heç olmasa bundan sonrakı mərhələlərdə bir millət olaraq müdafiə edək. İndi Ramili müdafiə edə bilməsək, Azərbaycanı da müdafiə edə bilməyəcəyik.

Teymur EMİNBƏYLİ
teymureminbeyli@gmail.com

-------------------------------------------------------------------

DAK haqqinda

DAK haqqında (6)

(Beşinci yazının davamı olan bu yazı 4-cü qurultaydan sonrakı dövrü və 5-ci qurultayı əhatə edir)

Ümummilli problemlərimizin həlli üçün Azərbaycan diasporunun təşkilatlanması yönündə fəaliyyət göstərən Dünya Azərbaycanlıları Konqresi (DAK), ildə bir dəfə