Teymur Eminbəyli haqqinda Mətbuatda

Avropa Məhkəməsi daha bir şikayəti qəbul edib

Teymur Eminbəyli MTN və prokurorluğun təzyiqləri nəticəsində Azərbaycandan getdiyini bildirir

   Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədr müavini Teymur Eminbəyli 4 otaqlı koperativ mənzilini Azərbaycan hakimiyyətinin əlindən alması ilə bağlı ötən ilin avqust ayında İnsan Haqları üzrə Avropa Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edib. Müraciətdə, 1988-ci ildən pulunu ödəyərək tikdirdiyi, 1996-cu ildə özəlləşdirdiyi koperativ mənzilinin siyasi baxışlarına görə Azərbaycan məhkəmələrinin qanunsuz qərarı ilə əlindən alınması, həmin mənzildən ailəsinin polis gücü ilə zorla çıxarılması qeyd olunub. Bu günlərdə T.Eminbəylinin şikayətinə adıçəkilən məhkəmənin birinci bölməsindən cavab gəlib. Katiblikdən daxil olan cavab məktubunda şikayətin məhkəmədə baxış üçün qeydə alındığı bildirilir.

Xatırladaq ki, mənzillə bağlı bu mübahisəli məhkəmə iddiası T.Eminbəyliyə qarşı siyasi fəaliyyətindən imtina etməsi təhdidləri ilə 1997-ci ildə Yasamal Rayon Məhkəməsində başlayıb və dəfələrlə yuxarı məhkəmə instansiyalarında bu haqda müxtəlif ziddiyyətli qətnamələr çıxarılıb. T.Eminbəyli bildirib ki, bütün bunlardan sonra prokurorluq orqanları və MTN tərəfindən də təqib olunduğu səbəbindən 2004-cü ilin avqust ayında ailəsi ilə birlikdə Azərbaycanı tərk etmək məcburiyyətində qalıb.

GünİNFO

 

Demokratik DAK yenidən formalaşır

21 avqust 2006

Bu ilin iyun ayının 24-25-də İsveçin Stokholm şəhərində I(IX) qurultayını keçirən Demokratik Dünya Azərbaycanlıları Konqresinin (Demokratik DAK) yeni İdarə Heyəti ötən həftə növbəti toplantısını keçirib. Toplantıda təşkilatlanma ilə bağlı bir sıra sənədlər qəbul olunmuş, təşkilatın yeni strukturu təsdiq edilmişdir.

Yeni struktura görə, Demokratik DAK-ın bölmə, şöbə, komitə və nümayəndəlikləri yaradılmış, onların əsas vəzifələri müəyyən edilmişdir. Təşkilatın yeni strukturuna təşkilat şöbəsi; mətbuat xidməti; elm, təhsil və mədəniyyət; mali yyə və təchizat; təbliğat, informasiya və statistika; hüquq; muhacirlərlə iş şöbələri; gənclər komitəsi; qadın hüquqlarının müdafiəsi bölümü; insan haqları komitəsi; Güney Azərbaycanda və İranın digər yerlərində yaşayan soydaşlarımızla əlaqələr komitəsi ; Borçalıda və Gürcüstanın digər yerlərində yaşayan soydaşlarımızla əlaqələr komitəsi; Dağıstanda və Rusiyanın digər yerlərində yaşayan soydaşlarımızla əlaqələr komitəsi; Qərbi azərbaycanlıların problemlərini araşdırma komitəsi; "Qarabağ" komitəsi; tərcümə bölməsi və dünyanın bir çox ölkələrində fəaliyyət göstərəcək bölgə nümayəndəlikləri daxildir. Gələcəkdə digər strukturların da yaradılması istisna olunmur.

Bundan başqa, Demokratik DAK üzvlərinin yenidən qeydiyatdan keçirilməsi, onların hər birinə yeni üzvlük vəsiqələrinin verilməsi nəzərdə tutulmuş, yeni üzvlərin qəbul olunması üçün iş aparılması haqqında toplantıda qərar qəbul olunmuş, bu haqda dünyada yaşayan soydaşlarımiza müraciət qəbul olunmuşdur.

Toplantıda həmçinin, Demokratik DAK-ın təşkilat şöbəsinin rəhbərliyinə İsveçdə yaşayan Mubariz S. Əzimov təyin edilmiş, 40-a yaxın ölkədə yeni bölgə nümayəndəliklərinin yaradılması və onların rəhbərlərinin təyin olunması haqqında qərar qəbul olunmuşdur.

Xatıtladaq ki, Demokratik DAK 1997 ildə Amerika Birləşmiş Ştatlarında yaradılmış Dünya Azərbaycanlıları Konqresinin (DAK) varisidir və 2006 ilə qədər DAK adı ilə fəaliyyət göstərmişdir. İlk qurultayı ABŞ-ın Los-Angeles şəhərində, ikinci qurultayı 1998 ildə Vaşinqtonda, üçüncü qurultayı 1999 ildə Almaniyanın Köln şəhərində, dördüncü qurultayı 2000 ildə Fransanın Strasburq şəhərində, beşinci qurultayı 2001 ildə İsveçin Malmö şəhərində, altıncı qurultayı 2002 ildə Hollandiyanın Haaqa (Denhaq) şəhərində, yeddinci qurultayı 2004 ildə yenidən Strasburqda, səkkizinci qurultayı 2005 ildə Türkiyənin paytaxtı Ankarada və doqquzuncu qurultayı 2006 ildə İsveçin paytaxtı Stokholmda keçirilmişdir.

Stokholmda keçirilən I(IX)qurultayda DAK-ın adında dəyişiklik edilərək, Demokratik DAK adlandırılmış və təşkilatın yeni Nizamnaməsi qəbul olunmuşdur. Əvvəlki nizamnamədə qurultayların keçirilməsi ildə bir dəfə nəzərdə tutulsa da, yeni nizamnaməyə görə bu müddət üç ilə qədər uzadılmışdır.

Təşkilat demokratik və kolleğial idarəetmə sisteminə malikdir. Təşkilatın rəhbərliyi qurultay tərəfindən seçilmiş İdarə Heyətidir.

Baş ofisi Çikaqoda yerləşən təşkilat ABŞ-da və bəzi Avropa ölkələrində rəsmi qeydiyyatdan keçmişdir.

Güney Azərbaycanda danılan milli haqlarımızın alınması, Azərbaycan Respublikasında vətəndaş cəmiyyətinin qurulması, demokratik islahatlar aparılması, insan haqlarının qorunması, eləcə də, Qarabağ sorununun tezliklə həll olunması ügrunda diasporumuzun təşkilatlanması Demokratik DAK-ın əsas hədəflərindəndir.

Teymur Eminbəyli
Başqanın birinci müavini
Təşkilat işləri üzrə məsul

 

“Vahid Azərbaycan” Televiziyasi işıq üzü gördü.

 İsveçdə yaşayan Babək Azəri və Teymur Eminbəylinin təşəbbüsü ilə “Vahid Azərbaycan” televiziyası (VA TV)  bu gündən etibarən internetdə yayımlanmaqdadır. Hələlik, www.azadtribun.net  informasiya sayti ilə yayımlanacaq VA TV sonradan özünün müstəqil internet saytina da malik olacaqdır.

İndilikdə, həftədə bir dəfə verilişləri hazırlanan VA TV - nin yaradılmasında məqsəd dünyaya səpələnmiş soydaşlarımızı və dünya ictimaiyyətini milli problemlərimizlə daha yaxından taniş etməkdir. Tarixi faktları açıqlamaq, xəbərlər yaymaq, müsahibələr etmək yolu ilə Vahid Azərbaycan ideyasının təbliğ olunması TV-nin əsas istəyidir.

Dövlətçiliyimizin qorunması və möhkəmlənməsi, Azərbaycan Respublikasinda demokratiyanın inkişafı, Güney Azərbaycanda milli dircəliş, Borcalıda və Dərbənddə yaşayan soydaşlarımızla sıx əlaqələr qurulmasına xidmət etmək VA TV-nin əsas xəttini təşkil edəcəkdir.

Güney və Quzey Azərbaycanda, Borcalıda və Dərbənddə kompakt yaşavan və bu yerlərin daimi sakinləri olan soydaşlarımızın televiziyaya olan ehtiyacını ödəmək üçün VA TV-nin gələcəkdə peyk vasitəsi ilə yayımlanması da nəzərdə tutulur.

VA TV-nin dinləyiciləri musiqilərimizə qulaq asacaq, teatr və filmlərimizi də seyr edə biləcəklər. Mədəniyyətimizin dünyaya yayılmasında da TV –nin rolu olacağına ümid edirik.

VA TV –nin azərbaycan türkcəsində yayımlanan verilişləri həmçinin DVD formasında isveç və ingilis dillərinə tərcümə olunaraq  kitabxanalara və dövlət rəsmilərinə, eləcə də beynəlxalq təçkilatlara göndəriləcəkdir.

Hələliksə, VA TV-ni buradan izləyə bilərsiz :

 http://www.azadtribun.net/Turkce.htm

 
 

"GünAzTV DAK-ın tarixi nailiyyətidir"

  • Yeganə ƏMİRASLANOVA: "DAK-ın Strazburqda keçirilən VII qurultayından sonra qurultaya seçilməyən Cavad Derexti, Fərəc Quliyev, Vaqif Sultanlı, Sabir Rüstəmxanlı, Əjdər Tağızadə və başqaları özlərini əlavə DAK elan etdilər. İsveçdə yaşayan C.Derexti də bu işə başçılıq etdi. Ancaq özlərini dünya azərbaycanlılarının adından sözçü elan edən insanların bu şəkildə davranmağa haqqı yoxdur"

Azərbaycan diasporasının inkişafında özünəməxsus yeri olan Dünya Azərbaycanlıları Konqresinin Bakı üzrə məsulu Yeganə Əmiraslanova təşkilatın strukturlarını ayrı-ayrı ölkələrdə getdikcə gücləndiyini bildirir

- DAK-ın yaradılmasında məqsəd və vəzifələr nədən ibarətdir?

- Dünya Azərbaycanlıları Konqresi bir daspora təşkilatıdır. Dünyanın dörd bir yerinə səpələnmiş soydaşlarımız hələ diaspora işinə əhəmiyyət vermədiyi bir vaxtda 1997-ci ildə Amerikada yarandı. Həmin təşkilatın təsisçilərindən Məhəmmədrza Xeşti, Əhməd Obalı, Cavanşir Əmirhaşimi, Teymur Eminbəyli, Rəhim Şahbazi və sairlərdir. Təsisçilərdən yalnız Rəhim Şahbazi ayrılıb. O vaxtdan bu günə qədər təşkilat diaspora sahəsində bir qədər primitiv başlasa da bu  iş artıq təkmilləşməyə doğru gedir. Bunun ən bariz nümunəsi kimi GünAZTV-ni misal göstərmək olar. Bu faktdır ki,  DAK-ın ilk qurultayları İran bayrağı altında keçirilib. Çünki bu konqresin əsas hissəsi Güney Azərbaycandan olan soydaşlarımızdır. Bu da təbii haldır. Çünki dünyanın hər yerinə səpələnən azərbaycanlıların əksər hissəsi Güney Azərbaycanda təqiblərə, təzyiqlərə məruz qalan həmvətənlilərimizdir. Sonradan təbii ki, quzeylilər də bu təşkilata cəlb olundular. Öncə qeyd etdiyim kimi, ilk qurultay İran bayrağı altında keçirilmişdir. Bilirsiniz ki, Güney Azərbaycandan olan soydaşlarımız arasında müəyyən parçalanmalar var. Məsələn şahçı, solçu, sağçı, irançı və s. daha sonrakı qurultaylarda Azərbaycanın bayrağı dalğalanırdı. Bu da çox qürurverici bir hadisədir. DAK-ın əsas məqsədi diasporanın formalaşdırılmasıdır. Çünki bu gerçəklikdir ki, bu gün Azərbaycanı təcavüzə məruz qoyan Ermənistan dünyaya bar-bar bağırıb özlərini təcavüzə məruz qalan xalq və dövlət kimi təqdim edirlər. Və bu işdə Ermənistan diasporasının böyük rolu olub. Ona görə soydaşlarımız da bu qərara gəlib ki, bu işdə biz də fəal olmalıyıq.

- Bu gün Azərbaycan üçün çalışan istər siyasi partiya, istərsə də təşkilatların işini zəiflətmək üçün ona bir çox alternativlər yaradırlar. Burada bir növ hədəfdən uzaqlaşdırılmaq istəyi nəzərə çarpır. DAK-ın güclü bir təşkilat olduğuna və hədəflərinə çatacağına inanırsınızmı?

- Əslində, daşın haradan atıldığı məlumdur. Bunlar Azərbaycanın parçalanmasına xidmət edən qüvvələrdir ki, Azərbaycanda siyasi partiyaların, təşkilatları parçalamağa nail oldular. DAK bu baxımdan bu gün Azərbaycan mətbuatında DAK-1, DAK-2 kimi hallandırılır. Biz bunu normal qəbul edirik. Sizə informasiyanı mən də göndərirəm DAK adına, sabah da DAK adına başqi birisi sizə informasiya göndərir. Siz də hər dəfə bu informasiyaları süzgəcdən keçirmək imkanında olmursunuz. Və bu şəkildə də məcbur olub DAK-1, DAK-2 kimi hallandırılır. Təşkilatın Beynəlxalq Əlaqələr üzrə məsulu Ə.Obalı dəfələrlə qeyd edib ki, DAK Amerikada yaradılır, DAK-a ABŞ tərəfindən verilən soyuq möhür bu günə qədər istifadə olunur. Və mən deməzdim ki, DAK bu gün parçalanıb və ya iki yerə bölünüb. DAK təşkilat olaraq sadəcə nədən DAK 1, DAK 2 şəklində (ən azından Azərbaycan mətbuatında) hallandırılmasına, həmçinin başqa səbəblər də var. Çox incə bir məqamı vurğulamaq istəyirəm. Bu ondan irəli gəlir ki, DAK-ın təsisçiləri çox saf və pak bir yolu tutdular. Bu insnalar DAK-ın adından istifadə və alver edən bir qrup insçanlarla birgə olmadılar. Yəni xalqımızın, millətimizin adına layiq hərəkət etdilər. DAK-ın Strazburqda keçirilən VII qurultayından sonra qurultayda seçilməyən Cavad Derexti, Fərəc Quliyev, Vaqif Sultanlı, Sabir Rüstəmxanlı, Əjdər Tağızadə və başqaları özlərini əlavə DAK elan etdilər. İsveçdə yaşayan C.Derexti də bu işə başçılıq etdi. Bütün bunlara baxmayaraq, DAK idarə heyətinin üzvləri sayğılı davrandılar, Beynəlxalq təşkilatlara müraciət etmədilər. Ancaq vurğulamaq istəyirəm ki, özünü dünya azərbaycanlılarının adından sözçü elan edən insanların bu şəkildə davranmağa haqqı yoxdur. Və hər bir Azərbaycan vətəndaşının haqqıdır ki, bu insanlara öz hədlərini göstərsinlər. Mən Azərbaycan mətbuatını da ciddi araşdırmalar aparıb, sırf jurnalist mövqeyini göstərməsini arzu edirəm. Çünki bu, doğrudan da kiçik məsələ deyil.

- Necə hesab edirsiniz, bu təşkilatların birləşməsi mümkündürmü?

- Mən çox qısa və lakonik cavab vermək istəyirəm. Bu gün özlərini DAK 1 və DAK 2 adlandıranların hələ ki, özlərində inqilab etmədən təşkilata birləşməyə haqları yoxdur. Güman edirəm ki, onlar öz təfəkkürlərində bir dəyişiklik edəndən sonra bu təşkilata gələ bilərlər. Təbii ki, təşkilatın qapısı bütün soydaşlarımız üçün açıqdır.

- Bu yaxınlarda Amerikada GünAZTV açılışı oldu. Bütün azərbaycanlılar kimi bu bizləri də sevindirdi. Xahiş edirəm, televiziya barədə məlumat verəsiniz.

- GünAzTV DAK-ın onurğa sütunlarından olan Ə.Obalının tarixi nailiyyətidir. Telekanal 20 gündür artıq fəaliyyətdədir. Bu uzun müddətli çəkilən əziyyətin bəhrəsidir. Təsəvvür edin ki, Azərbaycan yayım tarixində ilk dəfə ABŞ-dan Azərbaycan dilində 24 saatlıq veriliş yayımlanır. Və bu proqramın 1 illik bütün maliyyə xərclərini Ə.Obalı ödəyir. Az müddətə bu qədər marağa səbəb olan televiziyanın 1 ildən sonra da normal şəkildə fəaliyyət göstərməsi üçün maliyyə dəstəyi olacağına inanıram. Amma bu gün bütün maliyyə dəstəyi Əhməd Obalının şəxsi vəsaiti hesabınadır.

- Bildiyiniz kimi, siyasi və ictimai proseslərin əsas aparıcı qüvvəsini gənclər təşkil edir. DAK necə, gənclərin önə çəkilməsində maraqlıdırmı?

- Mən bir məsələni xüsusi vurğulamaq istəyirəm ki, DAK-ın Ankarada keçirilən VIII qurultayında idarə heyətinə yeni seçilənlər arasında gənclər çoxluq təşkil elədi. Hətta Nəzarət Təftiş Komissiyasında demək olar ki, 6 nəfərdən hamısı gənclərdir. Qurultayın yekun sənədi olaraq qəbul olunan müraciətlərdə də gənclər siyasəti DAK-ın ən əsas proyektlərindən biridir. Gənclər açıq təfəkürdür və bizim gələcəyimizdir. DAK-da gənclərə böyük önəm verilir.

- Yeganə xanım, DAK Azərbaycanda gedən demokratikləşmə proseslərinə dəstək verirmi?

- DAK bu gün Azərbaycanda gedən demokratikləşmə proseslərinə biz istədiyimiz səviyyədə aktiv təsir göstərə bilmir. Bu bir gerçəklikdir. Ancaq DAK demokratik təşkilat olaraq gələcəkdə istiqamətini buna yönəldir. Bizlərin ən istəyi Azərbaycanda demokratik proseslərin daha sürətlə inkişaf eləməsidir. İstəyirik ki, Azərbaycan nəzəriyyədə yox, həqiqətən demokratik proseslərin önündə olsun.

- Yeganə xanım, siz bu gün DAK-ın Azərbaycan üzrə nümayəndəsisiniz. Bu postda əvvəl Teymur Eminbəyli fəaliyyət göstərirdi. Siz Teymur bəyin yerini doldura biləcəksinizmi?

- Doğrudan da Teymur bəy Azərbaycandan gedəndən sonra  boşluq hiss olunurdu. Bu bir gerçəklikdir ki, Teymur Eminbəyli təşkilatın yolunda çox əziyyət çəkib. Və onun gedişindən sonra bu boşluğu doldurmaq üçün məni bu posta layiq gördülər. Azərbaycanda DAK-ın ciddi bir təşkilat kimi təqdim olunmasında Teymur bəyin əməyi əvəzsizdir. Və dörd cilddən ibarət DAK-ın tarixini yazıb. Biz də öz fəaliyyətimizlə bu boşluğu doldurmağa çalışacağıq.

- Bildiyiniz kimi internetdə paltalk proqramında Konqresin otaqları fəaliyyət göstərir. Və dünya azərbaycanlılarının iştirak etdiyi bu otaqlarda ciddi məsələlər müzakirə olunur. Bu müzakirələrdən bir nəticə gözləmək olarmı?

- Diasporanın formalaşması və inkişafı üçün bu da bir vasitədir. Düzdür, bu otaqlarda ancaq öz soydaşlarımız olur, çünki danışıqlar Azərbaycan dilində gedir. Ancaq bir sıra proyektlərim var və bunu ilk dəfə sizə açıqlamaq istəyirəm. Düşünürəm ki, bu cür paltalk otaqları hər dəfə müxtəlif dillərdə keçirilsin və biz Azərbaycanın problemlərini daha geniş müstəvidə müzakirə edək. Çünki biz öz dərdlərimizi özümüzə deməkdən usanmışıq. Gələcəkdə bu proyektlər həyata keçirilsə güman edirəm ki, bizim təşkilat bu işdə birinci olacaq.

- Azərbaycan vətəndaşının istər diaspora sahəsində, istərsə də digər sahələrdə aktivliyi sizi qane edirmi?

(Ardı var)

Oğuz

 
Azerbaycandan olan siyasi mühacirler Isveçde etiraz aksiyası keçiribler

Stokholmda Isveç parlamentinin qarşısında keçirilen mitinqin qetnamesi deputatlara teqdim olunub Dünen Isveçin paytaxtı Stokholm şeherinde Azerbaycandan olan siyasi mühacirler noyabrda Azerbaycanda keçirilecek parlament seçkilerinin demokratikliyinin temin edilmesi telebile Isveç parlamenti qarşısında mitinq keçiribler.

Texminen 80 neferin qatıldığı bu etiraz aksiyasında Isveçde mühacir heyatı yaşayan ADP, Müsavat üzvleri ve diger mühacirler iştirak edib. Dünya Azerbaycanlılar Konqresinin katibi Teymur Eminbeyli ADP Zaqatala Rayon Şöbesinin sedri Vüqar Muradlı, «Yeni Müsavat» qezetinin emekdaşı Rahib Kazımlı ve diger şexsler çıxış ederek, Azerbaycandakı seçki sisteminin ve MSK-dakı özbaşınalıq barede öz fikirlerini bildiribler. Natiqler tezlikle seçki qanunvericiliyinin deyişdirilmesi, parlament seçkilerinin beynelxalq standartlara uyğun keçirilmesi üçün dünya birliyinin, o cümleden Isveç dövletinin ciddi sey göstermesinin vacib olduğunu vurğulayıblar. Qeyd edek ki, Stokholmun merkezinde keçirilen mitinqe bir çox şeher sakinleri ve qonaqlar da qatılıb. Bele ki, aksiyaya Belarusdan olan müxalifetçiler ve Iraq türkmenleri de qoşulublar.

Sonda seçki qanunvericiliyine zeruri deyişikliklerin layihesi ve mitinqin qetnamesi Isveç parlamentinin deputatlarına teqdim olunub.

Qetnamede indiye kimi Azerbaycanda keçirilmiş seçkilerin kütlevi saxtalaşdırıldığı, vetendaşların azad seçmek ve seçilmek haqqından mehrum edildiyi, hakimiyyetin xalqa qarşı kütlevi repressiya ve hebsler heyata keçirdiyi qeyd olunur.  Isveç parlamentine müracietde deyilir: «Siz demokratik bir ölkenin temsilçileri olaraq, Azerbaycanda keçirilecek parlament seçkilerinin azad ve edaletliliyinin temin edilmesi üçün seylerinizi esirgemeyin. Nezere alın ki, bu seçkinin dünya standartlarına uyğun olaraq keçirilmesi Azerbaycanın Avropaya, demokratik dünya birliyine inteqrasiyasına böyük tekan olmaqla yanaşı, hem de Azerbaycan xalqının demokratiyaya olan inamını berpa edecek».

PÜNHAN
 

 

Babək Bakıda da anıldı

Türk qəhrəmanı Babəkin doğum günü münasibəti ilə İranda keçirilən Bəzz qalasına yürüşdə iştirak edə bilməyən 100-ə yaxın Azərbaycan türkü dünən Fəxri Xiyabanda Əbülfəz Elçibəyin məzarı önündə bir araya gəliblər. Tədbirdə məqsəd Babəki anım mərasimlərində Güneydə yaşayan soydaşlarımızla həmrəylik nümayiş etdirməkdir.
Dünya Azərbaycanlıları Konqresi (DAK) və Bütöv Azərbaycan Birliyinin birgə təşkilatçılığı ilə keçirilən anma mərasimi daha sonra Pişəvərinin məzarını ziyarətlə başa çatıb.
"Bəzz yürüşü göstərir ki, dünya azərbaycanlılarının Güney Azərbaycanın qələbəsi istiqamətində apardıqları mücadilənin nəticəsi uzaqda deyil. Biz qələbə gününə yaxınlaşırıq", -tarixçi professor, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü Şövkət Tatıyeva mərasimdə çıxışı zamanı bildirib. O, Güney Azərbaycan tükrlərini milli azadlıq hərəkatında birləşməyə çağırıb.
Aksiyada qəbul olunmuş qətnamədə bildirilir ki, İran hakimiyyəti hər il Babəki anım tədbirlərinə imkan verməyəcəyi təqdirdə, Bəzz yürüşünə dəstək daha kütləvi xarakter alacaq və "dünya azərbaycanlıları bu məsələdə güneydəki soydaşlarımıza istənilən səviyyədə dəstək verməyə hazırdır".
Yeri gəlmişkən, dünən dünyanın müxtəlif ölkələrində, o cümlədən, ABŞ, Kanada, Türkiyə və Baltikyanı dövlətlərdə Güney Azərbaycan türklərinin Bəzz yürüşünə dəstək məqsədilə aksiyalar keçirilib. DAK sədrinin müavini, qurumun mətbuatla əlaqələndiricisi Teymur Eminbəylinin "Ekspress"ə verdiyi məlumata görə, onlarla soydaşımızın qatıldığı tədbirlərdə türk qəhrəmanı Babəkin həyat yolu, Güney Azərbaycanın tarixi və eləcə də, İrandakı Azərbaycan türklərinin milli mücadiləsi barədə məlumatlar verilib, müxtəlif şüarlar səsləndirilib.

Xəzər ALTAY
 

--------------------------------------------------------------------------------------------------------


 
Cavad Derəxti Nazim İbrahimovdan qurultaya qatılmamağı xahiş edir

Turan 13/01/2004 10:44

C.Derəxti DAK-ın fraksiyalara ayrılmadığına diqqəti çəkir
"Strasburqda Dünya Azərbaycanlıları Konqresi adından keçirilməsi nəzərdə tutulan qurultayın hüquqi cəhətdən DAK-la heç bir əlaqəsi yoxdur və bu qurultayı keçirmək istəyənlər DAK-ın Məramnamə və Nizamnaməsinə zidd gedirlər".
Bu sözlər DAK sədri Cavad Derəxtinin Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimova ünvanladığı müraciətdəndir.
Müəllif komitə əməkdaşı Nazim Qaraxanovun yanvarın 9-da "Lider" telekanalı ilə çıxışında DAK-ın fraksiyalara ayrılması və komitənin hər iki fraksiyanın qurultayında ayrılıqda iştirak edəcəyilə bağlı söylədiyi fikirlərə aydınlıq gətirir. C.Derəxti DAK-ın fraksiyalara ayrılmadığına, 13 nəfər İdarə Heyəti üzvündən iki nəfərinin özbaşınalıq edərək DAK-ı parçalmağa cəhd göstərdiyinə, bu iki nəfər İH üzvünün və DAK-ın Bakıdakı mətbuat xidməti rəhbərinin vəzifələrindən alındığına diqqəti çəkir.
C.Derəxti bu şəxslərin fəaliyyətini azərbaycançılığa, DAK-a qarşı təxribat sayır və Azərbaycanın Fransadakı səfirliyinin bəzi əməkdaşlarının, bir sıra azərbaycanlı tələbələrin bu şəxsləri bilmədən onları dəstəklədiyini bildirir. Sonra müəllif komitə sədrinə xitabən Strasburqda keçirilməsi nəzərdə tutulan qurultaya qatılmamağı xahiş edir, əks halda ilə komitə ilə münasibətlərə yenidən baxmaq zorunda qalacaqlarını vurğulayır.
Müraciətin sonunda C.Derəxti komitə sədri N.İbrahimovu fevralın 27-29-da DAK-ın Kölndə keçiriləcək 7-ci qurultayına dəvət edir
Cavad Derəxti Azərbaycan mətbuatına nədən və necə yazmağı öyrətmək istəyir

Xəbər.net 02/08/2003 21:30

"Azərbaycanın bəzi mətbuat orqanları bir para adamların fikirlərini yazmaqla Güney Azərbaycan hərəkatına parçalanma salmamalıdır, milləti parçalamamalıdır"
Bu barədə Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Cavad Derəxti bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib. Amma C.Derəxti sual verilməsinə baxmayaraq, konkret olaraq hansı mətbuat orqanlarını, hansı adamları və təşkilatları nəzərdə tutduğunu açıqlamayıb.

Onun fikrincə, "bu təşkilat və "adamların" düşüncələri millətin içinə fikir ayrılığı salır, "istiqlal" ideyasını şübhə altına alır.
"Federalistlər" deyə Güney Azərbaycan Milli Oyanış Hərkatının (GAMOH) fəallarını və qurumun siyasi xəttini kəskin tənqid edən C.Derəxti bu il iyulun əvvəlində Babək qalasına yürüşdə milyonlarla insanın "istiqalal", "Ya Qarabağ, ya ölüm" şüarları səsləndirdiyini önə çəkdi. DAK-ın Dünya Azərbaycanlılarının Mədəniyyət Akademiyası təsis etdiyini deyən C.Derəxti Xalq Cəbhəsi Partiyası adına iddialı dəstənin başçısı Qüdrət Həsənquluyevin, müğənni İlhamə Quliyevanın bu qurumun fəxri üzvləri olduqlarını bildirdi. DAK-ın Güney Azərbaycanda fəal siyasət yürütdüyünü deyən C.Derəxti bu fəal siyasətin nədən ibarət olduğuna dair nümunə belə göstərmədi. Ən dəhşətlisi bu idi ki, mətbuata nə və necə yazmaq istiqaməti vermək istəyən C.Derəxti Avropada, sivil cəmiyyət içində yaşadığını unutmuşdu.
C.Derəxti səfəri zamanı bir sıra partiyalarla görüş keçirdiyini desə də hansı partiyalarla görüşlər keçirdiyini bildirmədi və DAK-ın ölkənin bir sıra uyğun komitələrilə sıx əməkdaşlıq etdiyini dedi.
O, bu ilin dekabrında DAK-ın VII qurultayının Brüsseldə keçiriləcəyini söylədi.
*DAK 1997-ci ildə ABŞ-da təsis edilib. GAMOH 1996-cı ildə Güney Azərbaycanda təsis edilib. 1999-cu ildən Güney Azərbaycan türklərinin Babək qalasına kütləvi yürşünün təşkilatçısıdır
Cavad Derəxti iranpərəst adamların təsiri altına düşür

Turan 13/12/2003 00:42

"Dünya Azərbaycanlıları Konqresi (DAK) daxilində ziddiyətlər davam edir və onlar hələ ki, aradan qaldırılmayıb".
DAK-ın mətbuat xidmətinin keçmiş sədri Teymur Eminbəyli bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında söyləyib. Onun sözlərinə görə, ziddiyyətin əsasını DAK İdarə Heyətinin bu il noyabrın 11-də keçirilən iclasında qurumun sədri Cavad Derəxtinin bir neçə müavinini işdən çıxarması, təşkilatın Güney komitəsini buraxması olub.
T.Eminbəyli elə həmin iclasda özünün də DAK mətbuat xidmətinin rəhbəri vəzifəsindən kənarlaşdırıldığını bildirib. Onun sözlərinə görə, işdən kənarlaşdırılanlar İH-nin bu qərarını əssaız sayır və öz vəzifələrini yerinə yetirməkdə davam edirlər. Onlar C.Derəxtini qurum sədri kimi taınmaqdan imtina edib və onunla əlaqələri kəsdiklərini bildiriblər.
Hazırda həm sədrin təşkilatdan kənarlaşdırdığı bu qrup, həm də DAK sədrini dəstəkləyənlər qurultay keçirməyə hazırlaşır və hər iki tərəf qurultay keçirməkdə israrlıdır. T.Eminbəyli və İH-dən çıxarılan şəxslər C.Derəxtinin DAK daxilindəki iranpərəst adamların təsiri altına düşdüyünü iddia edir, qurultayda bu şəxslərin adlarının açıqlanacağını bildirir. T.Eminbəylinin sözlərinə görə, DAK sədri İH-nin xəbəri olmadan iki dəfə Rusiyaya səfər edib, gizli görüşlər keçirib. Onun fikrincə, İran dövləti DAK-ı dağıtmaqda maraqlıdır və bunu C.Derəxtinin əli ilə edir

--------------------------------------------------------------------------------------------------------

 

 

«ŞƏMS TƏBRİZ» qəzeti bağlanıb

Dünya Azərbaycanlıları Konqresi Bakı nümayəndəliyi İdarə Heyətinin sədr müavini Teymur Eminbəylinin «OLAYLAR»a verdiyi məlumata görə, Güney Azərbaycanda çıxan «Şəms Təbriz» qəzetinin baş yazarı Əli Hamid İmami Təbriz məhkəməsinə çağrılıb və ona qəzetin bağlanması haqqında rəsmi sənəd təqdim olunub. Məhkəmə işçisi qəzet redaksiyasına gələrək, qəzet əməkdaşlarının işdən azad olunduğunu bildirib. Qəzetin vəkili Saleh Kamrani də milli ədavəti qızışdırmaqda ittiham edilərək məsuliyyətə cəlb olunub.

--------------------------------------------------------------------------------------------------------

http://ngonews-digest.8m.com/news/ngo-news12.htm
THE FIFTH CONGRESS OF THE WORLD AZERBAIJANIS HAS BEEN HELD

There has been held the fifth congress of world Azerbaijanis in Malmo, Sweden one of those days. Teymur Eminbeyli and the parliamentary deputy Iqbal Agazadeh have held a press conference on the results of the congress in the Baki Press Club.The congress had 250 participants. Although there was intended to register 250 participants from Azerbaijan for participation, at the final case 22 persons from Azerbaijan have participated in the congress. One of the main problems discussed in the congress was the organizational problem. In the congress there was elected a management board consists of Cavad direxti, the chairman, 3 deputies and 13 members. The 8 May was decided to celebrate as the day of the protection of human rights of refugees on international scale. The next congress is decided to be held in Turkey. In the next congress there is expected to discuss the 26 February to declare as the day of genocide day of Azerbaijanis.

--------------------------------------------------------------------------------------------------------

CENTRAL ASIA - CAUCASUS ANALYST Wednesday / July 16, 2003
IRANIAN AZERI LEADER SUPPORTS THE FEDERALIZATION OF IRAN
Gulnara Ismailova
On July 3, the most influential leader of the Azerbaijan population of Iran and head of the Movement of National Revival of Southern Azerbaijan (MNRSA) Mahmudali Chehregani arrived in Baku. He is a supporter of reforms in Iran with the use of strong American backing.
Chehregani was elected to the Iranian parliament from Tebriz in 1996, however the Iranian authorities prohibited his election and since then, Chehregani suffered from torture during arrests at several occasions.

Chehregani’s last visit to Baku took place in March of last year,from where he left for the West. His present visit to Baku coincides with greater American pressure on the Iranian regime. Washington considers Chehregani as a trustworthy figure. He has inspired trust being both an academician and a charismatic person. According to Chehregani himself, “representatives of the American government see in his movement the only real force in Iran which can resist to the regime of mullahs”. At his final press conference in Baku, he declared that “in the nearest future, the struggle of southern Azeris will give results. The transformation of Iran into a federal state in the nearest 18 months is a reality”.

Thus Chehregani sees the future of Iranian Azerbaijan within the framework of a federation, but with a parliament, a government, and a militia of its own. Chehregani appears convinced that there are plans for the democratization of Iran in Washington, and that “this historical chance cannot be missed”.

At the same time, he emphasized that the struggle of Azeri Turks for their rights requires the support of the international democratic community. ”In the West, the idea of a partition of Iran is not supported. Therefore, at this stage, it will be more reasonable to create a state for Azeri Turks within an Iranian federation. The 35 million Azeris of Iran cannot remain outside of process of democratization, and, in order to avoid the situation of the Iraq Turkmens, we must be in the vanguard of struggle for democracy”, declared Chehregani.

Some natives of Southern Azerbaijan have criticized Chehregani, accusing the leader of MNRSA of betraying the interests of southern Azeris in opposing the partition of Iran. A statement by the representative of the World Congress of Azeris Teymur Eminbeyli noted that Chehregani struggles for the integrity of Iran, for its federalization. “If they will change their position, we can start to cooperate. Now it is impossible”.

Meanwhile, Chehregani's visit to Baku coincided with the activization of the national liberation movement of Azeris in Iran and with the fourth anniversary of the suppression of a students’ demonstration by the Tehran regime.

A traditional annual campaign on the fortress Bezz, from where the legendary Azerbaijani leader Babek headed resistance against the Arabian yoke in the ninth century, took place in Southern Azerbaijan with the alleged participation of about 2 million people. “Despite the actions of the Iranian authorities, a campaign of Azeris in honor of Babek’s birthday has taken place. It was more radical and politically sated than previous ones”, - the head of Baku bureau of MNRSA Huseyn Tukelly informed. He also informed that for the first time, the campaign was carried out under the Azerbaijani banners.

The reaction of the Iranian embassy in Baku to Chehregani's statements was surprisingly cool. As the press-secretary of the embassy Izzetullah Jalali declared, the Iranian government is not going to take preventive measures concerning the oppositional leader for his revolutionary appeals in the press. ”Tehran faithfully supports the freedom of speech and pluralism of opinions”, declared Jalali. He also noted that there no need to make a revolution in Iran. “Azeris of Iran already made a revolution in 1979 and are very satisfied with its results”.

--------------------------------------------------------------------------------------------------------

http://www.azerturk.50megs.com/5page12.html

5th CONGRESS OF WORLD AZERBAIJANIS IN MALMO  11-12 AUGUST

525ci QEZET
Azeris from more than 100 countries of the world will attend the fifth conference of World Azerbaijani Congress (WAC).The preparatory works are being carried out in different societies, which unite Azeris living in various countries of the world. Cavad bey Derakhti, Chairman of the Azeri Society in Sweden, WAC Board member and chairman of the preparatory committee for the V Conference has agreed to give an exclusive interview with 525. Dr. Derakhti's enormous contribution to unite World Azeris are known to Azeri Diaspora. "525" is planning more interviews with other leaders of WAC in near future.
- Cavad bey, how do you evaluate the preparatory works for the V conference? Have you informed Azeri societies in different countries about the conference and will they send their representatives to the conference?
- We are about to conclude the preparatory work for the conference. Talking from experience of previous years Azeri Diaspora are well aware of WAC's congress in Malmo . Besides, we have sent relevant brochures and invitation letters to all Azeri societies, united within WAC, as well as certain individuals. We do maintain close relations with all  Azeri community centres around the world.  Almost any organization we have invited has expressed its eagerness to participate in the conference and will despatch representatives to the forum. Our representative in Azerbaijan Teymur Eminbeyli,  is also seriously involved in preparations for the conference . He has received a reply letter from B.Vahabzadeh, the famous Azeri poet, whom has been invited to  the conference. Vahabzadeh has congratulated all tparticipants of the forum and has apologized for not being able to attend the conference due to poor health. We hope, the 5th conference will be more fruitful compared to provisions ones. We have reserved rooms in  4 big hotels in Sweden on behalf of our guests. Besides, representatives of the Swedish parliament, international organizations - International Red Cross Committee,Amnesty International , as well as leading mass media of Sweden were invited to the conference. Conference wants to draw attention of the Red Cross  to refugee problem in Azerbaijan and Amnesty International  will be asked to get involved with the fate of our compatriots in Southern azerbaijan (Northwestern Iran) whose rights are violated .
Congress is planning to hold  a gala-concert on the first day of the conference with the objective of providing the participants of the forum to get know each other.
- Which issues will be discussed at the 5th conference.
- The agenda of the conference will be too rich. We will mainly focus on discussing the following items:
1.  What steps should WAC take in order to facilitate Formation of Azerbaijani Lobby?
2. How should  WAC advise the world community about the problems of Azerbaijan? WAC's policy towards South and North Azerbaijan: liberation of Nagorno-Karabakh and occupied lands of Azerbaijan national awakening and progress, development of democracy in
Azerbaijan.
4. WAC's policy towards the Turkic world: liason with  Turkic world (Turkey and all Turkic speaking nations), Turkish Diaspora and lobby.
5. WAC's policy towards other nations.
6. What can WAC do for systematic activity and emigration of world Azeris?
7. How should we resolve the budget problems ? etc
.
- How do you regard the 1st conference of World Azeris to be held in Baku at the President Heidar Aliyev's Decree?
- I believe, the President is misinformed about WAC and its activities. We use all our efforts to strengthen Republic of Azerbaijan, development of its economy and improvement of social status of the population. At the same time, WAC represents the nation,  not the state. With regard to Baku conference I must say it is  a step in the right direction. However, I appeal to the Azeri officials to participate in the conference and allow us to continue the good work in the 6th conference in Baku. That will most certainly gladden our nation and disappoint the enemies.
- Recently you have had a telephone conversation with Azeri state adviser Hidayet Orucov and assumably he has advised you not to hold the V conference and participate in the 1st Baku Forum instead. What decision did WAC Board of executives make ? 
- I know Hidayat bey from the World Turkic conferences as a logical person, but his advice does not coincide with democratic principles. This proposal was discussed, however, rejected by the Board.
- So, what is your decision on joining to Baku conference?
- We appealed to the Azeri officials with a proposal to attend WAC conference in Sweden. I hope they accept our invitation and pave the way for our participatation at the Baku conference.
- Which countries will be represented at the conference?
- Almost all countries of the globe where Azeris live , i.e. North and South Azerbaijan, Turkey, Turkmenistan, Uzbekistan, Eastern Turkistan, United Arab Emirates, USA, Canada, European countries, Russian Federation, Baltic republics, Austria, Mexico, to speak generally, over 100 countries. A delegation 100 people from Azerbaijan. President of the Turkish Republic, Northern Cyprus Rauf Denktash is also expected to attend the conference.
- In parallel to the V conference Malmo will host the festival of the world nations. Do you intend to participate in the forum?
- The date of the conference was not chosen accidentally. We are planning to use this opportunity to full extent,  illuminating the world communities mind with the  truth about Azerbaijan . In accordance with the Committee in Malmo festival we have organised cultural and musical events on August 11 and 12 public. We invited several famous artists from South and North Azerbaijan.

--------------------------------------------------------------------------------------------------------

 http://www.azadtribun.com/458.htm SABAH BEZZ QALASINA YÜRÜŞ BAŞLAYIR      
Aksiyada iki milyon soydaşımızın iştirak edeceyi gözlenilir

Sabah Güney Azerbaycanda yaşayan soydaşlarımızın hüquqlarının pozulmasına etiraz elameti olaraq Bezz qalasına enenevi yürüş keçirilecek. İlkin melumatlara göre, bu tedbirde 2 milyon soydaşımızın iştirakı gözlenilir. Maraqlı ve eyni zamanda qeribedir ki, bu il hemişekinden ferqli olaraq aksiya ile bağlı da fikir müxtelifliyi ortaya çıxıb. Dünya Azerbaycanlıları Konqresinin (DAK) sedr müavini Teymur Eminbeyli bildirdi ki, Babekin doğum günü iyul ayının ilk heftesine tesadüf etdiyi üçün bele yürüş artıq altı ildir bu vaxtda keçirilir.

Onun sözlerine göre, bu il de iyulun 2-de start götürecek aksiya ayın 4-de başa çatacaq. T.Eminbeyli tedbire texminen 2 milyona yaxın insanın qatılacağını istisna etmedi ve İran rejiminin daim bu yürüşün qarşısını almaq üçün cehd gösterdiyini söyledi: “Fars şovinistleri hemişe isteyibler ki, bizim aramıza nifaq salıb bundan yararlansınlar. Bu il onların istifade etdiyi taktika bir qeder deyişdi ve bezi qüvveler açıq-aşkar pozuculuqla meşğul oldular. Neticede aksiyanın guya iyulun 8-9-da keçirilmesinin daha meqsedeuyğun olduğu barede söz-söhbetler yayıldı. Amma sonradan melum oldu ki, guya bu teşebbüse imza atdığı bildirilen 150-ye yaxın teşkilatın çoxu, ümumiyyetle, mövcud deyil. Bezileri ise sonradan öz imzalarından imtina etdiler.”
T.Eminbeyli Güneyden aldıqları melumatı da nezerimize çatdırdı. Melum oldu ki, İranın hakimiyyet orqanları bu yürüşün qarşısını almaq üçün aksiyanın teyin edildiyi vaxt guya herbi telimler keçirmek niyyetindedir. DAK sedrinin müavini bu cür maneelerin heç birinin baş tutmayacağını bildirdi. Onun sözlerine göre, Bezz qalasına yürüşle paralel olaraq, Avropanın ve Amerikanın bir çox iri şeherlerinde de soydaşlarımız müxtelif merasimler keçirecekler: “MDB üzvü olan dövletlerde yaşayan hemyerlilerimiz de bele edecekler. Bakıya geldikde, biz iyulun 2-si, saat 12.00-da Pişeverinin ve Elçibeyin mezarlarını ziyaret edeceyik. Azerbaycanda fealiyyet gösteren ve bütöv Azerbaycan ideyasını destekleyen siyasi partiya ve ictimai teşkilatlar bununla Bezz qalasına yürüşün iştirakçıları ile hemrey olduqlarını bildirecekler.”
Xarici jurnalistlerin yürüşde iştirakını istisna etmeyen T.Eminbeyli diasporamızın başqa qurumlarının bu aksiya ile bağlı mövqeyi barede de melumat verdi. Bildirdi ki, bu yaxınlarda yaradılan Avropa Azerbaycanlıları Konqresinin meramnamesinde, ümumiyyetle, bütöv Azerbaycan meselesi yoxdur. Eyni zamanda melum oldu ki, Bezz qalasına yürüşün vaxtını deyişmek isteyenler bunu guya Babekin doğum tarixi ile izah edirler. T.Eminbeylinin fikrince, bu istiqametde iş aparanlar Güney Azerbaycandakı herekatın milliliyine kölge salıb, onu irançılıqla evez etmek isteyirler.
Rahib KAZIMLI

--------------------------------------------------------------------------------------------------------

http://azadtribun.com/657.htm
İRANDAN DOST OLMAYACAQ      
Teymur Eminbeyli bu dövletin resmilerinin semimiliyine inanmağın düzgün olmadığını söyleyir
 

İran prezidentinin Azerbaycana resmi seferi başa çatıb. Bu bir neçe günde qonşu dövletin başçısının gelişi, apardığı danışıqlar ve bundan gözlenilen neticeler haqqında müxtelif reyler, fikirler seslenib. Esas diqqet ise tebii ki, İranın Dağlıq Qarabağı Azerbaycan erazisi saydığı barede beyanata yönelib.
 

İran-Azerbaycan münasibetleri bundan sonra doğrudanmı istenilen seviyyede olacaq? Ehalisinin ehemiyyetli hissesini Azerbaycan türkünün teşkil etdiyi cenub qonşumuzun bizim ölkenin en ağrılı problemleri ile bağlı semimiliyine ne derecede inanmaq olar? Bu ve diger suallarımızı Dünya Azerbaycanlıları Konqresinin (DAK) sedr müavini Teymur Eminbeyliye ünvanladıq.
T.Eminbeyli İranla müqayisede Azerbaycanın erazisine, ehalisinin sayına göre geride qaldığını, hem de herbi baxımdan zeif olduğunu xatırlatdı. Onun sözlerine göre, bezi meselelerde İran Azerbaycana hede-qorxu gelmekle, meselen, hava serhedlerimizi pozmaqla, regionda bizim menafeyimizi nezere almamaqla daim haqqımızı tapdamaqla meşğuldur: “Yeni İran özünü ne qeder bize dost kimi göstermek istese de, buna birmenalı olaraq inanmaq mümkün, hem de lazım deyil.”
Vefa Quluzadenin ABŞ-a göre İranla münasibetleri korlamağın düzgün olmadığı barede reyi ile bağlı öz fikrini bildiren T.Eminbeyli adı çekilen politoloqun bezi fikirleri ile razı olduğunu dile getirdi: “Doğrudan da, ABŞ bu gün Azerbaycanla bağlı mövqeyini deqiq ifade etmeli, sözünü konkret demelidir ve bunu etmir. Amma orası da var ki, İrandan bize heç vaxt dost olmayacaq. Sebeb de budur ki, orada bizim 35 milyon soydaşımız yaşayır ve bu gün onların haqları meselesi olduqca aktualdır.” T.Eminbeyli İranda hetta İnternetin bele nezaret altında olduğunu qeyd ederek, insanların fundamental azadlıqlarının mehdudlaşdırıldığını dedi.
DAK sedrinin müavini Xateminin 2002-ci ilde Heyder Eliyevin İrana seferi zamanı bizim ölke başçısını bir çox meselelerle bağlı aldatmağa müveffeq olduğunu xatırlatdı: “Meselen, Xatemi Naxçıvanda konsulluq açmağa icaze istemişdi ve bu isteyine de çatdı. Evezinde ise o, İranda bize konsulluq açmağa söz verdi, amma bunu etmedi. İndi reallıq budur ki, bu gün Naxçıvanda bir çox obyektler, o cümleden bir neçe mekteb, xestexana iranlılara mexsusdur. Hazırda bu bölgemizde konsulluq adı altında bir casusluq merkezi de fealiyyet gösterir. Amma İranda bizim birce sefirliyimiz var ki, o da ele birbaşa İrana xidmet etmekle meşğuldur.”
T.Eminbeylinin sözlerine göre, Qarabağla bağlı İran rehberliyinin beyanatı da semimi deyil: “Birce faktı nezerinize çatdırım ki, Urmiye yaxınlığında Qarakilse adlı menteqede mine yaxın ermeni toplaşıb Azerbaycan ve Türkiye eleyhine tebliğat aparır, İran dövlet televiziyası ise buna informasiya yardımı gösterir. Bununla paralel olaraq Babek qalasına yürüş eden soydaşlarımızı ise hebs edir, işgence verirler. Diger terefden, Finlandiya ehalisinin 6 faizi isveçli olduğu üçün bu dövletde ikinci dövlet dili İsveç dilidir, İran ise bizimkilere öz dillerinde tehsil almaq imkanı yaratmır. İndi biz onları zorla özümüze nece dost ede bilerik?”
DAK sedrinin müavini Dağlıq Qarabağla bağlı İranın tutduğu mövqenin bu fikri tesdiq etdiyini bildirdi. T.Eminbeyli 1992-ci ilin yazında Yaqub Memmedovun İran seferi zamanı Şuşanın işğalını xatırlatdı: “Halbuki İran öz paytaxtında resmi sened imzalandığına hörmet etmeliydi. Artıq hamıya aydındır ki, Şuşanın bir türk, müselman şeheri olması İranı ilgilendirmir. İran bu gün Azerbaycana yaxın erazide yerleşen Xoruzlu dağında bir herbi bazasını yerleşdirib ve oradan bizim eraziye nezaret edir. Bu günlerde Ermenistanın müdafie naziri İranda olarken onu hemin bazaya aparıblar ve ona texniki vasitelerle bizim bütün herbi obyektleri gösteribler. Ona göre de İran resmilerinin dedikleri yalnız hiylegerlikdir. Biz bunu bilmeli ve İranla qonşu dövlet kimi öz maraqlarımıza uyğun münasibet qurmalıyıq. Bele meselelerde Gürcüstandan ibret götürmeye deyer.”
R.KAZIMLI

--------------------------------------------------------------------------------------------------------

DAK-da qalmaqal: Teymur Eminbəyli mətbuat katibi vəzifəsindən azad olunub, ya yox?

Dünya Azərbaycanlıları Konqresinin (DAK) növbəti qurultayı gələn ilin ortalarında Almaniyada keçiriləcək. Bu barədə qurumun sədri Cavad Derəxti dünən internet vasitəsilə keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, tədbirin təxirə salınmasına səbəb bir sıra texniki proseslərin və hazırlıq işlərinin vaxtında həyata keçirilməməsilə bağlıdır.
"Biz sadəcə olaraq qurultay naminə qurultay keçirmək istəmədik. Tədbirin təxirə salınması barədə qərarsa DAK İdarə Heyətinin ötən həftə keçirilən toplantısında qəbul olunub". DAK daxilində köklü struktur dəyişikliklərinin olacağı barədə son günlər mətbuatda yayılan məlumatlara toxunan C.Derəxti bunu təkzib edib. Eyni zamianda o, İdarə Heyətinin son toplantısında təşkilatın İcraiyyə Komitəsinin yaranması barədə qərar qəbul olunduğunu, eləcə də qurumun mətbuat katibi Teymur Eminbəylinin vəzifəsindən azad edildiyini bildirib. DAK sədrinin sözlərinə görə, təşkilatın rəhbər strukturları arasında "ümumi qərarlarla" razılaşmayan, eləcə də qurultayın işinə xələl gətirmək istəyən bəzi qüvvələr var. T.Eminbəylinin vəzifəsindən azad edilməsisə onun işlərinin çoxluğu ilə əlaqədardır.
"Eminbəyli DAK-ın Təşkilat Komitəsi və İcraiyyə Komitəsinin işini öz öhdəsinə götürdüyü üçün onun yerinə sədrin birinci müavini Fərəc Quliyev təyin olunub", - Cavad Derəxti bildirib.
Öz növbəsində DAK-ın mətbuat katibi Teymur Eminbəylisə vəzifəsindən azad edilməsi, eləcə də qurum daxilində yeni strukturun - İcraiyyə Komitəsinin yaradılması barədə deyilənləri "gülünc" adlandırır və təşkilat rəhbərliyinin arqumentlərilə razılaşmır. Onun sözlərinə görə, İdarə Heyətinin son toplantısında sədrin təşəbbüsünə əsasən, yalnız səsvermə hüququndan məhrum olan şəxslər iştirak ediblər və tədbirin protokolunda hansısa İcraiyyə Komitəsinin yaradılmasından söhbət getmir. "Ystəlik, toplantıda DAK-ın hazırlıq komitəsi ləğv edilib ki, bu da qurumun nizamnaməsinə, eləcə də İdarə Heyətinin əvvəlki qərarlarına ziddir. Nə DAK sədrinin, nə də üzvlərin ayrı-ayrılıqda təşkilat daxilində hər hansısa qurumu yaratmaq və yaxud da ləğv etmək hüququ yoxdur". T.Eminbəyli habelə hazırda DAK-ın mətbuat katibi səlahiyyətlərini icra etdiyini və vəzifədən uzaqlaşdırılması barədə heç bir rəsmi xəbərdarlıq almadığını bildirib. "Mən DAK sədrinin tapşırığını deyil, təşkilatın nizamnaməsinin tələblərini yerinə yetirirəm. DAK kollegial şəkildə idarə olunduğundan, İdarə Heyətinin rəsmi qərarı olmadan, mənim vəzifəmdən çıxarılmağımdan söhbət gedə bilməz", -deyə o əlavə edib.
 

--------------------------------------------------------------------------------------------------------

AZERBAIJAN
A WEEKLY ANALYTICAL-INFORMATION BULLETIN

.

#8.CONFERENCE OF THE WORLD AZERIS CONGRESS TO BE HELD IN TURKEY
 

The Steering Committee of the World Azeris Congress will gather in Ankara, Turkey
in early March, Teymur Eminbeyli, deputy chairman of the Congress' Steering
Committee, reported. Mr. Eminbeyli has informed that the reason of gathering the
members of the Steering Committee in Ankara is related with the 6th conference of
the organization.
Let's remind that the Congress leadership issued a decision on holding the next
conference of the organization in Turkey yet in last year. Mr. Eminbeyli said
several problems are to be resolved in connection with holding the conference. He
added that the Congress leadership would hold meetings with the Turkish government
officials, as well with the heads of Turkish parliament. There will be held
discussions on holding the conference during those meetings: "The World Azeris
Congress is planning to hold the next conference in August this year after having
resolved several problems". Mr. Eminbeyli also pointed out that there will also be
discussed the problems of Azeris living in various poles of the world during the
meetings with the Turkish government representatives.
 

--------------------------------------------------------------------------------------------------------

BABEK QALASINA YÜRÜŞ BAŞA ÇATIB      
Bu gün hebs olunanların ekseriyyeti azad olunmalıdır

Babek qalasına nezerde tutulan yürüş başa çatıb. Dünen seherden Bezz qalasındakı soydaşlarımız yaşayış meskenlerine doğru qayıtmağa başlayıblar. Bu tarixi aksiyaya qatılanların sayı en azı 2 milyon nefer olub.
Bu barede qezetimize son melumatları çatdıran Dünya Azerbaycanlıları Konqresi metbuat xidmetinin rehberi Teymur Eminbeylinin sözlerine göre, yürüşün qarşısını ala bilmeyen fars şovinizmi azğınlıqlarını davam etdirir. Bele ki, yürüşe qatılmaq isteyenler arasında hebs olunanların sayı yüzlerledir ve onların deqiq siyahısını tertib etmek helelik mümkün olmayıb.

Yürüşün reallaşdığı Keleyber şeheri etrafına getirilen 60 min neferden çox polis qüvvesi en müxtelif behanelerle onlarla soydaşımızı saxlayıb. Onların ekseriyyeti Tebriz hebsxanalarındadır. Öten sayımızda hebs olunanlardan bezilerinin adları qezetimizde açıqlanıb. Qeyd edek ki, tutulanlar sırasında “Şems Tebriz” qezetinin yazarı Eli Süleymani de var. DAK-ın Güney Komitesine istinad eden T.Eminbeyli bildirdi ki, hebs olunanların ekseriyyetinin bu gün serbest buraxılacağı gözlenilir. Tehran rejimi artıq bu böyük aksiyanın arxada qaldığını ve tehlükenin sovuşduğunu görüb, yeni etirazlara revac vermemek üçün herekatçıların bezilerini azad etmek niyyetindedir.
Qeyd edek ki, Babek qalasına yürüşden çekilen video ve fotomateriallar bu gün-sabah Azerbaycanın şimalına getirilecek. T.Eminbeyli bildirdi ki, ezemetli yürüş barede görüntüler Azerbaycanın quzeyinde ilk önce media mensublarına çatdırılacaq ve bununla da milli herekata xelel getirmek isteyenlere ders verilecek. En maraqlısı odur ki, Babek qalasına yürüşde Bütöv Azerbaycan Birliyinin fealları da iştirak edib.
XAQANİ

--------------------------------------------------------------------------------------------------------

 

Güney Azerbaycan problemi:

Milli oyanış merhelesinde

Qızılgül ABDİNOVA / XC

1940-cı ilde bu problem Moskvanın herbi - strateci planlarına daxil edilib. Professor Cemil Hesenli bu mövzuda yazarken qeyd edir ki, bizim üçün "Güney Azerbaycan tarixi" anlayışı on doqquzuncu esrin evvellerinden başlayır. "Mehz bu yerde xalq parçalanıb, tarix haçalanıb". C.Hesenli Cenubi Azerbaycanın iyirminci esr tarixi azadlıq, müsteqillik, mübarize tarixi olduğunu yazır.

Güneyin tarixinin ancaq müxtelif elmi işler ve meqaleler

seviyyesinde yazıldığını teessüfle qeyd eden alim bu tarixin xüsusile Rza Şah Pehlevi dövründen sonra qarışdığını vurğulayır. Farslaşma siyaseti aparan Rza Şah Pehlevinin dövründe, 1938-ci ilde İranda yaşayan xalqların veten anlayışına son qoymaq üçün bu ölke inzibati cehetden yeniden bölünüb. İran on ostan, 49 şehristan, 290 bexşe bölünüb. "Yeni inzibati bölgü neticesinde ehalisi bütövlükde türklerden ibaret olan Zencan ve Qezvin, habele türklerin üstünlük teşkil etdiyi Hemedan, Sultanabad, Reşt, Pehlevi ve diger eraziler Azerbaycandan kenarda qalırdılar". O zaman hetta Sovet hökumetinin Dövlet Tehlükesizlik Komitesi etiraf edirmiş ki, bu bölgü Cenubi Azerbaycanın ehalisinin sayı ve terkibi, serhedleri, erazisi haqda melumat toplamağı çetinleşdirib. C.Hesenli eyni zamanda onu da qeyd edir ki, Rza Şah Pehlevi dövründe teqib ve repressiyalar Güney türklerinin etirazını, İrandaxili demoqrafiyasını ve mühaciret meylini doğurub. "Tekce 1940-cı ilde 261 nefer gizli yolla Sovet Azerbaycanına keçmeye cehd etmişdi".

Cemil Hesenlinin yazılarında müxtelif tarixi dövrlerde Rusiyanın, İngilterenin, Almaniyanın Cenubi Azerbaycana maraqlarının sebebleri gösterilmekle yanaşı bu "maraqların" milli-azadlıq yanğısıyla üzleşdiyi qanlı meydan - Güney Azerbaycanı, güney türklerinin ağrılı ve şerefli taleyi eksini tapır. Onların semimi mübarizesinden istifade edibler, bu mübarizenin iqbalını xeyanete, yalana ürcah edibler. Sovet Bakısı Güney türklerine kömek edib, lakin SSRİ-nin planlarını heyata keçirmek üçün. Bu plan ise Güney Azerbaycanı caynağında saxlamaq, daim ondan İrana qarşı tezyiq vasitesi kimi istifade etmekden ibaret olub. Qanla boğulmuş Settarxan, Xiyabani, Pişeveri herekatları, böyük bir xalqın öz adıyla çağrılan dövletin vetendaşı olmağa hesreti...budur Güney Azerbaycanının tarixi.

Güneydeki milli azadlıq herekatının növbeti yükseliş dalğası Sovet Azerbaycanının müsteqillik qazanmasından sonra oldu. Bu müsteqilliyin qazanılmasında yaxından iştirak eden güneyliler "artıq dövletimiz quruldu" deye bu dövletin bayrağı altında yaşayacaqları günün yaxında olduğuna ümid bağlayıblar. "Quzey Azerbaycan müsteqillik qazananda şenlik merasimleri keçirdik. Bir-birimizi tebrik etdik. Çox sevinirdik ki, artıq bizim dövletimiz var. Qalır birleşmek".

Güneyliler bele deyir. On ildir gözlerini bize dikibler. Bize, Quzeydeki qardaşlarına. Ve Bütöv Azerbaycan Herekatının qelebe çalacağına da onlar çox-çox ciddi yanaşırlar. Bizden çox-çox ciddi.

Güneyde herekat ne yerdedir?

Elirza Amanbeyli: "1993-cü ilde birdefelik köçüb Şimali Azerbaycana gelmişem. Bu vaxtadek Cenubda geden mübarize herekatı gizli meclislerde toplaşmaq, milli ruhda şerler dinlemek ve bu barede söhbetler aparmaq, daha sonra divarlarda şüarlar yazmaq merhelesinden bir qeder açıq formaya keçid dövrünü yaşayırdı. Uşaqlıqdan bu cür meclislerde iştirak etmişem, ilk defe ise bu barede doktor Zehtabinin söhbetlerini dinlediyim yadımdadır. Men onun tertib etdiyi "Ana dili" kitabından Azerbaycan dilinin qrammatikasını öyrenmişem. Bu gün ise artıq doktor Çöhreqanlının açıq şekilde mübarize haqda danışması gösterir ki, İran recimi artıq bu herekatın qarşısında evvelkidek dayana bilmir. Bizim qoyub geldiyimiz herekatın bu günü barede eşitdiklerimiz tesdiqleyir ki, Cenubi Azerbaycandakı herekat tam yetişib".

Araz Elses: "Azerbaycanın taleyini hem de cenubda yaşayan otuz milyonluq xalq müeyyenleşdirmelidir. Bu xalq nehayet ki, öz taleyini nece isteyirse, o cür qurmalıdır. Bizim elimizden gelen ise hansı yolun düz, hansının ise eyri olduğunu millete göstermekdir. Yeni, bu müsteqillik yoludur, bu federalizm yoludur ve s. Millet artıq oyanıb ve öz yolunu seçecek. Şexsen menim fikrime geldikde ise üstünlük verdiyim yol Bütöv Azerbaycan variantıdır. Bu yol üçün son damla qanımı da vermeye hazıram. Cenubda herekat ve herekatçılar yetişib. Amma insanların düşünce terzinde ferqler var. hamı eyni cür düşünmür. Buna göre de müeyyen qeder vaxt lazımdır ki, milli şüur hamıda tam olaraq oyansın ve onlar hansı yolu seçmelerini serbest şekilde müeyyenleşdire bilsinler. Ondan sonra bu millet sizin ve bizim üreyimizde olan sesi qaldıracaq".

Xüsusen 1996-cı ilde keçirilen parlament seçkileri milli-azadlıq herekatına yeni tekan olub. Bu zaman Mahmudeli Çöhreqanlının topladığı seslerin saxtalaşdırılması, sonra ise onun hebs edilib gizli saxlanılması veziyyeti mürekkebleşdirdi. Çöhreqanlının sözlerine göre, herekatın növbeti merhelesi mehz hemin dövrden hesablanmalıdır. "Biz müqavimet yaratmağa başladıq, yeddi ilden sonra, bu gün hemin müqavimet olub Cenubi Azerbaycan Milli Oyanış Herekatı".

Artıq resmi melumatlarda da gösterilir ki, İran ehalisinin tam yarısını türkler teşkil edir. Türklerin yüksek qulluqlarda ve orduda da üstünlük teşkil etdiyi faktdır. Müharibeler farsları faktla üz-üze qoyub: döyüşken ve şücaetli türkleri orduda yüksek rütbelere buraxmamaq mümkün olmayıb.

Eyni zamanda ölke iqtisadiyyatının müeyyenleşmesinde türklerin rolu farslardan ve İranda yaşayan diger xalqlardan üstündür. İranda çıxan bir sıra metbu orqanlar zahiren hansı mövqe tutmalarından asılı olmayaraq, türkler terefinden maliyyeleşdirilir.

Doktor Çöhreqanlı açıqlamalarında Güneydeki herekatda tek önder olmadığını deyib. O herekatda onlarla önderin, yüzlerle qabaqcılın olduğunu beyan edib. Doğrudan da bir az evvel Çöhreqanlını zindanlara atan İranın onun Avropaya sefer etmesine mane ola bilmemesi faktı özü-özlüyünde çox metlebden xeber verir.

Yeri gelmişken, bu il Tebrizde ve diger şeherlerde Novruz bayramının qeyd olunmasıyla bağlı toqquşma olub. Meherremlikle elaqedar olaraq bayram keçirilmemesini teleb eden hökumet qoşunları güclü müqavimete rast gelibler.

Araz Elses: "Xatemi islahatlar aparmaq şüarıyla seçkileri uddu ve gedib Avropada elan etdi ki, medeniyyetlerin, sivilizasiyaların dialoqunu teşkil etmek lazımdır. Amma eslinde bunu istemir. O unudur ki, bu dialoqu önce evin içinden başlamaq lazımdır. Öz evinin daxilinde olan ferqli kültürlerle oturub danışmaq lazımdır, azerbaycanlılardan soruşmaq lazımdır ki, sen ne isteyirsen? Xatemi bunları qulaq ardına vurur, sanki İranın daxilinde problem yoxdur, memleket fars memleketidir, medeniyyet de fars medeniyyetidir. Men arzu etmezdim ki, Balkanlarda yaranan veziyyet İranda da tekrar olunsun. Amma yarana biler. Biz qalxacağıq, teleb edeceyik ki, bizim haqlarımızı versinler. Vermeyende ne olacaq? Onda başqa cür isteyeceyik. Şapalağı yeyende küsmesinler bizden. İnsanlar bu uzunluqda dil çıxardır ortaya. Deyir ki, menim de dilim var, menim dilimi özüme verin, qardaşım. Vermirler. Bir defe istemek olar, iki defe istemek olar. Sonra ise elac artıq başqa yola el atmağa qalır".

Artıq birmenalı demek olar ki, son iller xüsusile telebe mitinqleriyle xarakterize edilen milli-oyanış herekatı olduqca hessas meqamındadır. Feqet bunu daim pusquda durmuş düşmenlerimiz de bilmemiş deyiller.

Yeri gelmişken, bir tarixi faktı diqqete çatdırmaq isterdik.

1941-ci ilde Sovet herbi keşfiyyatı müeyyen edib ki, İran ve Türkiyeyle bağlı yaranmış veziyyetden istifade eden ermeniler ve onların bir sıra siyasi partiyaları Qarsdan Tebrizecen Sovet Ermenistanı da daxil "Böyük Ermenistan" yaratmaq barede fikirleşirler.

Bu fakt Bütöv Azerbaycan ideyasını xülya adlandıran bezi ifrat realistlere xatırlatmadır. Biz bir esrlik tarixi olan ve bu gün de növbeti yükseliş merhelesini yaşayan herekatı danmağa cehd edirken onların heçden var yaratmaq heveslerine qibte etmemek olmur.

İndise qayıdaq herekatın düşmenleri meselesine.

Bakıda yaşayan güneyliler tesdiq edirler ki, 80-cı illerin sonlarında İranda yeni hakimiyyet solçulara divan tutub ve onlar şimala üz tutublar. Xüsusen de "Tude" ve "Fedai" teşkilatlarının üzvleri demek olar ki, peren-peren salınıblar. Xatırladaq ki, Dövlet Tehlükesizlik Komitesi Azerbaycan SSR-e keçen güneylilerin filtrasiya edilmesi meqsedile Zuğulbada menteqe de yaradılıb.

Teymur Eminbeyli: "O dövrde gelen solçulardan bezilerinde kommunist tefekkürü indi de qalıb. O adamlar qeyri - milli adamlardırlar. Bezileri burdan xarice gedibler ve orda anti-azerbaycançılıq fealiyyetiyle meşğul olurlar. Meselen, Haşım Qarapapaq adıyla tanınan Bulud Qarapapaq Kanadada yaşayır. Azerbaycançılıq eleyhine fealiyyet gösterir, türklere qara yaxır ve kürd olduğu halda deyir ki, guya türkddür. Piruz Dilençi de hemçinin herekata ziyan vuran adamdır. Ele son iller Bakıda töretdiklerile güneylilere ve güney herekatına inamsızlıq yaradıb. Bizde melumat var ki, onu İranın bezi gizli teşkilatları himaye edir".

Araz Elses: "Men özüm Qarapaq tayfasındanam. Bulud menim doğulduğum kenddendir, Suduzdan. Bir-iki defe söhbetlerini eşitmişem. O adamın dedikleri zeherli fikirlerle doludur. Bir zamanlar Piruz Dilençi ve Bulud Qarapapaq bir yerde idiler. Sonradan ise ayrıldılar ve başladılar bir-birilerine qarşı informasiya tebliğatı aparmağa. İndi de yene eyni mövqeden çıxış edirler. Öz işlerini özleri yaxşı biler, onların işine qarışmıram. Onlara ehemiyyet vermirem. Ancaq eşidirik ki, ne iş görürler. Engel töretmeye çalışırlar, amma bacarmırlar. Çünki kartları açılıb, ifşa olunublar. Teessüf ki, Şimali Azerbaycanda bu adamlar çox gec tanındı. Deyirdik ki, bunlar texribatçılardır, hay-küy salırdıq ki, bu adamlarla iş qurmayın, onları İran gönderib. Güneyden "Güney kartı" ile gelen her kesi bağrınıza basmayın. Sabah peşman olacaqsınız, teessüf ki, dinlemediler. Bunlar burun desmallarını yere sererek üstünde çörek yeyenlerdendir. Güney meselesi çox hessas meseledir, burada ehtiyatlı olmalıyıq. Amma xoşbextlikden bu adamların kartları açılıb. Od olsalar da, özlerini yandıracaqlar".

İrandan kenarda yaşayan Cenubi azerbaycanlıların ekseriyyeti recimden xilas olmaq üçün bu dövletin hüdudlarını terk edibler. Bu insanların ekseriyyeti indi Avropanın ayrı-ayrı ölkelerindedir. Bu yazımızda cenubluların problemlerini araşdırmağı nezerde tutmuşuq. Problemler barede ekser fikirler cenubluların öz dilinden seslenib.

Amma Bakıya penah getiren solçuların heç de hamısı sonadek ideyalarına sadiq qalmayıblar. Onlardan bezileri, xüsusen de Şimalda milli-azadlıq herekatının başlandığı dövrde gelenler yeni dövrün ideya axınından kenarda qala bilmeyibler. O zaman Quzeye penah getiren Rehber Nasiri de belelerinden olub. 1985-ci ilde teqiblere meruz qaldığından Sovet Azerbaycanına gelen "Fedai" teşkilatının üzvü burada başlanan milli - azadlıq herekatına layqed qala bilmeyib. "İranda sosializm qurmaq üçün mübarize aparırdıq. Şimalda olduğum ilk illerde milli-oyanış herekatı başlandı ve men derk etdim ki, esas mesele milletin varlığıdır. 1988-ci iledek "Çenlibel", "Yurd" kimi teşkilatların yaradılmasında iştirak etdim. Özüm gizli olaraq "Çenlibel"de fealiyyet göstererek, mitinqlerin teşkil olunmasına kömek edirdim. 88-ci ilde meydan herekatı başlandıqdan sonra Şimaldakı qardaşlarımıza cenubluların desteyini hiss etdirmek zerureti meydana geldiyinden men de tribunaya çıxmalı oldum. Noyabrın 25-de ilk çıxşımı eledim. Sonra "KQB" terefinden hebs olunub, bir il azadlıqdan mehrum edildim. Bir ilden sonra ise yalnız Azerbaycanı terk etmek şertile buraxıldım. Lakin Azerbaycanı terk etmedim. Men hebsden çıxanda artıq Xalq Cebhesi yaradılmışdı ve bu teşkilatın Cenub şöbesini yaratmaq üçün fealiyyete başladım. Bununçün Naxçıvana getdim, orada yeniden "KQB" meni hebs edib İrana tehvil verdi. Doqquz ay Tebriz zindanında yatdıqdan sonra zemanete buraxıldım. Yeniden Bakıya qayıtdım". Bakıya növbeti gelişinde Siyamekin (Rehber Nasirinin) siyasi proseslere qoşulmaması ictimaiyyetde birmenalı qarşılanmayıb. Özü ise siyasete qarışmamasını bele izah edir: "İndi Quzeyde prosesler başqa cür cereyan edir. Biz buradakı esas missiyamızı yerine yetirmişik ve müsteqil Azerbaycanın qurulmasına nail olmuşuq. Güneyle bağı fealiyyetimi ise dayandırmamışam. Hal-hazırda ise Demokrat Firqesile elaqe saxlayıram".

Herekatda neler çatmır?

Güneyliler Avropada ciddi qurumlar yaratmağa nail ola bilmeyibler.

Araz Elses: "Cenubi Azerbaycanın xaricde fealiyyet gösteren müsteqil siyasi teşkilatı olmalıdır. Teşkilat nece olmalıdır, bu mesele artıq qezet sehifelerine çıxarılası mesele deyil".

Herekatın koordinasiya olunması da qenaetbexş deyil. Çöhreqanlı narahat olmağa esas görmür. "Bu herekatdır. konkret siyasi fealiyyet deyil. Herekatı koordinasiya etmek mümkün ve belke de lazım deyil".

Bir ağrılı mesele de Quzey Azerbyacanında güneylilere bir neçe il evvelki münasibetin olmamasıdır.

Rehber Nasiri: "O adamlar ki, İran istibdadına qarşı çıxıblar, burada veziyyetleri ele acınacaqlı olur ki, bezen cenub mövzusu, azadlıq ideyaları yadlarından çıxır. Onlar mecbur qalırlar ya iqtidara, ya da müxalifete üz tutsunlar. Cenub mövzusu yadlarından çıxır, olurlar vasiteçi. Bu xüsusile yeni gelenlere aiddir. Çünki bizimle gelenlerin çoxuna sosial imkanlar vermişdiler, evle temin etmişdiler.

Güneylilerin Bakıda esasen qeydiyyat ve menzil problemeleri var. Qeydiyyatları olmadığına göre heç bir işle meşğul ola bilmirler ve tebii ki, maddi çetinlik çekirler. Ekseriyyeti evsiz - eşiksizdir, dost-tanışın evinde qalır. O dövrde bizimle gelenlerin de çoxu indi ağır veziyyetdedirler. Tapdıqlarını da vizaya verirler. Bu ise ilde dörd yüz dollardan artıqdır. Qeydiyyata götürmeseler de, heç olmazsa, onlara güzeşt edilsin".

Rehber Nasiri bir il qabaq Şimali Azerbaycana gelen Baqiryan soyadlı bir cenubludan tekce familyasına göre on dollar alınmasını bildirir. "Eslinde hamı bilir ki, Baqiryan fars familyasıdır. Amma ermeni familyasıdır deyib, on dollar alıblar ondan. Maraqlıdır, eger bu adam ermenidirse, on dollara göre ermenini vetene niye buraxıblar? On dollar verenden sonra dönüb türk olub? Tesevvür edin, hele serhedden içeri girende o, bu problemlerle rastlaşıb".
Diger bir cenublunun BMT-nin Qaçqınların İşleri üzre Ali Komissarlığının Azerbaycan Respublikasındakı nümayendesi Didye Ley cenablarına teqdim etdiyi mektubu aşağıdakı mezmundadır.

"Melum edirem ki, men Nasir Mehemmed oğlu Melikzade 24 yanvar 1965-ci ilde Cenubi Azerbaycanın Bilesuvar kendinde anadan olmuşam. 1991-ci ilde qanuni şekilde Bakıya gelmişem.

1991-ci ilde qanuni şekilde 1992-ci ilde Azerbaycan Dövlet Tibb İnstitutuna daxil olmuşam.

Hemin dövrde vahid Azerbaycan uğrunda geden herekatlarda iştirak etmişem. Bir milletin ikiye parçalanması ve serhed xetleri ile bir-birinden ayrılması kimi tarixi edaletsizliyi heç zaman qebul etmemişem ve Vetenimin bütövlüyü uğrunda aparılan müqeddes mübarizede iştirak etmişem. Bundan elave, İranın mövcud dini recimini qebul etmemiş, bu recimin dünyevi ve demokratik quruluşla evez olunması uğrunda da mübarize aparmışam. 1993-cü ilde babamın vefatı ile elaqedar derslerime bir neçe gün ara vererek İrana getdim. Lakin İranın Astara şeherinde hebs olunaraq xüsusi dövlet orqanı olan ETTELAAT terefinden hebs edilib Erdebil şeherine gönderildim. Orada 4 ay hebsxanada saxlanıldım. Bedenime enerci buraxıldı, ayaqlarım siqaretle yandırıldı. Son derece ağır işgence ve zorakılığa meruz qaldım. Nehayet, xarici pasportum elimden alındıqdan sonra qohumlarımın ve yaxın adamlarımın kömekliyi ile zamine buraxıldım. 22 sentyabr 1993-cü ilde İran İslam İnqilab Mehkemesi terefinden cinayet işine baxılması üçün 2 oktyabr 1993-cü il tarixine ora çağrıldım. İran İslam Mehkemesine çağrılmağım mehz milli azadlıq, milli birlik, demokratiya uğrunda, habele dini recime qarşı mübarize ile elaqedar olub. Melum olduğu kimi, demokratik ve dünyevi dövletlerde analoqu olmayan İran İslam İnqilab Mehkemesi yalnız siyasi eqidesine göre teqib olunan şexslerin mühakimesi ile meşğul olur. Hemin mehkemeye çağırlmağım barede olan senedi Size teqdim etmişem. Men bu teqibleri görerek derhal İran serhedlerini qanunsuz keçib Azerbaycana geldim.

Tibb İnstitutunda tehsil aldığımdan müveqqeti qeydiyyata alınmışdım. 1999-cu ilin sonunda tehsilimi başa vuraraq cerrah ixtisasına yiyelendim. Bununla birlikde müveqqeti qeydiyyatımın müddeti de bitdi ve 8 dekabr 1999-cu il tarixde Tibb İnstitutunun rehberliyi terfinden 2 hefte erzinde Azerbaycanı terk etmeyim haqqında resmi xeberdarlıq aldım. Bununla da veziyyetim son derece ağırlaşdı. İrana qayıdacağım teqdirde edam cezası, Azerbaycanda ise qeydiyyatsız qalmağın qeyri-mümkünlüyü ile üz-üze dayandım. Bele bir vaxtda son ümid yeri kimi qaçqın statusu almaq üçün BMT-nin QAK-a müraciet etdim. Lakin avqustun 8-i 2000-ci il tarixli müracietim redd olundu. Başqa çıxış yolum olmadığı üçün tekrar olaraq Size müraciet etdim ve yeniden müracietim redd olundu.
Hörmetli Cenab Didye Ley!

Teqdim etdiyim senedler, müsahibelerim, habele mövcud veziyyetim İran recimi terefinden ciddi siyasi teqibde olduğumu, üstelik mövcud durumda Azerbaycan Respublikasında da yaşamağımın qeyri-mümkünlüyünü aydın şekilde tesdiq edir. Hal-hazırda da İran recimi yaxın qohumlarımdan meni teslim etmelerini teleb edir, onları incidir. Menim mövcud taleyim qaçqınların statusuna aid 1951-ci il Konvensiyasında ehtiva olunan "qaçqın" anlayışı statusuna tamamile uyğundur.
Sizin işgüzar ve alicenab olduğunuz bilerek inanıram ki, menim taleyime bigane qalmayacaq, meseleni ciddi araşdıraraq, haqlı telebim barede edaletli qerar qebul edeceksiniz".
Bu mektubun müellifi müraciet etdiyi teşkilatın növbeti redd cavabından sonra xarice üz tutub. Hal-hazırda Hollandiyada yaşayır. Kiminçünse 1991-2002-ci iller arasında adi xronologiyadır. Yaşayançün ise yüksek amalların, möhteşem ideyaların mehv olub getmesi, acı meğlubiyyetidir. "Biz ne isteyirdik, ne aldıq" teessüfüdür.

1940-cı ilde bu problem Moskvanın herbi - strateci planlarına daxil edilib. Professor Cemil Hesenli bu mövzuda yazarken qeyd edir ki, bizim üçün "Güney Azerbaycan tarixi" anlayışı on doqquzuncu esrin evvellerinden başlayır. "Mehz bu yerde xalq parçalanıb, tarix haçalanıb". C.Hesenli Cenubi Azerbaycanın iyirminci esr tarixi azadlıq, müsteqillik, mübarize tarixi olduğunu yazır.

C.Hesenlinin ve digerlerinin Güney Azerbaycanla bağlı istenilen mövqeden yanaşılan yazılarında Rusiyanın, İngilterenin, Almaniyanın, Amerikanın maraqlarının milli-azadlıq yanğısıyla üzleşdiyi qanlı meydan - Güney Azerbaycanın, Güney türklerinin ağrılı ve şerefli taleyi eksini tapır. Qanla boğulmuş Settarxan, Xiyabani, Pişeveri herekatları, böyük bir xalqın öz adıyla çağrılan dövletin vetendaşı olmağa hesreti... budur Güney Azerbaycanının tarixi.

 

DEMOKRATLAR

Sovet dövrüne düşen uşaqlığımdan "demokratlar" mehellesinden olan uşaqlarla dostluq etmeyim yadıma gelir. Qarabeniz, suyuşirin refiqelerimin hardasa üzünü görmedikleri emileri, bibileri olduğu ve atalarının herden onlardan ötrü uşaq kimi hönkür-hönkür ağlaması barede xeberlemeleri de yadımdadır. Bunlar bizim üçün menasız övzusdan başqa bir şey deyildi o vaxtlar ve onlara verilen "demokrat" adının da eslinde ne qeder şerefli olduğunu bilmezdik.

"Demokratlara" hökumet xüsusi qayğı gösterirdi. Amma böyüklerimin "Allah kessin ele qayğını" demesi uşaq ağlımıza "demokratların" zavallı obrazını yerleşdirmişdi. Onların xoşbext olması üçün ne ise çatmırdı. Böyüyende bileceydik ki, bu neyse doğulduğu torpağın qoxusuymuş. Onlar Sovet Azerbaycanınıda özlerini rusların qoltuğunda hiss edirlermiş.

Eslinde Güney Azerbaycanı mövzusundan yazarken Demokrat Firqesine xüsusi yer ayırmamaq mümkün deyildi. Amma yazının bu hissesini en semimi yeri kimi qebul edilmesini isterdik.

Azerbaycan Milli Hökumeti devrildikden ve İran Ordusu Azerbaycanın işğalını başa çatdırdıqdan sonra Tebrize herbi qubernator teyin edilen polkovnik Batmanqılınc Pişeverinin terefdarlarına xüsusi divan tutacaqlarını elan edib. Cemil Hesenlinin kitablarında 760 adamın mehkemesiz qetle yetirildiyi ve bir neçe gün erzinde bu reqemin 3000-i keçdiyi qeyd olunur. "Hebs olunanların 3200 neferi Azerbaycanda saxlanıldı, qalanları İranın diger hebsxanalarına gönderildiler. 8000 adam İranın cenubuna sürgün edildi ki, bunlar da aclıq ve susuzluqdan mehv oldular".
Çaresiz qalan demokratlar eslinde onların arxasından qaçan, onları İranla meydanda tek qoyan Sovetlere üz tutmalı olublar. Moskva onları qebul etmek istemeyib. Mir Cefer Bağırovun ciddi tekidiyle dekabrın 12-de serhed menteqeleri açılır. "İki gün erzinde 5295 adam serheddi keçib". Xatırladaq ki, bu sırada Pişeveri de olub. O on iki nefer silahdaşıyla birge Naxçıvanda qalıb.

Lakin sovetlerin iltifatı uzun çekmeyib. Hökumet dekabrın 19-da gösteriş verib ki, buraxılış menteqeleri bağlansın. Lakin qadağalardan sonra da bu axın davam edib. 1947-ci ilde mücahidlerin sayı 6318 neferi keçib.

 

DEMOKRATLARIN ŞİMALDAKI TALEYİ

Cemil Hesenli yazır ki, Sovetlere sığınan demokratların taleyi de çox ağrılı keçib. Herekatdan yenice ayrılmış cenubluların davranışı tebii ki, imperiyanın xoşuna gelmeyib ve 1947-ci ilin evvelinden başlayaraq, DTK 1097 neferi hebs edib.

"Mir Cefer Bağırov Staline gönderdiyi mektubda teklif edirdi ki, İran Azerbyacanında işleri davam etdirmek meqsedile kadr hazırlamaq üçün ADP-nin sınanmış işçilerinden 30 nefer seçilsin ve AKP MK yanında iki illik partiya mektebine gönderilsin". hemin mektubda cenublular üçün sürpriz de var idi: geri qayıtmaq iseteyenlere icaze verilmesin, onlar tecrid edilsin, işleri dövlet serhedlerini pozanlar kimi senedleşdirilsin. Stalin mektuba müsbet cavab verib. Ve bununla da demokratların qefes taleyi başlanır.

Stalinin razılığından sonra Bakıda Demokrat Firqesi yaradılır. Bağırovun tebirince desek, "sınanmış işçiler"den teşkil olunmuş firqe Pişeverinin başçılığı ile fealiyyete başlayır. Lakin bir çox herekatçılar kimi mübarize rehberinin de davranışları sovetleri açmır. Pişeveri müemmalı şekilde yol qeza hadisesinde helak olur. Zeruri bir meseleni qeyd edek ki, onun sürücüsü ermeni olub. Bundan sonra Mirqasım Çeşmazer Firqe başına getirilir. Psixoloci durum öz diqtesini deyişmir: Çeşmazerin de fealiyyeti sovetleri narahat edir ve o teşkilat rehberliyinden uzaqlaşdırılır. Onun yerine seçilen Qulamyehya "gözü çıxmış qardaşlarından ders götürür". "Qulamyehya sovet hökumetine tabe oldu". Bu, o dövrkü hadiseler haqqında mücahidlerden birinin fikridir. Hal-hazırda Firqeye Emreli Lahrudi rehberlik edir. Araşdırma aparan zaman müraciet etdiyimiz Demokrat Firqesinin rehberi bize müsahibe vermek istemedi. Bununla bele biz onun 1997-ci ilde Almaniyada neşr olunan
"Raho-Tude" (Tudenin yolu) qezetine verdiyi müsahibeni elde ede bildik. Demokratlar Firqesi rehberinin müsahibesini izleyerken aydın olur ki, o hemin dövrde Bakıda Bütöv Azerbaycan ideyasıyla keçirilen mitinqleri birmenalı qarşılamayıb. "Azerbaycan Respublikası İran terefinden bu ve ya diger şekilde tezyiqlere meruz qalır. Bununçün müeyyen behaneler de tapılır. Müeyyen qruplar Bakı şeherinde mitinqler teşkil edir ve iki Azerbaycanın birleşdirilmesi teklifini ireli sürürdüler".

Lahrudi hemin müsahibede Ebülfez Elçibeyin "1997-ci il 40 milyon azerbaycanlı üçün ümumxalq çıxış ili olacaq" beyanatını bele şerh edib: "Men Ebülfez Elçibeyin istek ve arzusunun heyata keçirilmesinin eleyhine deyilem, lakin bu şexsin xeyalperver olduğunu da şübhe etmirem".
Lahrudinin ne derecede yanıldığını bu gün sübut etmeye ehtiyac yoxdur. 1997-ci il heqiqeten de o taylı - bu taylı bütün azerbaycanlılar üçün Bütöv Azerbaycan ideyasının dünyaya beyan edilmesi ili oldu.

Demokrat Firqesinin rehberi hemçinin "ADF İranın birliyinin terefdarıdır" deye teşkilatın on bendlik meramnamesinde gösterilen İranın Federativ Respublika olması ve Güneyin onun terkibinde muxtariyyet almasını teleb etdiklerini bildirir.

Belelikle, yazının evvelinde de qeyd etdiyimiz kimi güneylilerin Azerbaycanın müqeddaratıyla bağlı mövqeleri müxtelifdir. Kimisi İranın federasiya olmasının ve onun terkibinde Cenubi Azerbaycana muxtariyyet verilmesini isteyir, kimisi Bütöv Azerbaycan ideyasının reallaşmasının terefdarıdırlar. Güneyde yaşayan türklerin mövqeyinde ise ortaq olan odur ki, onlar öz müqeddaratılarını özleri teyin etmek isteyirler.

Lahrudi, Çehreqanlı, Araz Elses... her kes İran reciminin süqut edeceyine eminlik ifade edir. Lahrudi deyir: "İrana hakim olan recimler bu güne qeder İranın inkişaf eden ölkeye çevire bilmemişler... İranın qonşu ölkelerle dostluq elaqesi qırılmışdır. Qarşılıqlı asılılıq hakim olan bir dövrde İran özünü dünya miqasından tecrid edir. Bu hökumetin neçe il yaşayacağı sualına qeti cavab vermek çetindir".

Güneyin müqeddaratı

"Esger ve polislerin gözü qarşısında bir qrup şexsler Stalinin portretlerini itlerin boynundan asaraq, Tebrizde ehalinin çox toplandığı vağzal küçesinde gezdirirler". Bu cümle Sovet xüsusi xidmet orqanlarının melumatından götürülüb. Simvolik hadisedir: güneylilere "dayaq nöqtesini öz içinde axtar" deyen tarixi dersdir hem de bu. Bir neçe merhelede baş vermiş herekatların felaketle bitmesinin sebebleri arasında bu faktor sonuncu deyil. Görünür, bu derslerin güneylilerin qan yaddaşına hopdurduğu "özüne güven" duyğusunun diqtesidir ki, bugünkü herekatda xarici
destek axtarmaq meylleri yox derecesindedir.

Güneyin müqeddaratını güneyliler müeyyen edecek. Bir az evvel güneylilerin azadlıq ideyalarına ironiyayla yanaşan İranın indi bu fikre dodağı da qaçmaz. Ele öz içimizdeki "realist praqmatikler" de özleri üçün siyaseti yeniden öyrenmeyin vacibliyini derk edirler artıq.

Lahrudi bele deyir: "Ümumxalq herekatı başlayacaqmı? Bu suala cavab verereken nezere almaq lazımdır ki, indiki hakimiyyet güclü repressiv aparat yaratmışdır. Onlar ehalinin küçeye çıxmasına imkan vermirler. Bu o demek deyildir ki, recim indiki siyaseti uzun müddetli siyasete çevirdikde xalq, yeni 150 il mübarize aparan xalq repressiyaya sona qeder dözecek".

İştahası pis olmayan İranın ali qanunverici orqanının 1940-cı ilin aprelinde gizli qebul etdiyi qerarıyla Meclisin metbeesinde neşr edilmiş "İran dövletinin yeni erazi bölgüsü" adlı xeritenin altından bele bir qeyd edilib: "Türkiye ile serhedleri çıxmaq şertile İranın diger serhedleri resmi xarakter daşımır". Zaten azerbaycanlılar da bele düşünürler.

--------------------------------------------------------------------------------------------------------

December 13, 2003

DAK-ın parçalandığı təsdiqləndi

Əhməd Obalı: "Cavad Deraxtini sədr kimi tanımırıq"
 

Dünya Azərbaycanlıları Konqresinin (DAK) daxilində yaranan ziddiyyətlərə ötən gün tam aydınlıq gətirildi. Bu məqsədlə sözügedən qurumun VII qurultayına hazırlıq üzrə təşkilat komitəsinin üzvlərinin Beynəlxalq Mətbuat Mərkəzində təşkil etdiyi mətbuat konfransını giriş sözü ilə Teymur Eminbəyli açdı. Bildirdi ki, bugünkü tədbirə internet vasitəsilə İsveçrənin Stokholm şəhərindən DAK sədrinin 1-ci müavini Cavanşir Əmir Haşimi, qurumun sözçüsü Əhməd Obalı və DAK-ın AŞ PA-dakı nümayəndəsi Mustafa Alınca qatılıblar. T.Eminbəyli 21 Azər günü münasibətilə DAK-ın Hollandiyada, Vaşinqtonda, Təbrizdə, Stokholmda mitinqlər təşkil edəcəyini diqqətə çatdırdıqdan sonra M.Alınca qurumun VII qurultayı ilə bağlı məlumat verdi. Onun sözlərinə görə, qurultaya hazırlıq işləri artıq yekunlaşmaq üzrədir. Ali tədbirin Strasburqda keçiriləcəyini söyləyən M.Alınca əlavə etdi ki, 2004-cü ildə yanvarın 30-31-i və fevralın 1-i tarixlərində qurultay düzənləməyi planlaşdırıblar.
C.Ə.Haşimi də öz növbəsində qurultayın proqramının tam hazır olduğunu söyləyərək, Azərbaycandan tədbirə partiya sədrlərinin, millət vəkillərinin, elm xadimlərinin, dövlət rəsmilərinin dəvət olunacağını dedi. O, habelə MDB ölkələrindən, Türkiyədən qurultaya dəvətlilərin olacağını bildirdi.
Qeyd edək ki, bir müddət bundan öncə adı çəkilən şəxslər - T.Eminbəyli, M.Alınca, Ə.Obalı və C.Ə.Haşimi qurumun sədri C.Deraxti tərəfindən DAK-dan xaric ediliblər. C.Deraxti bu addımını onların qurum daxilində ziddiyyətlər yaratması ilə əlaqələndirib. Nəticədə DAK iki hissəyə parçalanıb. Bir tərəfdə yuxarıda adları qeyd olunan şəxslər, digər tərəfdə isə Fərəc Quliyev, Siyamək Rəhbəri, Xəzər Emin, Sabir Rüstəmxanlı və C.Deraxti durur. DAK-da yaranmış bu vəziyyətə isə mətbuat konfransında Ə.Obalı aydınlıq gətirdi. O, vurğuladı ki, C.Deraxti İdarə Heyətindən xəbərsiz gizli şəkildə iki dəfə Moskvaya səfər edib. Orada gizli görüşlər keçirərək, öz tanışlarına 70 dəvətnamə paylayıb. Həmçinin 100 dəvətnaməni Bakıya, 40 dəvətnaməni isə Türkiyəyə İdarə Heyətindən xəbərsiz göndərməyi planlaşdırıbmış. "O, bütün bunları ona görə edib ki, qurultayda saxtakarlıq baş versin. Biz bunu artıq açıq şəkildə diqqətinizə çatdırırıq. İki ay bundan qabaq Cavad Deraxti ilə sədr olaraq bütün əlaqələrimizi dondurmuşuq. Onu sədr kimi qəbul etmirik, tanımırıq. Biz Cavad Deraxtini sədr kimi tanımadıqdan sonra o, təşkilatı dağıtmağa, yıxmağa başlayıb. DAK-ı uçuruma aparır. Zəhmətlə yaratdığımız DAK-ın orqanlarını, mətbuat xidmətini, Güney komitəsini, Avropa Şurasındakı nümayəndəliyimizi ləğv etməyə başlayıb. Hansı ki, onun buna səlahiyyəti çatmır. Onun verdiyi qərarlar etibarsızdır. Biz DAK-ı dağıtmağa imkan verməyəcəyik".
T.Eminbəyli isə diqqəti ona yönəltdi ki, C.Deraxti onları vəzifəsindən uzaqlaşdırarkən, DAK-ın Nizamnaməsini pozub. "DAK-da qərarlar qurumun İdarə Heyətinin üzvlərindən 2/3-si iştirak etdiyi halda qəbul olunur. Yəni, biz vəzifəmizdən İdarə Heyətinin üzvlərinin 2/3-si iştirak etdiyi halda kənarlaşdırıla bilərdik. Amma həmin iclasda İdarə Heyətinin 13 üzvündən yalnız 7-i olub. Sonradan bu 7 nəfərdən də 2-si Nəsiman Yaqublu və Xəqani Qayıblı özləri yazılı şəkildə bildiriblər ki, həmin iclasda iştirak etməyiblər və onların adlarını oraya daxil etməkdə böyük səhvə yol veriblər. Ona görə də bizim bütün hallarda səlahiyyətimiz çatır ki, DAK-ın adından çıxış edək və qurumda olan öz vəzifə səlahiyyətimizdən istifadə edək".
Bütün bunlar onu deməyə əsas verir ki, DAK-da qarşı-qarşıya olan tərəflər ayrı-ayrılıqda qurultay keçirəcəklər. T.Eminbəyli isə bu məsələyə münasibət bildirərkən ifadə etdi ki, onlar öz tərəflərindən çalışacaqlar ki, bir qurultay keçirilsin. "Hər halda hər iki tərəf qurultay keçirməyə israrlıdır. Amma çalışacağıq ki, ziddiyyətlər öz yoluna qoyulsun və bir qurultay keçirilsin". T.Eminbəylinin sözlərinə görə, İranda Tudə Partiyası və "Fədayi-əksəriyyət" adlı təşkilat DAK-ı parçalamağı qarşılarına məqsəd qoyublar. O, C.Deraxtinin DAK daxilində olan bəzi insanların təsiri altına düşdüyünü deyərək, bu halın onun siyasi cəhətdən zəifliyindən irəli gəlməsi ilə əlaqələndirdi. T.Eminbəyli həmçinin, qurultayda yeni sədrin, yeni İdarə Heyətinin formalaşacağını ifadə etdi.


E.BABAYEV

--------------------------------------------------------------------------------------------------------

DAK acizliyini göstərdi
 
Cavad Derəxti üçrəngli bayrağı “Mozambik bayrağı”na bənzətdi Bakıda səfərdə olan Dünya Azərbaycanlıları Konqresinin rəhbəri isveçli biznesmen Cavad Derəxti dünən mətbuat konfransı keçirdi.

Tədbirdə onunla bərabər DAK NTK-nın üzvü Xəzər Emin, Güney Komitəsinin rəhbəri Cavidan bəy və təşkilatın katibi Fərəc Ulusoy da iştirak edirdilər. Güney Azərbaycanda gedən hərəkatla bağlı fikirlərini bölüşən C.Derəxti Güneydə bir istəyin hakim kəsildiyini vurğuladı:

“Artıq birləşməyin zamanı yetişib. Bəzz qalasında hamı bir şüar səsləndirirdi: “Azərbaycana istiqlal”. DAK-ın nəzdində Güney Komitəsinin yarandığını önə çəkən C.Derəxti qurumun, BMT və Beynəlxalq Əfv Təşkilatı ilə əlaqələrə malik olduğunu dedi. DAK sədrinin bildirdiyinə görə, təşkilatın nəzdində Gənclər və Qadınlar Komitəsi də yaradılıb. DAK katibi Fərəc Ulusoy bildirdi ki, Konqres xaricdə yaşayan elm adamlarını, yazıçıları və digər ziyalıları, təşkilatları əlaqələndirməyə çalışır. Sonra jurnalistlərin suallarını cavablandıran DAK rəhbərləri əsl missiyalarının nə olduğunu və Derəxtinin səfərinin məqsədini anlatdılar. Məsələn, “Güneydə nə gücünüz var və nə etmək istəyirsiniz” sualına cavabı ilə İsveç vətəndaşı olan Cavad Derəxti Güneydə gedən prosesdən xəbəri olmadığını göstərdi. Daha sonra molla rejiminin qanlı repressiyalarına məruz qalan on minlərlə güneylinin qaldırdığı Güney Azərbaycan bayrağını təhqir etdi. Derəxti milli bayrağı “Mozambik bayrağı”na bənzətdi. Elə hey “Azərbaycan bütövləşməli, Güney Azərbaycan istiqlala qovuşmalıdır” deyən DAK sədri “Güney Azərbaycanda milli hərəkat üçün nə etmisiz” sualını yalnız “Hər həftə İnternetdə canlı konfranslar keçiririk” deyə cavablandırdı. DAK sədri Güney Milli Hərəkatının şəriksiz lideri doktor Mahmudəli Çöhrəqanlının Avropa və Amerika səfərinə də kölgə salmağa, onun əhəmiyyətini azaltmağa cəhd etdi. Çöhrəqanlını Avropaya çıxardığını deyən DAK sədrinə görə, GAMOH liderinin Avropa Şurasının baş katibi Valter Şvimmer tərəfindən qəbul edilməsi, ATƏT-də görüşlər keçirməsi məhz onun xidmətidir. Amma ona aydınlıq gətirmədi ki, özünü Güney Azərbaycanın haqq səsini duyuran lider hesab edən Derəxti nə üçün bu görüşlərə özü can atmayıb. GAMOH rəhbəri M.Çöhrəqanlının Güney Azərbaycanın lideri kimi ABŞ-ın dövlət strukturlarında görüşlər keçirməsini xatırlatdıqda Derəxtinin cavabı belə oldu: “Ora məni dəvət etsələr də, getmərəm. Pentaqon hərbi bir qurumdur. Bizim onlarla nə görüşümüz olacaq? Neçə dəfə xahiş ediblər. Biz qəbul etməmişik. Biz gedib Pentaqonla, ayrı-ayrı gizli təşkilatlarla görüşsək, sabah bizə Amerikapərəst damğası vurarlar”. DAK-ın Avropadakı fəaliyyətinə toxunan C.Derəxti 20 Yanvar və Xocalı faciələrilə bağlı bir sıra tədbirin keçirildiyini söylədi. Amma bəlli oldu ki, Güneydə inqilab etmək istəyən DAK ermənilərin əks-təbliğatının qarşısını almaqda acizdir. Belə ki, təşkilat ermənilərin çəkdikləri “Ararat” filminin nümayişinə qarşı heç nə edə bilməyib. C.Derəxti bununla bağlı dedi: “Biz etiraz etmişik. Belə filmlər tez-tez yayılır. O filmlərin qabağını etirazlarla almaq olmaz. Biz bunu edə bilərik ki, o filmdən daha yaxşı film çəkib göstərək”. DAK-ın Milli Azadlıq Hərəkatının mərhum lideri Əbülfəz Elçibəyin büstünün hazırlanması ideyası da reallaşmayıb. DAK yetkililərinin sözlərinə görə, sifariş az olduğundan büstün hazırlanması dayandırılıb. Sonda Cavad Derəxti DAK-ın mətbuat katibi Teymur Eminovun gözlənilmədən Almaniyaya getməsinə də aydınlıq gətirdi. Xatırladaq ki, mətbuat katibi DAK sədrinin Bakıya gəlməsinə bir neçə gün qalmış gedib və məlumata görüş müəmmalı Almaniya səfəri DAK-ın İdarə Heyətində yaranan narazılıqla bağlıdır. DAK sədri bu versiyanı təkzib etdi. Elman Cəfərli

--------------------------------------------------------------------------------------------------------

BELÇİKADA ETİRAZ AKSİYASI      

 
Soydaşlarımız ve Anadolu türkleri ermeni terrorizmine etiraz bildiribler

Oktyabrın 19-da Brüsselde yaşayan azerbaycanlılar, türkler ve Azerbaycanın teessübünü çeken avropalılar Lüksemburq meydanında mitinq-yürüş keçirib. Bu xeber Dünya Azerbaycanlıları Konqresinin (DAK) metbuat xidmetinden verilib.

Teşkilatçı Belçikadakı Atatürk Kültür Derneyi olsa da, Belçika, Hollandiya ve Almaniyada yaşayan azerbaycanlıların çoxu aksiyaya qatılıb.
Oktyabrın 18-19-da Brüsselde keçirilmiş Avropa Ermeni Teşkilatlarının Konqresinde Qarabağ ve Türkiyenin Ermenistanla serhedleri açması meseleleri müzakire olunub ve bu meselelerin Ermenistanın xeyrine hell olunması üçün Avropa Parlamentine tezyiq gösterilmesi barede razılığa gelinib.
Bildirilir ki, saat 15.00-da başlayan aksiya beş saat davam edib. Çıxış edenler Azerbaycanın heç bir halda torpaq itkisine razı olmayacağını, bir qarış torpaq uğrunda bele qızğın mübarize aparacağını bildiribler.
Mitinqin sonunda beyanat qebul edilib. Senedde dünya ölkelerinin Xocalı müsibetine, bir milyondan artıq insanın düşdüyü ağır insani duruma münasibet bildirmesi ve kömek göstermesi teleb edilir.
Qaynağın melumatına göre, mitinqden sonra icazesiz yürüş keçirilib. Belçika polisi aksiyanı müşayiet etse de, ona müdaxile etmeyib ve yürüş insidentsiz başa çatıb.
"Turan”

--------------------------------------------------------------------------------------------------------

TEYMUR EMİNBEYLİNİN MENZİLİ ELİNDEN ALINIB      

 
O, qanunsuzluqlara göre bezi yüksek vezifeli memurları günahlandırır

Dünen Dünya Azerbaycanlıları Konqresinin (DAK) sedr müavini Teymur Eminbeyli Beynelxalq Metbuat Merkezinde metbuat konfransı keçirdi. Onun sözlerine göre, vesaiti hesabına tikdirdiyi, İnşaatçılar prospekti 12/26 ünvanındakı 86 saylı menzil Yasamal rayon mehkemesinin mayın 24-de çıxardığı qerarla elinden alınıb. Qeribedir ki, T.Eminbeylinin apellyasiya şikayeti vermek hüququndan istifade etmesini gözlemeyen dövlet orqanları bu qerarı derhal icraya yöneldibler.

Neticede hemin menzile iddia eden, YAP-çı olduğunu bildiren Bilal Zeynalov buna etirazını bildiren 70 yaşlı sakine de el qaldırıb. Mesele burasındadır ki, B.Zeynalov vaxtile T.Eminbeylinin baş direktoru olduğu “Bakıtaksineqliyyat” İstehsalat Birliyinde işleyib ve yarıtmaz fealiyyetine göre 1992-ci ilde vezifesinden azad edilib. O, sonradan yeniden işe qayıtsa da, 1994-cü ilde növbeti defe qovulub ve hemişe qisas alacağı barede xeberdarlıqlar edib.
T.Eminbeyli B.Zeynalovun onun menziline iddia etmesi üçün heç bir esasının olmadığını, ancaq meqsedine bezi yüksek vezifeli himayedarlarının sayesinde çatdığını bildirdi: “O, defelerle mene hede-qorxu gelerek arxasında hazırda Edliyye Nazirliyi Mehkeme Nezaretçileri ve İcraçıları İdaresinin reisi işleyen Hüseyn Elixanovun ve onun heyat yoldaşı, Konstitusiya Mehkemesinin hakimi Solna Salmanovanın dayandığını, bu sebebden de müqavimet göstermeyin ehemiyyetsiz olduğunu deyib.” T.Eminbeylinin fikrince, keçirilen mehkemelerde hakimlerin tamamile qanunsuz qerar çıxarmaları (bunu onların özleri de etiraf edibler) da mehz bu vezifeli şexslerin işe müdaxilesi sayesinde mümkün olub: “Menim menzilimin elimden alınması qeder ikinci bir qanunsuzluq praktikada yoxdur.”
T.Eminbeylinin vekili Elvar Xelilov da hüquqi nüanslara aydınlıq getirdi. Bildirdi ki, B.Zeynalov mehkemelerde iddiasının temin olunmasında edliyye naziri Fikret Memmedovun rolu olduğunu deyib. Onun sözlerine göre, eslinde qanuni qüvveye minmemiş mehkeme qerarının icraya yöneldilmeside buna işare edir: “Men bu barede F.Memmedovun özüne müraciet etsem de, hele ki cavab almamışam.”
T.Eminbeyli ise dövlet başçısı İlham Eliyeve, Konstitusiya ve Ali mehkemelerin sedrlerine, baş prokurora müraciet etdiyini, analoji biganelikle üzleşdiyini diqqete çatdırdı: “Teessüf ki, bu gün men de, ele adları çekilen vezifeli şexsler de bir fırıldaqçının qurbanına çevrilmişik. Görün iş ne yerdedir ki, B.Zeynalov deyir ki, Südabe Hesenova guya ona cebheçilerden qisas alacağını söyleyib. Halbuki men heç bir partiyanın üzvü deyilem”. T.Eminbeyli ardıcıl olaraq esassız yere polis ve prokurorluq orqanlarına çağırıldığını, hedelendiyini, özünün ve aile üzvlerinin heyatının tehlüke altında qaldığını da qeyd etdi: “Eger bu meselelere hakimiyyet orqanları münasibet bildirmese, onda xarici ölke sefirliklerine, beynelxalq teşkilatlara, o cümleden ATET-e, Avropa Şurasına, Avropa Mehkemesine müraciet etmeli olacam.”
T.Eminbeyli bu qanunsuzluqların DAK-dakı fealiyyeti ile bağlı olduğunu da istisna etmir. Onu da elave etdi ki, bu meseleni qabartmaqda heç bir meqsed güdmür: “Bilsinler ki, men siyasi sığınacaq almaq üçün heç bir ölkeye müra